NƏĞMƏ 5
Allahın ecazkar işləri
Çap versiyası
	- 1. Rəbbim, mənə yaxşı bələdsən, - Hər addımım, yolum Sənə agah. - Mənim gizli, məhrəm fikirlərim də - Sənə məlumdur, - Xaliqimsən, ey Allah. - Gizli yerdə xəlq edilsəm də, - Hər zərrəmi görmüşdür gözlərin. - Kitabında onlar qeyd edilmişdir, - Bir möcüzədir, ey İlahi, hər işin. - Nə heyrətli, gözəl yaradılmışam, - Bunu yaxşı bilir qəlbim mənim. - Qatı zülmət çöksə belə, qorxmaram, - Orda tapar məni ruhun Sənin. - De varmı, o cür yer, Yehova, - Qaça bilsin ora insan Səndən? - Çox axtarsam, hara getsəm də yoxdur, - Nə məzarda, nə göylərdə elə məkan. 
(Həmçinin baxın: Zəb. 66:3; 94:19; Ərm. 17:10.)