NƏĞMƏ 43
Şükran duası
Çap versiyası
	- 1. Bol səxavət göstərirsən, Yehova, - Şükr eyləyirik Sənə duada. - Yalnız Sənə biz pənah aparırıq, - Nəvazişin hey duyuruq, Ata. - Biz torpaqdanıq, günah işləyirik, - Əfv diləyirik Səndən, ey Rəhman. - Öz qullarınçün fidyə ödəmisən, - Çox minnətdarıq Sənə, Yaradan. 
- 2. Məhəbbətin və lütfün necə boldur, - Ya Rəbb, olursan bizə Sən dayaq. - Pak Kəlamdan biz Səni tanımışıq, - Yol göstərirsən düzgün yaşayaq. - Vəz eyləməkçün ruhun bəxş edirsən, - Sidq-ürəkdən minnətdarıq Sənə. - Daim sevinclə adın zikr edirik, - Həmdi-şükran ucalsın şəninə. 
(Həmçinin baxın: Zəb. 65:2, 4, 11; Filip. 4:6.)