NƏĞMƏ 121
Özümüzə hakim olaq
Çap versiyası
	- 1. Ya Rəbb Yehova, sevirik Səni, - Biz bəni-insanıq, öyrət təmkini. - Cisim fani, yox heç bir xeyri, - Sülh və həyatdır ruhun bəhri. 
- 2. Fəndlə, hiyləylə qurur tor Şeytan, - Aman vermir həm də günah bir yandan. - Səy göstərsək, Rəbb güc verəcək, - Əqlən və cismən qalib gələk. 
- 3. Sözlə, əməllə Rəbbə həmd edək, - Dürüst, pak yaşaraq şərəf gətirək. - Vardır ricam Səndən, ya Rəbbim, - Qoy özümə mən olum hakim. 
(Həmçinin baxın: 1 Kor. 9:25; Qal. 5:23; 2 But. 1:6.)