DƏRS 3
Sual ver
Mətta 16:13—16
İCMAL: Dinləyicilərdə maraq oyatmaq, marağı qoruyub saxlamaq, mülahizə yürütmək, vacib fikirləri vurğulamaq üçün nəzakətlə suallar ver.
NECƏ NAİL OLMAQ OLAR?
- Maraq oyat və marağı qoruyub saxla. Dinləyiciləri düşündürən, cavabı bilmək istəyi oyadan ritorik suallar ver. 
- Mövzu ətrafında mülahizə yürüt. Suallar verərək dinləyicilərə gətirdiyin dəlillərdəki məntiqi tutmağa və məntiqi nəticəyə gəlməyə kömək et. 
- Vacib fikirləri vurğula. Əsas fikrə keçid etmək üçün sual verib maraq oyat. Əsas fikri nəzərdən keçirəndən sonra, yaxud çıxışı yekunlaşdırarkən təkrar üçün suallar ver.