NƏĞMƏ 46
Yehova, Sənə şükr olsun
Çap versiyası
	- 1. Yehova, Sənə şükr olsun hər zaman, - Olursan bizə dar gündə hayan. - Bizə Sən dua ənamın bəxş etdin, - Fəryad edəndə köməyə yetdin. 
- 2. Yehova, yerə göndərdin İsanı, - Qaldı o, sadiq, ucaltdı Səni. - Sənə şükr olsun, bizləri əfv etdin, - Sonsuz məhəbbətlə bizi sevdin. 
- 3. Təbliğ işini Sən bizə tapşırdın, - Şərəfdir bəyan eyləmək adın. - Sənə şükr olsun, bitəcək dərd-sitəm, - Cənnət olacaqdır bütün aləm. 
(Həmiçinin baxın: Zəb. 50:14; 95:2; 147:7; Kol. 3:15.)