NƏĞMƏ 18
Fidyəyə görə minnətdarlıq
Çap versiyası
	- 1. Yehova, lütf etdin, - gəldik hüzuruna, - Bənzəməz, İlahi, - heç nə Sənin sevginə. - Uğrumuzda fidyə verdin - Öz Oğlunu, - Heç vaxt əvəz etməz - saysız qurbanlar onu. - NƏQARƏT - Məsih canın fəda etdi, - Qanı bizə həyat verdi. - Ey Xudavənd, - Sənə biz minnətdarıq əbədi. 
- 2. O, könüllü - qurban verdi həyatını, - Göstərdi bizə kamil, - tükənməz sevgini. - Günah, ölüm - əsir etmişdi bizləri, - Fəqət fidyə sonsuz - həyat ümidi verdi. - NƏQARƏT - Məsih canın fəda etdi, - Qanı bizə həyat verdi. - Ey Xudavənd, - Sənə biz minnətdarıq əbədi. 
(Həmçinin baxın: İbr. 9:13, 14; 1 But. 1:18, 19.)