Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g15 aprel s. 8—9
  • Hondurasa səyahət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hondurasa səyahət
  • Oyanın! 2015
Oyanın! 2015
g15 aprel s. 8—9
Honduras sahili

ÖLKƏLƏR VƏ XALQLAR

Hondurasa səyahət

Hondurasın xəritəsi

HONDURAS sözünün mənası ispanca «dərinlik» deməkdir. Görünür, Xristofor Kolumb bu ərazinin Atlantik okeanının sahilboyu sularını təsvir etmək üçün bu sözü istifadə etmişdi. Bəzilərinin fikrincə, ölkə məhz buna görə Honduras adlandırılıb.

Honduraslılar ailədəki sədaqətə və əməkdaşlığa böyük önəm verirlər. Məsələn, pulların xərclənməsi və uşaqların təhsili kimi vacib qərarları ərlə arvad birlikdə verir.

Honduras əhalisinin çoxu avropalılarla yerli əhalinin qarışığı olan metislərdir. Qarışığı olmayan yerli xalqlar da var, məsələn, çortilər. Qarifuna kimi digər əsil honduraslılar isə öz əcdadlarının qalıqlarıdır.

Qarifunalı musiqiçi möhkəm ağacdan düzəldilmiş nağara çalır

Qarifunalı musiqiçi möhkəm ağacdan düzəldilmiş nağara çalır

Qarifunalılar afrikalılardan və Sent-Vinsent adalarında yaşamış Karib hindilərindən əmələ gəliblər. Təxminən 1797-ci ildə qarifunalılar İslas-de-la-Baiyaya (Baiya adaları) köçüb gəlmişlər. Sonradan onlar Mərkəzi Amerikanın Karib dənizinin sahili boyu məskunlaşmışlar. Oradan onlar yavaş-yavaş Mərkəzi və Şimali Amerikanın digər ərazilərinə yayılmağa başlamışlar.

Qarifunalılar möhkəm ağacdan düzəldilmiş nağaranın müşayiəti ilə şux rəqslər etməyi xoşlayırlar. Onların mədəniyyətinə həmçinin al-əlvan rəngli milli geyimlər, nağılbazlıq və ereba (maniok bitkisinin kökündən hazırlanan böyük nazik pirojna kimi milli yeməklər xasdır.

Hondurasda Yehovanın Şahidlərinin təxminən 400 yığıncağı var. İbadət görüşləri Çin Mandarin, Honduras jest dili, ingilis, ispan, Qarifuna və miskito dillərində keçirilir.

Ereba

Ereba, maniok bitkisinin kökündən hazırlanan böyük nazik pirojna

QISA MƏLUMAT

  • Əhalisi: 8 111 000

  • Paytaxtı: Tequsiqalpa

  • Dövlət quruluşu: Demokratik Respublika

  • Rəsmi dili: ispan

  • İqlimi: subtropik, dağlarda isə mülayim

  • Ərazisi: 75 faizdən çoxu yayla. Sahilboyu ovalıq və adalar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş