NƏĞMƏ 101
Birlik içində yaşayaq
Çap versiyası
	- 1. Bu soyuq, zalım dünyadan - Cəm etdi bizi Yaradan. - Qəlblərə hakim kəsilib - Sülh, həmrəylik, birlik. - Bu birlik çox xoşdur, - Sülhlə həmahəng. - Allahdan aldıq tapşırıq, - Müjdəni edirik təbliğ, - Biz edirik vəcdlə xidmət, - Möhkəmlənsin vəhdət. 
- 2. Çalışaq olaq həmfikir, - Səbirli, sevən və canbir, - Sevgimiz dəniztək coşsun, - Sülh qəlblərə dolsun. - Ah, sülh necə xoşdur, - Zövq verir bizə. - Bəsləsək dərin məhəbbət - Rəbb verər xeyir-bərəkət. - Bir olub sülhü qoruyaq, - Şövqlə xidmət edək. 
(Həmçinin baxın: Mik. 2:12; Səf. 3:9; 1 Kor. 1:10.)