NƏĞMƏ 129
Dözüm göstərəcəyik
- 1. Biz sınaq vaxtı - Dözək İsa Məsih kimi. - Rəbb verən vədlər - Onun üçün gerçək idi. - Məsihçün öndəydi - Rəbbin uca adı. - NƏQARƏT - Bizə dözüm gərəkdir, - Dönməz, sadiq qalaq. - Rəbbin Sözü gerçəkdir, - İman edib, sonadək tab edək. 
- 2. Çox çətin olur - Həyatımız ildən-ilə. - Heç bitməz ümid - Göz yaşları axsa belə. - Möhkəm ol, vaz keçmə, - Gözlə, ümid eylə. - NƏQARƏT - Bizə dözüm gərəkdir, - Dönməz, sadiq qalaq. - Rəbbin Sözü gerçəkdir, - İman edib, sonadək tab edək. 
- 3. Şəkk etmərik biz, - Təslim olmarıq heç zaman. - Son ana qədər - Rəbbin günün edək bəyan. - Dözüm biz göstərrik, - Bitir axırzaman. - NƏQARƏT - Bizə dözüm gərəkdir, - Dönməz, sadiq qalaq. - Rəbbin Sözü gerçəkdir, - İman edib, sonadək tab edək. 
(Həmçinin baxın: Həv. 20:19, 20; Yaq. 1:12; 1 But. 4:12—14.)