DƏRS 16
Ruhlandırıcı və müsbət tonda danış
Əyyub 16:5
İCMAL: Diqqəti problemə yox, onun həllinə və dinləyiciləri hərəkətə təşviq edən fikirlərə cəmlə.
NECƏ NAİL OLMAQ OLAR?
Dinləyicilərə müsbət tərəfdən yanaş. Dindaşlarının Yehovanı razı salmaq istədiyinə inan. Hətta məsləhət verməli olsan da, mümkün olan hallarda əvvəlcə dinləyiciləri səmimi təriflə.
Mənfi fikirlərin sayını məhdudlaşdır. Mövzunun mənfi tərəflərindən yalnız fayda gətirəcək dərəcədə danış. Çıxış ümumilikdə müsbət tonda çatdırılmalıdır.
Allahın Kəlamından yaxşı istifadə et. Yehovanın bəşəriyyət üçün indiyə kimi etdiyi, hazırda gördüyü və gələcəkdə edəcəyi işlərdən danış. Dinləyicilərə ümid və cəsarət aşıla.