NƏĞMƏ 58
Sülhsevər insanları axtarırıq
- 1. «Vəz et, müjdə ver», — əmr etdi Ağa. - Qızmar gündə, tozlu yolda - Təbliğ edirdi o, xalqa. - O zövq alırdı daim bu işdən, - Həqiqəti öyrədirdi - Heç usanmadan. - Diyar-diyar, qarış-qarış - Edirik biz də axtarış. - Qoy qəlblərdə doğsun ümid günəşi. - NƏQARƏT - Hər millətdə - Biz sülhsevər insan gəzirik. - Saf qəlblərə - Xilas haqda müjdə veririk. - Gəl heç kəsdən - Yan keçməyək. 
- 2. Vaxt azdır bu gün, biz zirək olaq, - Sülhü sevən, həlim qəlbli - İnsan qoy olmasın həlak. - Can yandırırıq biz insanlara, - Rəbbin sözü bir məlhəmdir - Hər cür dərdlərə. - Şəhər-şəhər və kəndbəkənd - Təbliğ işi olur avand. - Sevinc verir bizə sonsuz bir ilham. - NƏQARƏT - Hər millətdə - Biz sülhsevər insan gəzirik. - Saf qəlblərə - Xilas haqda müjdə veririk. - Gəl heç kəsdən - Yan keçməyək. 
(Həmçinin baxın: Əşy. 52:7; Mət. 28:19, 20; Luka 8:1; Rom. 10:10.)