NƏĞMƏ 36
Ürəyimizi qoruyaq
Çap versiyası
1. Qəlbi gərək biz qoruyaq,
Uzaq gəzək şərdən.
Allah-Taala görür onu,
Agahdır hər şeydən.
Hərdən ürək xain kimi,
Sapır haqq yolunu,
Rəbb bu naçar qəlbə saçsın,
Parlaq, xoş nurunu.
2. Yehovaya dua edib
Ona yaxınlaşaq.
Rəbbə həmdi-şükran edib
Hər dərd-səri açaq.
Allah öyüd verir bizə,
Onu qəbul edək,
Rəbdən rəğbət görərik biz,
Sadiq olsa ürək.
3. Qoy ürəkdə məskun olsun,
Təmiz, nəcib şeylər.
Rəbbin müdrik Sözü bizə
Kamal, ürfan verər.
Dostu olan sadiq kəslər
Rəbbin lütfün görər.
Səcdə etsək Ona qəlbdən,
Olarıq bəxtəvər.
(Həmçinin baxın: Zəb. 34:1; Filip. 4:8; 1 But. 3:4.)