NƏĞMƏ 65
İrəli get!
- 1. İrəli, irəli, çat yetkinliyə, - Həqiqət nurunu saç işıqtək dünyaya. - Xidmətdə daim can at təkmilliyə, - Allaha tam bel bağla. - Şagirditək İsa Məsihin, - Dəyərlidir sənin xidmətin. - Qoy tükənməsin heç bu yolda əzmin, - Allahdan dözüm dilə. 
- 2. İrəli get, səbatla təbliğ eylə, - Bu xürrəm xəbəri aləmə sən müjdələ, - Şah Yehovaya şövqlə həmdlər söylə, - Vəz et ev-ev müjdəni. - Bizləri qorxutsa da düşmən, - Tək Yehovadır daim hayan, - Hər yerdə cəsarətlə edək bəyan - Padşahlıq xəbərini. 
- 3. İrəli get, təbliğ eyləsin davam, - Hər zaman püxtələş, işində olsun nizam, - Rəhbərlik diləsən Rəbb Yehovadan, - O, sənə yol göstərər. - Sev qəlbdən tapdığın həlimi, - Köməklik et sevsin Kəlamı, - O, möhkəm qorusa öz imanını, - Həqiqət şəfəq saçar. 
(Həmçinin baxın: Filip. 1:27; 3:16; İbr. 10:39.)