NƏĞMƏ 57
Hər cür insana müjdə çatdıraq
- 1. İstərik Allaha biz bənzəyək, - Onuntək pak və qərəzsiz olaq. - Hər cür insan xilas olsun deyə - Biz vəz edək, nura dəvət edək. - NƏQARƏT - Heç kəsə fərq qoymadan, - Qərəzli yanaşmadan, - Təbliğ edək xilas müjdəsini. - Bil, haqqı var hər qulun, - Qoy Allahla dost olsun. - İstər Rəbb hər kəsin xilasını. 
- 2. Təbliğ edən zaman unutma ki, - İlk təəssürat, məkan vacib deyil. - Əsas ürək təmiz olsun gərək, - Allah-Taala eylər qəlbi təhlil. - NƏQARƏT - Heç kəsə fərq qoymadan, - Qərəzli yanaşmadan, - Təbliğ edək xilas müjdəsini. - Bil, haqqı var hər qulun, - Qoy Allahla dost olsun. - İstər Rəbb hər kəsin xilasını. 
- 3. Qəbul edir Yehova ürəkdən - Şər dünyadan ayrı duran kəsi. - Hər cür insan bilsin həqiqəti, - Gerçək olsun Rəbbin iradəsi. - NƏQARƏT - Heç kəsə fərq qoymadan, - Qərəzli yanaşmadan, - Təbliğ edək xilas müjdəsini. - Bil, haqqı var hər qulun, - Qoy Allahla dost olsun. - İstər Rəbb hər kəsin xilasını. 
(Həmçinin baxın: Yəh. 12:32; Həv. 10:34; 1 Tim. 4:10; Tit. 2:11.)