NƏĞMƏ 96
Allahın Kəlamı bir xəzinədir
- 1. Bax bir kitab var hər bir kəlməsiylə, - Verir ümid, sülh cümlə-bəşərə. - Onda sözlər canlıdır, təsirlidir, - Şəfa və nur verir «kor gözlərə». - Bu misilsiz kitab Rəbbin Sözüdür, - Hər kəlməsi nazil olmuş göydən, - Qullarına Rəbb o vaxt Öz ruhuyla - Məramını açıb, verib ilham. 
- 2. Xilqət haqda gerçək sözlər yazmışlar, - Kainatı Rəbb necə yaratdı. - O vaxt insan kamil yaradılmışdı, - Asi çıxdı, cənnət itirildi. - Üsyan etmiş mələk haqda yazmışlar, - Rəbb taxtına onun göz dikməsi - İnsanlara günah, dərd gətirsə də, - Çalar Yehova haqq qələbəsin. 
- 3. İndi bizlər üçün sevinc çağıdır, - Məsih taxta Padşah kimi çıxıb. - Bu xəbəri sevinclə car çəkirik, - Qoy hər kəsə nemət olsun nəsib. - Doludur bu kitab ləl-cəvahirlə, - O, ziyafət verir həlimlərə. - Rəbdən gələn canlı bir xəzinədir, - Sülh bəxş eylər iman edənlərə. 
(Həmçinin baxın: 2 Tim. 3:16; 2 But. 1:21.)