NƏĞMƏ 47
Hər gün Yehovaya dua et
Çap versiyası
	- 1. Hər gün dua et Yehovaya sən, - Qoy tökülsün həmd-səna dilindən. - Aç Allaha qəlbini duada, - Tam güvənsən, yar olar bil, Xuda, - Hər gün dua et Rəbbə. 
- 2. Hər gün dua et, şükr et Allaha, - O, rəhm edəndir, Ondan əfv dilə. - Səhv edəndə etiraf et Rəbbə, - Heç unutmaz torpaqdandır bəndə. - Hər gün dua et Rəbbə. 
- 3. Hər bir çətin anında et dua, - Bil ki, dayaq olacaq Haqq-Taala. - Hifz edəcək, sən sığın Allaha, - Qorxma, qoymaz O, səni tək-tənha. - Hər gün dua et Rəbbə. 
(Həmçinin baxın: Zəb. 65:5; Mət. 6:9—13; 26:41; Luka 18:1.)