NƏĞMƏ 75
«Mən gedərəm! Məni göndər!»
- 1. Pislər Yehovanı şərlər, - Uca ismin bədnam eylər. - Biri Onu zalım sanır, - Axmaqsa varlığın danır. - Kim pak edər Rəbbin adın? - Uca tutar Onun şanın? - NƏQARƏT 1 - Gedərəm mən! Məni göndər! - Dilim Sənə həmdlər söylər. - Böyük şərəfdir, ey Allahım, - Mən gedim! Məni göndər! 
- 2. Bəşər haqq yolunu azıb, - Allah xofu yaddan çıxıb, - Cansız bütə o baş əyir, - Taxta-taca «allah» deyir. - Hökmü kimlər bəyan edər? - Pisi məhvdən agah eylər? - NƏQARƏT 2 - Gedərəm mən! Məni göndər! - Olsun qoy xəbərdar onlar. - Böyük şərəfdir, ey Allahım, - Mən gedim! Məni göndər! 
- 3. Pislik artır günü-gündən, - Fağır, məzlum çəkir sitəm, - Çıraqla ədalət gəzir, - Qəlbi dinclik arzu edir. - Verər kim həlimə müjdə, - Məlhəm olar sınıq qəlbə? - NƏQARƏT 3 - Gedərəm mən! Məni göndər! - Bilik alsın həlim kəslər. - Böyük şərəfdir, ey Allahım, - Mən gedim! Məni göndər! 
(Həmçinin baxın: Zəb. 10:4; Hizq. 9:4.)