NƏĞMƏ 44
Məzlumun duası
Çap versiyası
	- 1. Yehova, yalvarıram - Sən eşit fəryadımı, - Dərdim böyük, yaram dərin, - üzür bu canımı. - Naçaram çox, yordu məni - bədbin düşüncələr, - Sən lütf et, ey İlahi, - təsəlli ver, ol sipər. - NƏQARƏT - Yardım eylə, dözə bilim, - Ah, köksümdə qırıq qəlbim. - Ümidsizlik girdabından - Qurtar, Tanrım, Sən ol hayan. 
- 2. Yehova, Kəlamınla ovunur - könlüm mənim, - Orda əks olunub - diləgəlməz duyğularım. - Artır imanımı, - Sənə olum hey arxayın, - Unutmayım, böyükdür - qəlbimdən məhəbbətin. - NƏQARƏT - Yardım eylə, dözə bilim, - Ah, köksümdə qırıq qəlbim. - Ümidsizlik girdabından - Qurtar, Tanrım, Sən ol hayan. 
(Həmçinin baxın: Zəb. 42:6; 119:28; Rom. 8:26; 2 Kor. 4:16; 1 Yəh. 3:20.)