DƏRS 11
Şövq
Romalılara 12:11
İCMAL: Şövqlə danışaraq dinləyicilərdə həvəs oyat, onları hərəkətə təşviq et.
NECƏ NAİL OLMAQ OLAR?
- Məlumatı ürəyinə ötür. Nitqi hazırlayarkən məlumatın vacibliyi barədə düşün. Materialı yaxşı mənimsə ki, ürəkdən danışa biləsən. 
- Dinləyicilər barədə düşün. Oxuyacağın, yaxud çatdıracağın məlumatın dinləyicilərə faydası barədə düşün. Məlumatı elə təqdim et ki, dinləyicilər onun faydasını aydın görsünlər. 
- Canlı çıxış et. Şövqlə danış. Hisslərini ifadə etmək üçün jestlərin və üzündəki ifadə təbii olsun.