NƏĞMƏ 64
Biçin işində sevinclə iştirak edək
Çap versiyası
	- 1. Biçin vaxtında yaşayırıq, - Məhsulla doludur zəmi. - Gərək çalışaq canla-başla, - Görək Ağanın işini. - Məsih zəhmətkeş bir rəhbərtək - Verir bu işdə nümunə. - Nəsibdir bizə misilsiz şərəf, - Qoyuruq zəhmət biçinə. 
- 2. Rəbbə, insana məhəbbətdir - Bizi xidmətə sövq edən. - Təbliğ eyləmək təcilidir, - Tezcə bitəcək bu dövran. - Sevinc Allahın nemətidir, - Gərəkdir onu qorumaq, - Dözüm göstərərək sona qədər, - Allahla birgə çalışaq. 
(Həmçinin baxın: Mət. 24:13; 1 Kor. 3:9; 2 Tim. 4:2.)