NƏĞMƏ 26
«Bunu mənim üçün etdiniz»
- 1. Məsihin səmavi gəliniylə birgə - Şahidlər çalışır çiyin-çiyinə. - Onlara edilən yaxşılıq heç zaman, - İsa Məsihin yayınmaz gözündən. - NƏQARƏT - «Təsəlli verəndə sizlər onlara, - Təsəlli verdiniz elə bil mənə. - Onlarçün zəhmət çəkəndə ürəkdən, - Qulluq etdiniz elə bil mənə, - Qayğımı çəkdiniz elə bil mənim». 
- 2. «Ac-susuz olanda qeydimə qaldınız, - Mən korluq çəkəndə tək qoymadınız». - «Bunları nə zaman eylədik?» — soranda, - Həmin vaxt Padşah deyəcək onlara: - NƏQARƏT - «Təsəlli verəndə sizlər onlara, - Təsəlli verdiniz elə bil mənə. - Onlarçün zəhmət çəkəndə ürəkdən, - Qulluq etdiniz elə bil mənə, - Qayğımı çəkdiniz elə bil mənim». 
- 3. «Tam sadiq qaldınız, yaydınız siz müjdə - Ruhla məsh olunmuş nökərlə birgə. - Gəlin, ey qullarım, yeri alın miras», — - Həlim kəslərə deyəcəkdir Padşah. - NƏQARƏT - «Təsəlli verəndə sizlər onlara, - Təsəlli verdiniz elə bil mənə. - Onlarçün zəhmət çəkəndə ürəkdən, - Qulluq etdiniz elə bil mənə, - Qayğımı çəkdiniz elə bil mənim». 
(Həmçinin baxın: Məs. 19:17; Mət. 10:40—42; 2 Tim. 1:16, 17.)