NƏĞMƏ 61
Haydı, irəli, ey Şahidlər!
- 1. Bu gün bizə çox gərəkdir qətiyyət, - Etməkçün xilas müjdəsin müdafiə. - Şeytan bizlərə qəzəblidir, - Bizsə Haqq-Taalaya tam güvənirik. - NƏQARƏT - Sizlər — Rəbb Yehovanın mərd şahidləri, - Sevinclə təbliğ edin, haydı irəli! - Bütün ellərə yayılsın qoy şad xəbər, - Siz hünərlə onu vəz eyləyin. 
- 2. Bu dünyanı Allahın qulu sevməz, - Rəbdən savayı kimsəyə o əyilməz. - Təmiz, qüsursuz biz qalırıq, - Sədaqətlə Rəbbə xidmət edirik. - NƏQARƏT - Sizlər — Rəbb Yehovanın mərd şahidləri, - Sevinclə təbliğ edin, haydı irəli! - Bütün ellərə yayılsın qoy şad xəbər, - Siz hünərlə onu vəz eyləyin. 
- 3. Bu gün xalqlar Allaha qarşı qalxır, - Onun müqəddəs adını bədnam edir. - Bizlərsə Rəbbi ucaldırıq, - İsmini fəxarətlə daşıyırıq. - NƏQARƏT - Sizlər — Rəbb Yehovanın mərd şahidləri, - Sevinclə təbliğ edin, haydı irəli! - Bütün ellərə yayılsın qoy şad xəbər, - Siz hünərlə onu vəz eyləyin. 
(Həmçinin baxın: Çıx. 9:16; Filip. 1:7; 2 Tim. 2:3, 4; Yaq. 1:27.)