-
Sevinməyiniz üçün səbəbGözətçi qülləsi 2011 | 15 mart
-
-
məsihçilər var. Nəyə görə onları bir gün ailəvi ibadətinizə dəvət etməyəsiniz? Qızınız onlara suallar verərək keçdikləri həyat yolları barədə danışmalarını xahiş edə bilər. Yaxud uşağınız mühüm teokratik hadisələrin, məsələn, filialın tikintisinin, beynəlxalq konqresin və ya evdən-evə təbliğdə fonoqrafın necə istifadə olunduğunun şəklini çəkə bilər.
‘Hər bir üzvün’ nə etdiyini öyrənin
Həvari Pavel məsihçi yığıncağını bədənlə müqayisə edərək yazır: «Bütün bədən zəruri oynaqlar vasitəsilə həmahəng surətdə birləşir, bədənin hər bir üzvü qarşılıqlı əməkdaşlıq şəraitində öz işini görərək bütün bədənin inkişafına və məhəbbətdə möhkəmlənməsinə xidmət edir» (Efes. 4:16). İnsan bədəninin funksiyaları barədə öyrəndikcə Yaradanımıza olan minnətdarlığımız və hörmətimiz artır. Eynilə, ümumdünya yığıncağın necə fəaliyyət göstərdiyini araşdıranda «Allahın zəngin hikməti»nə heyran oluruq (Efes. 3:10).
Yehova Öz təşkilatının həm göydəki, həm də yerdəki hissəsinin necə fəaliyyət göstərdiyini izah edir. Nümunə üçün: Yehova deyir ki, O, birinci İsa Məsihə vəhy verdi, İsa da «öz mələyini göndərib onun vasitəsilə bu vəhyi rəmzlərlə qulu Yəhyaya verdi. Yəhya da... şahidlik etdi» (Vəhy 1:1, 2). Əgər Yehova Öz təşkilatının görünməz hissəsinin necə fəaliyyət göstərdiyini açıqlayırsa, məgər yer üzündə «hər bir üzvü»n necə fəaliyyət göstərdiyini bilməyimizi istəmir?
Tutalım, tezliklə sizin yığıncağa rayon nəzarətçisinin başçəkməsi olacaq. Nəyə görə səyyar nəzarətçilərinin vəzifəsini və onların aldığı xeyir-duaları ailənizlə birlikdə müzakirə etməyəsiniz? Onlar hər birimizə necə kömək edirlər? Yaxud da bu sualları araşdırmaq olar: təbliğ xidməti haqqında hesabatı vermək nəyə görə vacibdir? Allahın təşkilatı necə maliyyələşdirilir? Rəhbərlik Şurası necə təşkil olunub və bizi ruhani qida ilə necə təmin edir?
Yehovanın xalqının necə təşkil olunduğunu bilməyimizin ən azı üç faydası var: bizim üçün səylə çalışan insanların zəhmətini daha çox qiymətləndirəcəyik (1 Salon. 5:12, 13); teokratik quruluşu dəstəkləməyə təşviq olunacağıq (Həv. iş. 16:4, 5); yığıncaqdakı nəzarətçilərin qərarlarının və etdiyi hər şeyin Müqəddəs Kitaba əsaslandığını görəndə onlara olan etibarımız artacaq (İbr. 13:7).
«Qalalarına diqqətlə baxın»
«Sionun ətrafında gəzib-dolaşın, onun qüllələrini sayın. Divarlarına fikir verin, qalalarına diqqətlə baxın. Gələcək nəslə... deyin» (Məz. 48:12, 13). Burada məzmurçu israilliləri Yerusəlimin divarlarına yaxından nəzər salmağa səsləyir. Bayramlar zamanı müqəddəs şəhəri ziyarət edən və oradakı möhtəşəm məbədi görən israilli ailələrin hansı xatirələrlə öz evlərinə qayıtdıqlarını təsəvvür edə bilərsinizmi? Şübhə yoxdur ki, onlar bu haqda «gələcək nəslə» danışırdılar.
Səba mələkəsini yadımıza salaq. O, Süleymanın əzəmətli hakimiyyəti və böyük hikməti haqda eşidəndə buna şübhə ilə yanaşmışdı. Bəs eşitdiklərinin həqiqət olduğuna onu nə inandırdı? O deyir: «Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım» (2 Saln. 9:6). Bəli, ‘öz gözlərimizlə’ gördüklərimiz bizə dərin təsir bağışlaya bilər.
Uşaqlarınıza Yehovanın təşkilatının möcüzələrini ‘öz gözlərilə’ görməyə necə kömək edə bilərsiniz? Yaxınlıqda Yehovanın Şahidlərinin filialı varsa, çalışın ora baş çəkəsiniz. Bir ailənin nümunəsinə nəzər salaq. Mendi və Betani bacıları uşaqlıqda Bet-Eldən 1500 kilometr aralıda yaşayırdılar. Valideynləri tez-tez onları filiala ekskursiyaya aparırdı. Mendi və Betani xatırlayırlar: «Əvvəl-əvvəl elə fikirləşirdik ki, Bet-El həddən artıq ciddi yerdir və ancaq qocalar üçündür. Amma ora baş çəkəndə gördük ki, sən demə, orada cavanlar da var imiş. Onlar canla-başla Yehovaya xidmət edir və bundan sevinc duyurdular. Biz əmin olduq ki, Yehovanın təşkilatı yaşadığımız balaca ərazi ilə məhdudlaşmır. Hər dəfə Bet-Eldən qayıdanda sevincdən qanadlanırdıq və bundan sonra Yehovaya daha səylə xidmət edirdik». Yehovanın təşkilatını yaxından görmək bu bacıları pioner xidmətinə başlamağa təşviq etdi və onlar hətta Bet-Eldə müvəqqəti könüllü kimi xidmət etməyə dəvət aldılar.
Yehovanın təşkilatını başqa üsulla da ‘görə’ bilərik. Bizdə olan imkan qədim İsrail xalqında yox idi. Son illər ərzində biz Yehovanın təşkilatı barədə daha ətraflı məlumat verən videofilmlər almışıq. Həmin filmlər bunlardır: «Yehovanın Şahidləri — xoş xəbəri bölüşmək üçün təşkil olunublar» (rus.), «Ümumdünya qardaşlığımız» (rus.), «Yerin ucqarlarınadək» (ing.), «Allahın təlimi altında birləşənlər» (ing.). Siz və ailəniz bet-ellilərin, fəlakət zamanı yardım göstərən könüllülərin, missionerlərin və konqresləri təşkil edən qardaşların ağır zəhmətini görəndə ümumdünya qardaşlığımızı daha çox qiymətləndirəcəksiniz.
Xoş xəbərin təbliğində və bacı-qardaşlara dəstək olmaqda hər yığıncağın vacib rolu var. Bununla belə, «bütün qardaşlığı» həmişə xatırlamaq üçün ailənizlə birgə vaxt ayırın. Bunun sayəsində sizin də, uşaqlarınızın da imanı möhkəm qalacaq və sevinmək üçün səbəbiniz olacaq (1 Pet. 5:9).
-
-
Həmimanlılarını heç vaxt tərk etmə!Gözətçi qülləsi 2011 | 15 mart
-
-
Həmimanlılarını heç vaxt tərk etmə!
«BİZNES aləminin parıltılı işıqları gözlərimizi kor etmişdi. Biz cah-calal içində yaşayırdıq. Həqiqətdə böyüsək də, Yehovadan çox uzaqlaşmışdıq və geriyə dönmək üçün ruhani gücümüz yox idi». Bu sözlər on il yığıncağa gəlməyən Yaroslavla Beataya məxsusdura.
Başqa qardaş, Marek, xatırlayır: «Polşada ictimai və siyasi vəziyyətdə baş verən dəyişikliklər ucbatından təzə işə girməyimlə çıxmağım bir olurdu. Özümü tamamilə çarəsiz hiss edirdim. Biznesdən başım çıxmadığı üçün şəxsi biznes qurmağa da tərəddüd edirdim. Lakin riskə getdim. Düşünürdüm ki, ruhaniliyimə heç bir xətər yetirmədən ailəmi daha yaxşı dolandıra biləcəyəm. Yalnız sonradan nə qədər yanıldığımı anladım».
Qiymətlərin və işsizliyin günü-gündən artdığı bir dünyada bəziləri ümidsizliyə qapılırlar və bu, onların səhv qərarlar vermələrinə səbəb olur. Bir çox bacı-qardaşlar iş vaxtından artıq işləmək, əlavə işə girmək və təcrübələri olmaya-olmaya, şəxsi biznes qurmaq qərarına gəlmişlər. Onların fikrincə, əlavə gəlir ailələrinin maddi vəziyyətini yaxşılaşdıracaq və ruhaniliklərinə mənfi təsir göstərməyəcək.
-