NƏĞMƏ 69
Padşahlıq müjdəçiləri, irəli!
Çap versiyası
	- 1. Gedək irəli, vəz edək biz, - Müjdə aləmə çatsın. - Kömək eyləyək məhəbbətlə, - Həlim qoy nicat tapsın. - Xidmət Allahdan bir şərəfdir, - Onun Sözünü gəl yayaq. - Təbliğ eyləyək mətanətlə, - Rəbbin adını ucaldaq. - NƏQARƏT - Vəz et şövqlə, cümlə-cahanda - Qoy yayılsın müjdə. - Vəz et, qal sadiq - Yehova Allahın tərəfində. 
- 2. Göylər ümidi olanlarla - Gərək bir addımlayaq. - Qoca, ya cavan fərq etməz heç, - Birgə irəli gedək. - Rəbbin Padşahlıq müjdəsidir - Bütün dərdlərin çarəsi. - Ona güvənib car çəkirik, - Olsun Allahın rizası. - NƏQARƏT - Vəz et şövqlə, cümlə-cahanda - Qoy yayılsın müjdə. - Vəz et, qal sadiq - Yehova Allahın tərəfində. 
(Həmçinin baxın: Zəb. 23:4; Həv. 4:29, 31; 1 But. 2:21.)