Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g15 yanvar s. 10—11
  • Kosta-Rikaya səyahət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Kosta-Rikaya səyahət
  • Oyanın! 2015
Oyanın! 2015
g15 yanvar s. 10—11
Kosta-Rikanın sahilboyu ərazisinin yuxarıdan görünüşü

ÖLKƏLƏR VƏ XALQLAR

Kosta-Rikaya səyahət

Kosta-Rikanın harada yerləşdiyini göstərən dünya xəritəsi

BEŞ əsr bundan əvvəl ilk dəfə bu əraziyə ispanlar ayaq basmışdı. Onlar orada çoxlu qızıl tapacaqlarını zənn etdikləri üçün oranı Kosta-Rika (zəngin sahil) adlandırmışdılar. Amma ümidləri puça çıxdı. Lakin bu gün bu ərazi qiymətli metal yataqları kimi yox, zəngin bioaləm məkanı kimi tanınır.

Kosta-Rikalılar tikos kimi tanınırlar. Onlar kiçiltmə dərəcəsini göstərmək üçün sözə «-iko» şəkilçisini əlavə etməyi xoşlayırlar. Götürək, un momento (bir dəqiqə gözlə) sözünü. Onlar çox vaxt un momento yox, un momentiko (bircə dəqiqə gözlə) deyirlər. Onlar gündəlik danışıqda salamlaşıb sağollaşanda, minnətdarlıqlarını və razılıqlarını bildirəndə tez-tez püra beda! (pak həyat!) sözünü işlədirlər.

Qırmızıgöz ağac qurbağası

Kosta-Rikanın meşələri müxtəlif bitki və heyvanlarla zəngindir. Məsələn, qırmızıgöz ağac qurbağası (Agalychnis callidryas)

Kostarikalıların sevimli yeməkləri qallo pintodur (hərfən «çilli xoruz» deməkdir). Onlar əvvəlcə düyü ilə lobyanı ayrıca bişirir, sonra isə onları qarışdırıb içinə ədviyyatlar əlavə edirlər. Bu yeməyi səhər, günorta, axşam yemək olar. Milli içkiləri koreado qəhvəsidir. Hazırlanma üsulu: ağacdan hazırlanmış qurğuya tənzif asılır. Bu tənzifin içinə qəhvə və qaynar su tökülür. Və su yavaş-yavaş süzülərək fincana axır.

Kosta-Rikada Yehovanın Şahidlərinin on dildə keçirdikləri təxminən 450 yığıncağı var. Bu dillərə həmçinin Kosta-Rika jest dili və kostarikalılıarın iki doğma dili — bribri və kabekar dilləri də daxildir.

BİLİRSİNİZ? Kosta-Rikada yüzlərlə incə yonulmuş daş kürələr tapılıb. Ən böyüyünün diametri 2,4 metrdir. Bəzilərinin yaşı 1400 ildən çoxdur. Onların hansı məqsədlə düzəldildiyi dəqiq bilinmir.

Kosta-Rikada qədimi daş kürələr

Daş kürələr

QISA MƏLUMAT

  • Əhalisi: 4 878 000

  • Paytaxtı: San-Xose

  • Rəsmi dili: ispan

  • Təbiəti: sahil boyu düzənlik, mərkəzə doğru isə dağlıq ərazi

  • Dövlət quruluşu: Demokratik Respublika

BİLİYİNİZİ YOXLAYIN

Bunlardan hansı Kosta-Rikaya aiddir?

  1. Qərb yarımkürəsində təhsil səviyyəsi ən yüksək olan ərazidir

  2. Ən güclü ordusu olan ölkədir

  3. Bu adaya gizli əzinə axtarmaq üçün 500 dəfədən çox səfər təşkil olunub

Cavablar: A və C bəndi. C bəndi Kosta-Rikanın Kokos adasına aiddir; bu ada əsas ərazidən 563 kilometr qərbdə yerləşir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş