«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
© 2024 Watch Tower Bible and Tract Society of Pennsylvania
1—7 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 57—59
Yehova xalqını təqib edənlərin fəndlərini boşa çıxaracaq
«Yerin ucqarlarınadək»
14 Qətlə yetirilməzdən əvvəl Stefan cəsarətlə şahidlik verdi (Həv. 6:5; 7:54—60). Həmin vaxt baş qaldıran «güclü təqib» nəticəsində həvarilərdən başqa bütün şagirdlər Yəhudiyyəyə və Səməriyyəyə səpələndilər. Lakin bu, şahidlik işini dayandıra bilmədi. Filip Səməriyyəyə gedib «Məsih haqqında təbliğ etməyə başladı» və bu, çox gözəl bəhrələr gətirdi (Həv. 8:1—8, 14, 15, 25). Bundan əlavə, Müqəddəs Kitabda deyilir: «Stefanın qətlindən sonra başlayan təqibə görə dağılışanlar Finikiya, Kipr və Antakyaya gedib çıxdılar. Amma onlar Allahın sözünü yalnız yəhudilərə danışırdılar. Aralarında kiprli və kirenalı şagirdlər vardı. Bu şagirdlər Antakyaya gəldilər. Onlar yunandilli əhali ilə söhbət edir və Ağa İsa haqqında müjdəni onlara bildirirdilər» (Həv. 11:19, 20). Bəli, təqiblər Padşahlıq xəbərinin yayılmasına səbəb oldu.
15 Müasir dövrdə də buna bənzər şeylər baş verib. Məsələn, keçmiş Sovet İttifaqında 1950-ci illərdə minlərlə Yehovanın Şahidi Sibirə sürgün olunmuşdu. Onlar Sibirin müxtəlif bölgələrində yerləşdirildiyindən getdikcə xoş xəbər bu geniş diyarın hər yanına yayıldı. Çətin ki, bu qədər şahid xoş xəbəri təbliğ etmək üçün 10 000 kilometr yolu getməyə pul tapa bilərdi. Bir qardaş deyir: «Elə alındı ki, hökumət özü Sibirdə yaşayan minlərlə səmimi insana həqiqəti bilməyə kömək etdi».
Hikmət xəzinəsindən incilər
«Mətin qalın, sarsılmaz olun»
16 Qoy ürəyiniz mətin olsun. Davud padşah nəğmədə Yehovaya belə demişdi: «Ürəyim mətindir, ey Allah» (Zəb. 57:7). O bununla Yehovaya məhəbbətinin sarsılmaz olduğunu bildirmişdi. Bizim də tam arxayınlıqla Yehovaya güvənməyimiz mümkündür. (Zəbur 112:7 ayəsini oxuyun.) Gəlin görək bu cür ürəyə sahib olmaq bayaq adı çəkilən Robert qardaşa necə kömək etmişdi. Həkim ona deyəndə ki, qan hər ehtimala əllərinin altında olacaq, o, dərhal belə cavab vermişdi: «Əgər mənə qan köçürmək ehtimalı az da olsa varsa, mən elə bu dəqiqə xəstəxanadan çıxacağam». Həmin hadisə ilə bağlı sonralar Robert belə demişdi: «Ürəyimdə cüzi də olsa nə tərəddüd, nə də narahatçılıq var idi».
17 Nəyin sayəsində Robert belə mətin idi? Çünki o, xəstəxanaya düşməzdən uzun müddət əvvəl qərar vermişdi ki, möhkəm dayanacaq. Bu qərarı verməyə ona nə kömək etmişdi? Birincisi, o, Yehovanın qəlbini sevindirmək istəyirdi. İkincisi, o, Müqəddəs Kitabda və nəşrlərimizdə qanın müqəddəsliyi ilə bağlı yazılanları dərindən mütaliə etmişdi. Üçüncüsü, o əmin olmuşdu ki, Yehovanın qanununa itaət etməsi ona əbədi nemətlər gətirəcək. Biz də hansı sınaqla üzləşiriksə üzləşək mətin ola bilərik.
8—14 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 60—62
Yehova bizi müdafiə edir, qoruyur və dinclik bəxş edir
it-2-E s. 1118, abz. 7
Qala
Məcazi mənası. Yehovaya iman göstərən və itaət edən kəslər hifz olur. Bu haqda Davud yazmışdı: «Axı pənahım Sənsən, düşməndən qoruyan möhkəm qalamsan» (Zb 61:3). Allahın adının mənasını dərk edən, bu ada layiq yaşayan və Allaha pənah gətirən kəslərin qorxmağa heç bir əsası yoxdur, çünki «Yehovanın adı möhkəm qaladır. Saleh ora qaçıb qorunar» (Ms 18:10; əlaqələndirin: 1İş 17:45—47).
it-2-E s. 1084, abz. 8
Çadır
«Çadır» bir sıra hallarda məcazi məna daşıyır. İnsan çadırda dincələ və pis hava şəraitindən qoruna bilirdi (Yr 18:1). Qonaqpərvərlik adətlərinə əsasən, qonaqlar onları çadırına dəvət edən şəxsdən özlərinə qarşı hörmətcil münasibət və qulluq gözləyirdilər. Buna müvafiq olaraq, Vəhy 7:15 ayəsindəki Allah «çadırını onların üzərinə çəkəcək» sözləri Onun böyük izdihamın qeydinə qaldığını və onları qoruduğunu göstərir (Zb 61:3, 4). Əşiya Allahın «arvadı»nın, yəni Sionun gələcək övladları üçün görməli olduğu hazırlıqlardan danışır. Siona deyilir ki, çadırını böyütsün (Əş 54:2). Beləcə, o, övladlarını müdafiə edəcəyi məkanı böyüdür.
Allahın qanunları bizə fayda gətirir
14 Allahın qanunu e’tibarlı və dəyişməzdir. Yaşadığımız narahat zəmanədə, əzəldən əbədiyyətə qədər qaya olan Yehova Allahımız var (Məzmur 90:2). Yehova özü haqqında demişdir: “Mən, Rəbb, mən dəyişmərəm” (Malaki 3:6). Allahın Müqəddəs Kitabda qələmə alınmış normaları tamamilə dəyişməzdir, eyni şeyi, daima dəyişən insan normaları haqqında demək olmaz (Yaqub 1:17). Misal üçün, uzun illər ərzində psixoloqlar, uşaqları heç nədə məhdudlaşdırmadan tərbiyə etməyə təşviq etmişlər, indi isə həmin mütəxəssislərdən bə’ziləri öz nöqteyi-nəzərlərini dəyişib, verdikləri məsləhətlərdə yanıldıqlarını e’tiraf edirlər. Bu məsələyə toxunan dünyəvi normalar və qaydalar çox tez-tez dəyişdirilir. Lakin Yehovanın Kəlamı dəyişməzdir. Yüzilliklər boyu Müqəddəs Kitab uşağı məhəbbətlə tərbiyə etməyin yolunu göstərmişdir. Həvari Pavel yazırdı: “Ey atalar, siz də uşaqlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün” (Efeslilərə 6:4). Yehovanın normalarına e’tibar edə bildiyimizi bilmək necə də təsəllivericidir; axı onlar dəyişməzdir!
Hikmət xəzinəsindən incilər
«Zəbur» kitabının ikinci hissəsindən diqqətəlayiq fikirlər
62:11. Allah heç bir xarici qüvvədən asılı deyil. O Özü qüvvə mənbəyidir. «Qüdrət Allahındır».
15—21 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 63—65
«Məhəbbətin həyatdan şirindir»
Allahın məhəbbətindən bizi kim məhrum edə bilər?
17 Allahın məhəbbəti sizin üçün nə dərəcədə vacibdir? Davudun hisslərini yaşayırsınızmı? O yazırdı: “Dodaqlarım səni mədh edər; çünki inayətin həyatdan yaxşıdır. Həyatım boyu səni belə təqdis edərəm; sənin isminlə əllərimi qaldıraram” (Məzmur 63:3, 4). Doğrudan da, bu dünyada sürülən həyatda Allahın məhəbbətindən və Onunla dostluq münasibətindən başqa yaxşı bir şey varmı? Məsələn, daha yaxşı nə ola bilər: gəlirli vəzifə, yoxsa Allahla yaxın qarşılıqlı münasibətin gətirdiyi daxili əmin-amanlıq və xoşbəxtlik? (Luka 12:15). Bə’zi məsihçilər, Yehovadan üz döndərmək və ya ölümü seçmək məcburiyyətində qalmışlar. Bu cür seçimi, Yehovanın Şahidləri İkinci dünya müharibəsi illərində tez-tez etməli olmuşlar. Məsihçi qardaşlarımız, bə’zi halları çıxmaq şərtilə, hətta ölmək lazım gəlsə də Allahın məhəbbətində qalmağı üstün tutmuşlar. Sədaqətlə Allahın məhəbbətində qalan kəslər əmin ola bilərlər ki, Allah onlara, bu dünyanın verə bilmədiyi əbədi gələcəyi bəxş edəcəkdir (Mark 8:34-36). Amma söhbət yalnız əbədi həyatdan getmir.
18 Əbədi həyat Yehovasız qeyri-mümkün olsa da, sonsuz həyatı Yaradansız təsəvvür etməyə çalışın. Belə həyat boş və mə’nasız olardı. Bu son günlərdə Yehova öz xalqına, yerinə yetirilməsi məmnunluq gətirən iş tapşırıb. Buna görə də biz əmin ola bilərik ki, öz niyyətlərini həyata keçirən Dahi Yehovanın bizə verəcəyi əbədi həyatda, öyrənilməsi və yerinə yetirilməsi məmnunluq gətirən çoxlu işlər olacaq (Vaiz 3:11). Gələcək minillikdə biz nə qədər bilik alsaq da, “Allahın zənginlik və hikmət və elminin dərinliyi”ni axıradək qavraya bilməyəcəyik (Romalılara 11:33).
«Hər şeyə görə təşəkkür edin»
Xüsusilə də, Allaha minnətdar olmalıyıq. Əlbət ki, Yehovanın bəxş etdiyi və bəxş etməyə davam etdiyi ruhani və fiziki nemətlər barədə vaxtaşırı düşünürsünüz (Qan. 8:17, 18; Həv. 14:17). Lakin Allahın sizə və yaxınlarınıza verdiyi nemətlər haqda ötəri yox, dərindən düşünün. Yaradanın səxavəti barədə düşünmək Ona minnətdarlığınızı artıracaq və Onun sizi nə qədər çox sevdiyinə, Onun üçün nə qədər dəyərli olduğunuza əminliyinizi möhkəmləndirəcək (1 Yəh. 4:9).
Ruhani şeylər barədə düşünün
7 Oxumaq çətin deyil, amma düşünmək, diqqətimizi oxuduqlarımıza cəmləmək heç də asan deyil. Qeyri-kamil insan da adətən asan şeyə, beynini yormamağa meyilli olur. Buna görə də yaxşısı budur, yorğun olmayanda, sakit və rahat şəraitdə oturub düşünəsiniz. Davud padşah gecə, yatağında düşünürdü (Zəb. 63:6). Kamil əqlə malik olan İsa Məsih də düşünmək və dua etmək üçün sakit yer seçirdi (Luka 6:12).
Məhəbbətlə öyrədərək İsanı təqlid edin
6 Adətən, sevdiyimiz şeylər haqda söhbət etməkdən həzz alırıq. Bizə əziz olan bir şey, xüsusilə də sevdiyimiz şəxs haqqında danışanda ürəyimiz cuşa gəlir və alışıb-yanır. Biz onun haqqında bildiklərimizi başqaları ilə fərəhlə bölüşür, onu tərifləyir və müdafiə edirik. Biz istəyirik ki, həmin şəxs və onun keyfiyyətləri bizi cəlb etdiyi kimi, başqalarını da cəlb etsin.
Hikmət xəzinəsindən incilər
Qoy diliniz insanlara şəfa versin!
10 Sözlər həm yaralaya, həm də şəfa verə bilər. (Məsəllər 12:18 ayəsini oxuyun.) Şeytan dünyasında insanlar sözləri ilə bir-birilərini yaralayırlar. Əyləncə sənayesi insanları dillərini qılınc kimi itiləməyə, acı sözlərini ox kimi hədəfə tuşlamağa sövq edir (Zəb. 64:3). Lakin məsihi bu kimi şeylərdən qaçmalıdır. Acı sözlərə sarkazmı, başqalarını alçaltmaq, yaxud məzəmmət etmək məqsədilə deyilən zəhərli sözləri nümunə gətirmək olar. Sarkazm çox vaxt adamları güldürmək üçün deyilir, lakin bu, çox asanlıqla təhqiramiz, alçaldıcı sözlərə keçə bilər. Müqəddəs Kitabda məsihilərə məsləhət görülür ki, təhqiri kənara qoysunlar. Kəskin sarkazm da təhqirin bir növüdür. Yumor nitqi gözəlləşdirir, lakin biz nə var-nə var camaat gülsün deyə başqalarını incidən, alçaldan sarkastik sözlər deməməliyik. Müqəddəs Kitab bizə məsləhət verir: «Qoy dilinizdən heç bir pis söz çıxmasın, ancaq zərurətə görə imanı möhkəmləndirmək üçün yaxşı söz söyləyin ki, sizi dinləyənlərə fayda gətirsin» (Efes. 4:29, 31).
22—28 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 66—68
Yehova hər gün yükümüzü daşıyır
Yehova dualarımıza necə cavab verir?
15 Dualarımıza aldığımız cavab həmişə gözəçarpan şəkildə olmur. Amma aldığımız cavablar bizim Yehovaya sadiq qalmağımıza kömək edir. Ona görə də diqqətli olun ki, Yehovanın duanıza verdiyi cavabı görəsiniz. Yoko adlı bir bacıya elə gəlirdi ki, Yehova onun dualarına cavab vermir. Amma daha sonra o, duada Yehovadan istədiklərini qeyd etməyə başladı. Bir müddət sonra bacı həmin qeydlərinə nəzər saldı və gördü ki, sən demə, Yehova onun dualarının çoxuna cavab verib. Hətta bəziləri onun heç yadında da deyildi. Buna görə də vaxtaşırı biz də Yehovanın dualarımıza necə cavab verdiyi barədə düşünməliyik (Zəb. 66:19, 20).
w10-E 1/12 s. 23, abz. 6
Uşaqlarını tək böyüdən valideynlərə qarşı anlayışlı olun
İsraillilərin ibadət zamanı oxuduqları məzmurlar və ya həmd nəğmələri Yehovanın ilhamı ilə yazılmışdı. Görün bu nəğmələr dulları və yetimləri necə ruhlandırırdı. Çünki orada deyilirdi ki, Yehova dulların və yetimlərin atası və hakimidir və onları qoruyacaq (Zəbur 68:5; 146:9). Biz də övladını tək böyüdən bir valideynin illərlə yaddaşında qalacaq ruhlandırıcı sözlər deyə bilərik. Rut adlı bir ana 20 il əvvəl təcrübəli bir atanın ona dediyi bu sözü hələ də xatırlayır: «İki oğlunu da çox yaxşı böyüdürsən. Sükanı belə saxla». Rut deyir: «Bu sözləri ondan eşitmək mənə dərin təsir bağışladı». Bəli, xoş sözlər dərman kimidir və övladını tək böyüdən valideyni ağlımıza belə gətirə bilməyəcəyimiz qədər ruhlandıra bilər (Məsəllər 15:4). Düşünün görün övladını tək böyüdən valideyni konkret hansı sahədə tərifləyə bilərsiniz?
w09-E 1/4 s. 31, abz. 1
Yetimlərin atası
«ALLAH müqəddəs məskənindədir, O, yetimlərə» atadır (Zəbur 68:5). Yehovanın ilhamı ilə yazılan bu sözlər Onun çox təsirli bir yönünü göstərir — O, məzlumlara qarşı biganə deyil. Onun valideynini itirmiş uşaqların qayğısına qaldığı israillilərə verdiyi Qanundan görünür. Gəlin Müqəddəs Kitabda ilk dəfə Çıxış 22:22—24 ayələrində rast gəlinən «yetim» sözünün mənasını araşdıraq.
Yehova addımlarınızı avand edir
17 Zəbur 40:5 ayəsini oxuyun. Alpinistin məqsədi dağın zirvəsinə çatmaqdır. Amma yol boyunca o, vaxtaşırı ayaq saxlayıb, ətrafı seyr edə bilər. Eynilə hansısa problemin içində olanda müntəzəm olaraq dayanın və Yehovanın işinizi necə avand etdiyi barədə düşünün. Hər günün sonunda özünüzdən soruşun: «Yehova bu gün mənə hansı neməti verdi? Problemim həll olunmasa da, Yehova mənə dözməyə necə kömək edir?» Yehovanın sizə dayaq olduğunu göstərən ən azı bir köməyi görməyə çalışın.
Hikmət xəzinəsindən incilər
«Zəbur» kitabının ikinci hissəsindən diqqətəlayiq fikirlər
68:18, (YD) — «İnsanlar timsalında hədiyyələr» ifadəsi kimlərə aid idi? İnsanlar timsalında hədiyyələr — Və’d edilmiş diyarın istilası zamanı götürülmüş bə’zi əsirlər idi. Onlar həm də levililərə işlərində kömək edirdilər (Ezra 8:20).
29 İYUL — 4 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 69
İsanın həyatında baş verənlərlə bağlı 69-cu məzmurda yazılan peyğəmbərliklər
Onlar Məsihin intizarında idilər
17 İnsanlar boş yerə Məsihə nifrət edəcəkdilər (Məz. 69:4). Yəhya İsanın növbəti sözlərini sitat gətirir: «[Xalqın] arasında misli görülməmiş işləri görməsəydim, günahsız olardılar. Ancaq mənim işlərimi gözləri ilə görə-görə mənə də, Atama da nifrət etdilər. Lakin beləcə, onların Qanununda yazılmış: “Mənə nahaqdan nifrət etdilər”,— sözləri yerinə yetdi» (Yəh. 15:24, 25). Bəzən «Qanun» deyildikdə bütün Müqəddəs Yazılar nəzərdə tutulur (Yəh. 10:34; 12:34). Müjdələrdə yazılan hadisələr təsdiqləyir ki, insanlar, xüsusilə də yəhudi din rəhbərləri İsaya nifrət edirdilər. Üstəlik, Məsih demişdi: «Dünya mənə nifrət edir, çünki mən onun işlərinin şər olduğuna şəhadət edirəm. Ancaq sizə nifrət etməsinə səbəb yoxdur» (Yəh. 7:7).
Həqiqi ibadətin qeyrətini çək
7 İsanın həyatında baş verən bir hadisə onun həqiqi ibadətin qeyrətini nə dərəcədə çəkdiyini çox gözəl göstərir. Həmin hadisə onun xidmətinin əvvəlində, eramızın 30-cu ilinin Pasxa bayramı zamanı baş vermişdi. İsa şagirdləri ilə birgə Yerusəlimdəki məbədə gələrkən orada «mal-qara, qoyun və göyərçin satanları, həmçinin oturub sərraflıq edənləri gördü». İsa nə etdi və bu, onun şagirdlərinə necə təsir göstərdi? (Yəhya 2:13—17 ayələrini oxu.)
8 İsanın o zaman dediyi sözlər və etdiyi hərəkətlər tam yerində olaraq şagirdlərinə Davudun peyğəmbərlik kimi söylədiyi bir məzmuru xatırlatdı: «Evinin qeyrəti məni yandırıb-yaxdı» (Məz. 69:9). Nəyə görə onlar bu sözləri yadlarına salmışdılar? Çünki İsanın gördüyü bu iş çox təhlükəli idi. Orada gedən biabırçı alverin arxasında məbədin nüfuzlu şəxsləri — kahinlər, mirzələr və başqaları dururdu. Onların çirkin niyyətlərini ifşa etməklə və onlara mane olmaqla İsa bu nüfuzlu şəxslərin düşməninə çevrildi. Şagirdlərin tamamilə haqlı olaraq qeyd etdikləri kimi, Allahın «evinin qeyrəti», yəni həqiqi ibadət üçün onun göstərdiyi qeyrət göz qabağında idi. Qeyrət nədir?
g95-E 22/10 s. 31, abz. 4
Ürəyin deşilməsi ölümə səbəb ola bilər?
Bəzi insanlar İsa Məsihin ölüm səbəblərindən birinin peyğəmbərlikdə deyildiyi kimi, ürəyinin deşilməsi olduğunu vurğulayırlar. Ayədə deyilir: «Təhqirlər ürəyimi deşdi, yaram sağalmazdır» (Zəbur 69:20). Bu sözlər hərfi mənada başa düşülməlidir? Ola bilər, çünki İsa ölümündən əvvəlki saatlarda, təkcə fiziki cəhətdən yox, mənəvi cəhətdən də şiddətli iztirab keçirmişdi (Mətta 27:46; Luka 22:44; İbranilərə 5:7). Bundan başqa, İsanın ölümündən sonra böyründən açılmış nizə yarasından qan ilə suyun gəlməsinin səbəbi də ürəyin deşilməsi ola bilər. Ürəyin və ya böyük qan damarlarından birinin yırtılması qanı döş qəfəsinə və ya perikarda — ürəyi sərbəst şəkildə əhatə edən maye tərkibli membrana axıda bilər. Bu iki nahiyədən birinin deşilməsi qan və su kimi görünən bir şeyin axmasına səbəb ola bilər (Yəhya 19:34).
it-2-E s. 650
Zəhər
Məsih haqda peyğəmbərlik edilmişdi ki, ona «yemək əvəzinə zəhər» verəcəklər (Zb 69:21). Bu hadisə İsa Məsihi dirəyə mıxlanmazdan əvvəl ona sirkə ilə qarışdırılmış şərab veriləndə gerçəkləşmişdi. Görünür bu məstedici içkini onun ağrılarını yüngülləşdirsin deyə vermişdilər, amma İsa onu içməkdən imtina etmişdi. Bu peyğəmbərliyin yerinə yetməsini təsvir edən Mətta (27:34) yunan sözü olan xole (acı) sözünü istifadə etmişdi. Eyni ifadə yunan dilində olan Septuagintada, Zəbur 69:21 ayəsində də yazılıb. Amma Markın «Müjdə»sində bu ifadə mürr kimi verilib (Mr 15:23) və buna görə də təxmin olunur ki, «zəhər» və ya «acı bir şey» «mürr» imiş. Digər bir ehtimala görə bu ağrıkəsici içkinin tərkibində həm acı bir şey, həm də mürr var imiş.
Hikmət xəzinəsindən incilər
w99-E 15/1 s. 18, abz. 11
Sədaqətlə əllərinizi qaldırıb dua edin
11 Bir çoxları yalnız nə isə istəyəndə dua edirlər. Amma Yehovaya məhəbbət bizi təşviq etməlidir ki, Ona istər təklikdə, istərsə də başqalarının qarşısında minnətdarlıq bildirək və həmd ucaldaq. Həvari Bulus yazmışdı: «Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi Məsih İsa vasitəsilə qoruyacaq» (Filippililərə 4:6, 7). Bəli, biz yalvarışla yanaşı aldığımız maddi və ruhani nemətlər üçün də Yehovaya şükr etməliyik (Məsəllər 10:22). Məzmurçu bu məzmuru oxumuşdu: «Qoy Allaha gətirdiyiniz qurban şükranlar olsun, Haqq-Taalaya etdiyiniz nəzirləri yerinə yetirin» (Zəbur 50:14). Davud belə bir təsirli ilahi bəstələmişdi: «Allahın adını nəğmələrdə tərənnüm edəcəyəm, Onu həmdlərlə ucaldacağam» (Zəbur 69:30). Gəlin biz də həm təklikdə, həm də başqaları qarşısında belə özəl dualar edək.
5—11 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 70—72
«Gələcək nəslə» Allahın qüvvətli qolundan danışın
«Yehovanı axtaranlar heç bir nemətdən korluq çəkməz»
15 Gəlin görək Davuda başqa nə kömək etmişdi və bu bizə sınaqlara hazırlaşmağa necə kömək edə bilər. Davud deyir: «Dadın, görün necə gözəldir Yehova, Ona sığınan nə bəxtiyardır!» (Zəb. 34:8). Bu sözlər Davudun Yehovaya bel bağlamasının səbəbini göstərir. Davudun Yehovaya güvəndiyi vaxtlarda Yehova onu heç vaxt atmamışdı. Gənc yaşlarında Davud filiştli Calutla üz-üzə gəlmişdi və bu cəngavərə belə demişdi: «Bu gün Yehova səni mənə təslim edəcək» (1 İşm. 17:46). Daha sonra Davud Talut padşahın qulluğunda duran zaman padşah dəfələrlə Davudu öldürməyə cəhd etmişdi. Ancaq «Yehova Davudla idi» (1 İşm. 18:12). Keçmişdə Yehovanın köməyini gördüyü üçün Davud bilirdi ki, indiki çətinlikləri zamanı da Yehovaya arxalana bilər.
Aranızda olan yaşlılara hörmət edin
3 Allahdan ilham alan məzmurçu Məzmur 71:9 ayəsində Ona yalvarır: «Yaşa dolanda da məni rədd etmə, taqətdən düşəndə də məni tərk etmə». Görünür, bu məzmur Davudun yazdığı 70-ci məzmurun davamıdır. Buna görə də, çox ehtimal ki, Məzmur 71:9 ayəsindəki xahiş də Davuda məxsusdur. O, gəncliyindən ahıl yaşlarına qədər Yehovaya xidmət etmiş, Allah da ona böyük işlər tapşırmışdı (1 Şam. 17:33—37, 50; 1 Pad. 2:1—3, 10). Buna baxmayaraq, Davud Yehovadan bundan sonra da ona xeyirxahlıq göstərməsini xahiş edirdi. (Məzmur 71:17, 18 ayələrini oxu.)
4 Bu gün də bir çoxları, Davud kimi, ahıl yaşında olmalarına və «pis günlər» keçirmələrinə baxmayaraq, Allahı izzətləndirmək üçün əllərindən gələni edirlər (Vaiz 12:1—7). Onlardan çoxu müxtəlif sahələrdə, o cümlədən xidmətdə əvvəllər etdikləri qədər edə bilmirlər. Bununla belə, onlar da Yehovadan bundan sonra da onlara xeyir-dua verməsini və qeydlərinə qalmasını xahiş edə bilərlər. Ahıl yaşda olan bu sadiq insanlar əmin ola bilərlər ki, Allah onların dualarını cavablandıracaq. Bundan əlavə, onların duaları Davudun Allahdan ilham alaraq ifadə etdiyi narahatçılığın əks-sədasıdır.
Pis günlər gəlməzdən qabaq Yehovaya xidmət edin
4 Çoxlu həyat təcrübəsi olan yetkin bir insan kimi özünüzə belə bir sual verə bilərsiniz: «Nə qədər ki, gücüm var, həyatımı nəyə həsr edim?» Dünya görmüş bir məsihçi kimi sizin qarşınızda başqalarının malik olmadığı imkanlar var. Həyat təcrübənizi gənclərlə bölüşə bilərsiniz. Xidmətdə rastlaşdığınız ruhlandırıcı hadisələr barədə danışmaqla onları möhkəmləndirə bilərsiniz. Davud padşah belə bir imkanının olması üçün Allaha dua edirdi. O deyirdi: «Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən... Yaşa dolub saçıma dən düşənə qədər gələcək nəslə qüvvətini, gələcək nəslin hər birinə qüdrətini elan edəcəyəm. Ey Allah, məni tərk etmə» (Məz. 71:17, 18).
5 Uzun illər ərzində qazandığınız müdrikliyi başqaları ilə necə bölüşə bilərsiniz? Ruhlandırıcı ünsiyyət üçün gənc təbliğçiləri evinizə dəvət edə bilərsinizmi? Təbliğdə onlarla əməkdaşlıq edərək Yehovaya xidmətin sizə necə sevinc gətirdiyini göstərə bilərsinizmi? Qədimdə yaşamış Elihu demişdi: «Qoy danışsın çox uzun ömür sürənlər, qoy hikmət öyrətsin çox illərin şahidləri» (Əyyub 32:7). Həvari Pavel təcrübəli məsihçi qadınları həm sözdə, həm də əməldə başqalarını ruhlandırmağa təşviq edərək demişdi: «Ağbirçəklər... yaxşı şeylər öyrətməlidirlər» (Tit. 2:3).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 768
Fərat
İsrailin təyin olunmuş ərazisinin sərhədi. Allah İbrahimlə əhd bağlayıb demişdi: «Misir çayından tutmuş böyük çaya, Fərat çayına qədər olan bu torpağı sənin övladlarına verəcəyəm» (Yr 15:18). O bu vədi İsrail xalqına da vermişdi (Çx 23:31; Qn 1:7, 8; 11:24; Yş 1:4). 1 Salnamələr 5:9 ayəsində deyilir ki, Davud padşah olana qədər Rubən qəbiləsindən bəziləri «Fərat çayı sahilindəki çöllüyün başlanğıcına qədər» olan ərazidə yaşayırdılar. Nəzərə alsaq ki, Fərat çayı Giladdan təxminən 800 kilometr şərqdə yerləşirdi (1Sm 5:10), görünür rubənlilər ərazilərini Fərata qədər uzanan Aram səhrasına kimi genişləndirmişdilər. Bu onu göstərir ki, Yehovanın vədi ilk dəfə tam olaraq Davudla Süleymanın hakimiyyəti zamanı yerinə yetmişdi. Həmin vaxt Aram padşahlığı Sobah İsrail ərazisinə daxil idi. Sobahın ərazisi Fərat çayının sahillərinə, Aramın şimalından axan çaya qədər uzanırdı (2İş 8:3; 1Pd 4:21; 1Sm 18:3—8; 2Sm 9:26). Fərat çayı strateji mövqedə olduğu üçün onu adətən «çay» adlandırırdılar (Yş 24:2, 15; Zb 72:8).
12—18 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 73, 74
Allaha xidmət etməyən insanlara həsəd aparmalıyıq?
«Yehova... pərişan insanları azad edir»
14 73-cü məzmuru bir lavili yazmışdı. Lavili olduğu üçün ona şərəf nəsib olmuşdu, Yehovaya ibadət olunan yerdə xidmət edirdi. Buna baxmayaraq, o, həyatının bir dönəmində ruh düşkünlüyünə qapılmışdı. Səbəb o idi ki, bu lavili pislərə, lovğalara paxıllıq edirdi. O onların pis əməllərinə yox, xoş güzəranlarına həsəd aparırdı (Zəb. 73:2—9, 11—14). Qıraqdan elə görünürdü ki, həmin insanların var-dövləti başlarından aşır, hər işi avand gedir, dərdi-sərləri yoxdur. Lavili bütün bunları görüb o qədər pərişan olmuşdu ki, belə demişdi: «Əbəs yerə ürəyimi saf etmişəm, əllərimi günahsızlıq suyunda yumuşam». Aydındır ki, onun ruhaniliyi ciddi təhlükə altında idi.
«Yehova... pərişan insanları azad edir»
15 Zəbur 73:16—19, 22—25 ayələrini oxuyun. Lavili «Allahın müqəddəs məkanına» girir. Orada Yehovanın digər xidmətçiləri arasında olanda sakit şəkildə, aydın düşünərək və dua edərək öz vəziyyətini götür-qoy edə bilir. Beləcə, düşüncələrinin nə qədər axmaq olduğunu başa düşür. Anlayır ki, təhlükəli yola qədəm qoyub, bu onu Yehovadan uzaqlaşdıra bilər. Həmçinin o başa düşür ki, pislər sürüşkən yerdədir və aqibətləri dəhşətli olacaq. Paxıllıq və məyusluq hissindən qurtulmaq üçün lavili məsələyə Yehova kimi yanaşmalı idi. Belə etməyin sayəsində, o, yenidən qəlb rahatlığı və xoşbəxtlik tapdı. O dedi: «[Yehovadan] savayı heç nə gərəyim deyil».
16 Bu hadisədən nə öyrənirik? Biz qıraqdan xoşbəxt kimi görünən pis insanlara paxıllıq etməməliyik. Onların xoşbəxtliyi səthi və ötəridir. Onların əbədi gələcəyi yoxdur (Vaiz 8:12, 13). Belə insanlara paxıllıq etmək məyusluqdan və ruhani məhvdən başqa insana heç nə qazandırmır. Əgər görsəniz ki, sizdə pislərin xoş güzəranına qarşı paxıllıq yaranır, lavili kimi davranın, məhəbbətli Allahımızın məsləhətlərinə əməl edin və Onun iradəsini yerinə yetirən insanlarla oturub-durun. Yehovanı hər şeydən çox sevsəniz, həqiqətən xoşbəxt olacaqsınız. Onda əsl həyata gedən yoldan sapmayacaqsınız (1 Tim. 6:19).
Musanın imanı qədər imanın varmı?
5 Bəs sən özünü «günahdan müvəqqəti həzz [almaqdan]» necə qoruya bilərsən? Unutma, günahlı arzular gəldi-gedərdir. «[Dünyanın] öz istəkləri ilə bərabər keçib» getdiyinə iman gözü ilə bax (1 Yəh. 2:15—17). Tövbə etməyən günahkarların aqibətini düşün. Onlar «sürüşkən [yerdədirlər]... dəhşət içində itib-batacaqlar» (Məz. 73:18, 19). Ürəyindən günah işlətmək keçəndə özündən soruş: «Bunu etməklə əlimə nə keçəcək?»
Qoy heç nə şərəfə çatmaqda sənə mane olmasın
3 Məzmurçu Yehovanın onun sağ əlindən tutacağına və şərəfə çatdıracağına əmin idi. (Məzmur 73:23, 24 ayələrini oxu.) Yehova bunu necə edir? Yehova təvazökar xidmətçilərini müxtəlif üsullarla şərəfə çatdırır: Öz iradəsini başa düşməkdə onlara kömək etməklə və sözünə qulaq asıb itaət edənlərə Onunla sıx münasibət qurmağa imkan verməklə (1 Kor. 2:7; Yaq. 4:8).
4 Yehova həmçinin Öz xidmətçilərinə xoş xəbəri təbliğ etmək işini həvalə edib (2 Kor. 4:1, 7). Və bu xidmət onları şərəfə çatdırır. Bu şərəfdən Allaha həmd etmək və başqalarına fayda gətirmək məqsədilə istifadə edənlərə Yehova söz verir: «Mənə hörmət edənləri hörmətə çatdıracağam» (1 Şam. 2:30). Belə insanlar həm Yehovanın, həm də həmimanlılarının gözündə yaxşı ad qazanırlar (Sül. məs. 11:16; 22:1).
5 Bəs Rəbbi gözləyib Onun yolunu tutanları hansı gələcək gözləyir? «O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək. Pislərin kəsilib atılacağı zamanı görəcəksən»,— deyə Müqəddəs Kitabda vəd edilir (Məz. 37:34). Onlar əbədi həyatı alacaqlarını böyük səbirsizliklə gözləyirlər (Məz. 37:29).
Hikmət xəzinəsindən incilər
«Zəbur» kitabının üçüncü və dördüncü hissələrindən diqqətəlayiq fikirlər
74:13, 14 — Yehova ‘dəniz əjdahalarının başlarını və Livyatanın başlarını’ nə vaxt əzdi? «Misir padşahı fir’on» «öz çayları içində yatan böyük əjdaha» adlanır (Yezekel 29:3). Livyatan, ehtimal ki, fir’onun güclü döyüşçülərini təmsil edir. Onların başlarının əzilməsi, ola bilsin ki, Yehova israilliləri Misir köləliyindən azad edərkən, fir’on və ordusunun məğlubiyyətə uğradığına işarə edir.
19—25 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 75—77
Nəyə görə lovğalanmamalıyıq?
Saleh adamla şər adam arasındakı fərq
4 Həvari Bulus insanların xudbin, pulpərəst olacağını deyəndən sonra əlavə edir ki, insanlar həm də lovğa, özündən razı, təkəbbürlü olacaqlar. Bu xüsusiyyətlərə sahib olan insanlar, bir qayda olaraq, öz bacarığına, görünüşünə, varına, mənsəbinə görə özlərini digərlərindən üstün sayır, alqış, rəğbət «xəstəsi» olurlar. Bir mütəxəssisin təbiri ilə desək, təkəbbürlü insan ürəyində özünə səcdə edir. Təkəbbür o qədər çirkin bir xüsusiyyətdir ki, hətta təkəbbürlü insanlar da başqalarında bu xüsusiyyəti görəndə ikrah duyurlar.
5 Yehova Allah təkəbbürü sevmir. Müqəddəs Kitabda deyilir ki, Onun «təkəbbürlə baxan gözlər»dən zəhləsi gedir (Məs. 6:16, 17). Təkəbbür şeytani xüsusiyyətdir və insanın Allaha yaxınlaşmağına mane olur (Zəb. 10:4; 1 Tim. 3:6). Təəssüflə demək lazımdır ki, hətta bəzi mömin bəndələr də qürurun yoluxdurucu təsiri altına düşmüşdülər. Məsələn, illərlə Allaha sidqi-ürəkdən qulluq edən Yəhuda padşahı Üziyyə «güclənəndə qürurlandı və bu qürur onu uçuruma apardı. O, Allahı Yehovaya xainlik etdi, buxur qurbangahında buxur yandırmaq üçün Yehovanın məbədinə girdi». Hizqiyyə padşah da həmçinin qürur tələsinə düşmüşdü. Xoşbəxtlikdən o, sonradan «qürurunu sındır»araq səhvini düzəltdi (2 Saln. 26:16; 32:25, 26).
«Zəbur» kitabının üçüncü və dördüncü hissələrindən diqqətəlayiq fikirlər
75:4, 5, 10 — «Buynuz» nəyi təmsil edir? Heyvanların buynuzu güclü silahdır. Beləliklə, «buynuz» məcazi mə’nada hakimiyyət və ya qüvvə deməkdir. Yehova Öz xalqının ‘buynuzunu’ dikəltməklə onu ucaldır, ‘pis adamların buynuzlarını’ isə ‘qırır’. Biz ‘buynuz çıxartmaqdan’, yə’ni qürurlu və təkəbbürlü olmaqdan qaçınmalıyıq. Yüksəldənin Yehova olduğu üçün, yığıncaqdakı hər bir işi Allahın tapşırığı kimi qəbul etməliyik (Məzmur 75:7).
Hikmət xəzinəsindən incilər
«Zəbur» kitabının üçüncü və dördüncü hissələrindən diqqətəlayiq fikirlər
76:10 (KM) — ‘İnsanın qəzəbi’ Yehovaya necə həmd edər? Allah Onun xidmətçiləri olduğumuz üçün insanların öz qəzəbini üzərimizə tökməsinə izin verəndə, bu, yaxşı nəticə verə bilər. Tab gətirdiyimiz çətinliklər bizi müəyyən şeylərə öyrədir. Yehova iztirablara, onlardan nə isə öyrənə biləcəyimiz qədər yol verir (1 Peter 5:10). ‘İnsan qəzəbinin artığını sən bağlayırsan’. Bəs əgər əzablarımız ölümlə nəticələnərsə, onda necə? Bu da Allaha izzət gətirər, çünki bizim Allaha sadiqliyimizi görənlər Onu izzətləndirməyə başlaya bilərlər.
26 AVQUST — 1 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 78
İsraillilərin sədaqətsizliyi bizim üçün ibrətdir
w96-E 1/12 s. 29—30
«Əvvəlki vaxtları xatırlayın»
Təəssüf ki, israillilər tez-tez unutqanlıq edirdilər və beləcə günaha yol verirdilər. Bu nəyə gətirib çıxarırdı? Müqəddəs Kitabda yazılıb: «Dönə-dönə Allahı sınadılar, İsrailin Müqəddəsini incitdilər. Yada salmadılar Onun güclü əlini, onları düşməndən qurtardığı günü» (Zəbur 78:41, 42). Əmrlərini unutduqları üçün axırda Yehova onları rədd etdi (Mətta 21:42, 43).
Məzmurçu çox gözəl nümunə qoymuşdu. O demişdi: «Mən Yahın gördüyü işləri xatırlayaram, qədimdəki möcüzələrini yada salaram. Əməllərin barədə düşüncələrə dalaram, bütün işlərini dərin-dərin düşünərəm» (Zəbur 77:11, 12). Bir vaxtlar Yehovaya xidmətdə gördüyümüz işlər barədə bu cür düşünmək və Yehovanın bizim üçün nələr etdiyini yada salmaq bizə lazımi həvəs və cəsarət verəcək, ürəyimizdə minnətdarlıq hissi oyadacaq. Həmçinin əvvəlki vaxtları xatırlamaq bizə əldən düşməməyə, əlimizdən gələni etməyə və sədaqətlə dözüm göstərməyə kömək edəcək.
‘Hər şeyi şikayətsiz edin’
16 Deyinəndə biz fikrimizi özümüzə və problemlərimizə cəmləşdirir, Yehovanın Şahidi kimi malik olduğumuz xeyir-duaları arxa plana çəkirik. Şikayətlənməyə meylliliyə üstün gəlmək üçün bu xeyir-duaları həmişə yadda saxlamalıyıq. Məsələn, hər birimiz Yehovanın şəxsi adını daşımaq şərəfinə malikik (Yeşaya 43:10). Biz Onunla yaxın münasibət qura, habelə «duaları eşidən»lə hər zaman danışa bilərik (Məzmur 65:2; Yaqub 4:8). Ali hakimiyyətlə bağlı məsələni başa düşdüyümüzə və Allah qarşısında nöqsansızlığı qorumağın bizim üçün üstünlük olduğunu bildiyimizə görə həyatımızın həqiqi mə’nası vardır (Süleymanın məsəlləri 27:11). Biz Padşahlıq haqqında xoş xəbəri müntəzəm olaraq təbliğ edirik (Matta 24:14). İsa Məsihin fidiyə qurbanlığına iman sayəsində təmiz vicdana malikik (Yəhya 3:16). Nələrə tab gətirməli olduğumuzdan asılı olmayaraq, biz sadaladığımız xeyir-dualara malikik.
w11-E 1/7 s. 10, abz. 3, 4
Yehova hisslərə malikdir?
Məzmurçu demişdi: «Neçə dəfə səhrada Ona asi oldular, biyabanda Onu kədərləndirdilər» (40-cı ayə). Növbəti ayədə belə demişdi: «Dönə-dönə Allahı sınadılar, İsrailin Müqəddəsini incitdilər» (41-ci ayə). Bu ayələrdə israillilərin üsyankarlığa adət etdikləri təsvir olunur. Onlar bu dikbaşlığı Misir köləliyindən qurtulandan dərhal sonra göstərməyə başladılar. Allahın onların qeydinə qala bilməyəcəyinə və bunu istəmədiyinə işarə edərək Ona qarşı deyinirdilər (Saylar 14:1—4). Müqəddəs Kitab tərcüməçiləri üçün hazırlanmış bir sorğu kitabçasında yazılmışdı: «“Ona asi oldular” sözünü “Allaha qarşı ürəklərini sərtləşdirdilər” və ya “Allaha “yox” dedilər” kimi də tərcümə etmək olar». Amma yenə də Yehova mərhəmətindən irəli gələrək xalqı tövbə edəndə onları bağışlayırdı. Sonra israillilər yenidən üsyan edirdi və eyni vəziyyət təkrarlanırdı (Zəbur 78:10—19, 38).
Bəs asi xalqı üsyan edəndə Yehova hansı hissləri keçirirdi? 40-cı ayədə deyilir ki, «Onu kədərləndirdilər». Başqa bir tərcümədə deyilir ki, «Ona qəm-qüssə verdilər». Müqəddəs Kitabla bağlı bir sorğu kitabçasında deyilir: «Bu ayədə məğz ondan ibarətdir ki, ibranilərin hərəkətləri söz eşitməyən, üsyankar bir uşağın hərəkətləri kimi ağrı-acı gətirirdi». Bəli, üsyankar uşaq valideynlərinə kədər gətirdiyi kimi, üsyankar israillilərdə «İsrailin Müqəddəsini» incidirdilər (41-ci ayə).
Hikmət xəzinəsindən incilər
«Zəbur» kitabının üçüncü və dördüncü hissələrindən diqqətəlayiq fikirlər
78:24, 25 — Nəyə görə manna ‘göylərin taxılı’ və ‘mələklərin çörəyi’ adlanmışdır? Bu ifadələrdən heç biri mannanın mələklərin yeməyi olduğunu bildirmir. O göydən gəldiyi üçün ‘göylərin taxılı’ adlanır (Məzmur 105:40). Mələklər göydə yaşadıqları üçün ‘mələklərin çörəyi’ ifadəsi sadəcə ona işarə edə bilər ki, məskəni göylərdə olan Allah onu verirdi (Məzmur 11:4). Ehtimal ki, Yehova mannanı israillilərə mələklər vasitəsilə verirdi.