DƏRS 2
Danışıq üslubu
2 Korinflilərə 2:17
İCMAL: Təbii və səmimi danış.
NECƏ NAİL OLMAQ OLAR?
- Dua et və ciddi hazırlaş. Fikrini özünə yox, mövzuya cəmləmək üçün dua et. Dinləyicilərə çatdırmaq istədiyin əsas fikirləri müəyyən et. Fikirləri öz sözlərinlə ifadə et, nəşrdə yazıldığı kimi sözbəsöz söyləmə. 
- Ürəkdən danış. Mövzunun dinləyicilər üçün nəyə görə vacib olduğu barədə düşün. Diqqətini dinləyicilərə cəmlə. Onda duruşundan, jestlərindən, üzündən səmimiyyət və mehribanlıq duyulacaq. 
- Dinləyicilərə bax. Əgər ədəbsizlik sayılmırsa, dinləyicilərlə göz təması yarat. Çıxış edərkən auditoriyaya ümumi göz gəzdirməkdənsə, çıxış boyu müxtəlif insanlarla göz təması qur.