NƏĞMƏ 90
Bir-birimizi ruhlandıraq
- 1. Təşviq edək dindaşları biz - Rəbbə sevinclə xidmətə. - Sevgi telin gücləndirərək - Rəbbə birgə edək səcdə. - Rəbbin pak yığıncağındayıq, - Sevgi burda məskən salmış. - Bizim üçün isti ocaqdır, - Qəlblər burda pənah tapmış. 
- 2. Lazım anda söylənilən söz - Naçar qəlbə məlhəm olar. - Böyük sərvət sahibləriyik, - Tapmışıq biz sadiq dostlar. - Birgə xidmət etmək nə xoşdur, - Ümid sevinc verir bizə. - Zəif düşə bilərik bəzən, - Lazımıq bir-birimizə. 
- 3. İman gözüylə biz görürük - Yaxındır qurtuluş günü. - Heç qalmayaq görüşlərdən biz, - Tutaq Rəbbin haqq yolunu. - Allah istər Onun xalqıyla - Xidmət edək biz əbədi. - Bunun üçün ruhlandıraq ki, - Hər kəs sadiq qalsın indi. 
(Həmçinin baxın: Luka 22:32; Həv. 14:21, 22; Qal. 6:2; 1 Salon. 5:14.)