«Müqəddəs Kitab hekayələri» nəşrinin öyrənilməsi üçün suallar
Hekayə 1
Allah yaratmağa başlayır
- Hər şeyi kim yaradıb? Buna aid bir misal çəkə bilərsənmi? 
- Allah ən əvvəl kimləri yaratdı? 
- Ən birinci mələk başqalarından nə ilə fərqlənirdi? 
- Yer üzünün əvvəllər necə olduğunu təsvir et. (Şəklə bax.) 
- Heyvanların və insanların yaşaması üçün Allah yer üzündə nə etdi? 
Əlavə suallar:
- Yeremya 10:12 ayəsini oxu. - Yaratdıqlarının vasitəsilə Allahın hansı xüsusiyyətlərini görmək olar? (Yeşaya 40:26; Rom. 11:33). 
- Koloslulara 1:15-17 ayələrini oxu. - İsa yaradılışda hansı rolu oynamışdır və bu ona olan münasibətimizə necə təsir göstərməlidir? (Kolos. 1:15-17). 
- Yaradılış 1:1-10 ayələrini oxu. - Yer necə yarandı? (Yar. 1:1). 
- İlk yaradılış günündə nə baş verdi? (Yar. 1:3-5). 
- İkinci yaradılış günündə baş verənləri təsvir et (Yar. 1:7, 8). 
 
Hekayə 2
Gözəl bağ
- Allah Yer kürəsini bizim üçün necə hazırladı? 
- Allah hansı heyvanları yaratdı? (Şəklə bax.) 
- Nəyə görə Eden bağı xüsusi bağ idi? 
- Allah Yerin necə olmasını istəyirdi? 
Əlavə suallar:
- Yaradılış 1:11-25 ayələrini oxu. - Üçüncü yaradılış günündə Allah nələri yaratdı? (Yar. 1:12). 
- Dördüncü yaradılış günündə nələr baş verdi? (Yar. 1:16). 
- Beşinci və altıncı yaradılış günlərində Allah hansı heyvanları yaratdı? (Yar. 1:20, 21, 25). 
 
- Yaradılış 2:8, 9 ayələrini oxu. - Allah bağda başqa hansı iki ağacı yetişdirdi və bu ağaclar nəyi simvolizə edirdilər? 
Hekayə 3
İlk kişi və qadın
- 3-cü hekayədəki şəkil 2-ci hekayədəki şəkildən nə ilə fərqlənir? 
- İlk insanı kim yaratdı və o insanın adı nə idi? 
- Allah Adəmə hansı işi tapşırdı? 
- Allah nə üçün Adəmi dərin yuxuya verdi? 
- Adəmlə Həvva nə qədər yaşaya bilərdilər və Allah onların hansı işlə məşğul olmasını istəyirdi? 
Əlavə suallar:
- Yeşaya 42:8 (KM) ayəsini oxu. - Allahın adı nədir? Onun yer üzərində tutduğu mövqeni təsvir et. (Yer. 16:21, KM; Dan. 4:17). 
- Yaradılış 1:26-31 ayələrini oxu. 
- Yaradılış 2:7-25 ayələrini oxu. - Adəm heyvanlara ad vermək üçün nə etməli idi? (Yar. 2:19). 
- Yaradılış 2:24 ayəsi Yehovanın nikaha, ayrı yaşamağa və boşanmaya dair nöqteyi-nəzərini necə göstərir? (Mat. 19:4-6, 9). 
 
Hekayə 4
Onlar evlərindən qovulurlar
- Şəklə bax. Adəm və Həvva ilə nə baş verib? 
- Yehova onları niyə cəzalandırdı? 
- İlan Həvvaya nə dedi? 
- İlanı Həvva ilə danışdıran kim idi? 
- Adəmlə Həvva Cənnət evlərindən nə üçün qovuldular? 
Əlavə suallar:
- Yaradılış 2:16, 17; 3:1-13, 24 ayələrini oxu. - İlanın Həvvaya verdiyi sual Yehovanı yanlış şəkildə necə təqdim edirdi? (Yar. 3:1-5; 1 Yəh. 5:3). 
- Həvvanın nümunəsi bizi nədən çəkindirməlidir? (Filip. 4:8; Yaq. 1:14, 15; 1 Yəh. 2:16). 
- Adəmlə Həvva gördükləri işin məsuliyyətini daşımaqdan necə boyun qaçırdılar? (Yar. 3:12, 13). 
- Eden bağının şərqində duran keruvlar Yehovanın Ali Hakimiyyətini necə dəstəkləyirdilər? (Yar. 3:24). 
 
- Vəhy 12:9 ayəsini oxu. - Şeytan bəşəriyyəti Allahın rəhbərliyinə qarşı qaldırmağa nə dərəcədə nail oldu? (1 Yəh. 5:19). 
Hekayə 5
Həyat çətinləşir
- Eden bağından kənarda Adəmlə Həvvanın həyatı necə idi? 
- Adəm və Həvva ilə get-gedə nə baş verirdi və nə üçün? 
- Nə üçün Adəmlə Həvvanın uşaqları qocalıb ölməli idilər? 
- Əgər Adəmlə Həvva Yehovanın sözünə qulaq assaydılar, onların və uşaqlarının həyatı necə olardı? 
- Allahın sözündən çıxması Həvvaya hansı ağrıları gətirdi? 
- Adəmlə Həvvanın ilk iki oğlunun adı nə idi? 
- Şəkildəki o biri uşaqlar kimlərdir? 
Əlavə suallar:
- Yaradılış 3:16–23; 4:1, 2 ayələrini oxu. - Torpağın lənətlənməsi Adəmin həyatına necə təsir göstərdi? (Yar. 3:17-19; Rom. 8:20, 22). 
- Mənası «yaşayanların hamısının anası» olan Həvva adı ilk qadına nə üçün yaraşırdı? (Yar. 3:20). 
- Adəmlə Həvva günah işlətdikdən sonra da, Yehova onlarla necə mülayim davrandı? (Yar. 3:7, 21). 
 
- Vəhy 21:3, 4 ayələrini oxu. - ‘Əvvəlki şeylərdən’ xüsusilə hansına son qoyulmasını səbirsizliklə gözləyirsən? 
Hekayə 6
Yaxşı oğul və pis oğul
- Qabil və Habil nə ilə məşğul olurdular? 
- Qabil və Habil Yehovaya hansı hədiyyələri gətirdilər? 
- Nə üçün Yehova Habilin hədiyyəsindən razı qaldı, Qabilinkindən isə razı qalmadı? 
- Qabil necə insan idi və Yehova ona hansı məsləhəti verdi? 
- Qardaşı ilə çöldə tək olanda Qabil nə etdi? 
- Qardaşını öldürəndən sonra Qabil ilə nə baş verdi? 
Əlavə suallar:
- Yaradılış 4:2-26 ayələrini oxu. - Yehova Qabili gözləyən təhlükəni necə təsvir etdi? (Yar. 4:7). 
- Qabilin ürəyindəkilər necə aşkar oldu? (Yar. 4:9). 
- Yehova günahsız qanın tökülməsinə necə baxır? (Yar. 4:10; Yeşaya 26:21). 
 
- 1 Yəhya 3:11, 12 ayələrini oxu. - Qabilin möhkəm qəzəblənməsinin səbəbi nə idi və bu bizi nədən çəkindirməlidir? (Yar. 4:4, 5; Sül. məs. 14:30; 28:22). 
- Ailə üzvlərimizin hamısı Yehovaya qarşı çıxsa da, nöqsansızlığımızı qorumağın mümkün olduğunu Müqəddəs Kitab necə göstərir? (Məz. 27:10; Mat. 10:21, 22). 
 
- Yəhya 11:25 ayəsini oxu. - Salehlik uğrunda ölənlərlə bağlı Yehova bizi nəyə əmin edir? (Yəh. 5:24). 
Hekayə 7
Cəsarətli insan
- Xanok başqalarından nə ilə fərqlənirdi? 
- Xanokun günlərində yaşayan insanlar nəyə görə pis işlərlə məşğul olurdular? 
- İnsanlar hansı pis işləri görürdülər? (Şəklə bax.) 
- Xanok nə üçün cəsarətli olmalı idi? 
- O vaxt insanlar nə qədər yaşayırdı, bəs Xanok neçə il yaşamışdı? 
- Xanokun ölümündən sonra nə baş verdi? 
Əlavə suallar:
- Yaradılış 5:21-24, 27 ayələrini oxu. 
- Yaradılış 6:5 ayəsini oxu. - Xanokun ölümündən sonra yer üzündə vəziyyət nə dərəcədə pisləşdi və bunu günlərimizlə necə müqayisə etmək olar? (2 Tim. 3:13). 
- İbranilərə 11:5 ayəsini oxu. - Xanokun hansı xüsusiyyəti ‘Allaha məqbul idi’ və bu, özü ilə hansı xeyir-duaları gətirdi? (Yar. 5:22). 
- Yəhuda 14, 15 ayələrini oxu. - İnsanları Har-Megidon müharibəsinin yaxınlaşması haqqında xəbərdar edərkən məsihçilər Xanokun cəsarətini necə təqlid edə bilərlər? (2 Tim. 4:2; İbr. 13:6). 
Hekayə 8
Yer üzündəki nəhənglər
- Allahın mələklərindən bəziləri Şeytana qulaq asandan sonra nə etdilər? 
- Nəyə görə bəzi mələklər onlara göydə tapşırılan işi atıb yerə gəldilər? 
- Nə üçün mələklərin yerə gəlib insan cildinə girmələri düzgün deyildi? 
- Mələklərin uşaqları başqalarından nə ilə fərqlənirdi? 
- Şəkildə gördüyün kimi, nəhənglər nə edirdilər? 
- Xanokdan sonra yer üzündə yaşamış yaxşı insan kim idi və Allah nəyə görə onu sevirdi? 
Əlavə suallar:
- Yaradılış 6:1-8 ayələrini oxu. - Yaradılış 6:6 ayəsi davranışımızın Yehovanın hisslərinə təsir göstərdiyini necə açıqlayır? (Məz. 78:40, 41; Sül. məs. 27:11). 
- Yəhuda 6 ayəsini oxu. - Nuhun günlərində ‘öz ləyaqətlərini hifz etməyən’ mələklərin nümunəsi bizə nə öyrədir? (1 Kor. 3:5-9; 2 Pet. 2:4, 9, 10). 
Hekayə 9
Nuh gəmi tikir
- Nuhun ailəsi neçə nəfərdən ibarət idi və onun oğllarının adı nə idi? 
- Allah Nuha hansı qeyri-adi tapşırığı verdi və nə üçün? 
- Nuh ətrafdakı insanlara gəmi haqqında danışanda, onlar necə münasibət göstərirdilər? 
- Allah heyvanlarla bağlı Nuha hansı tapşırığı verdi? 
- Allah gəminin qapısını örtdükdən sonra Nuh ailəsi ilə birgə nə etməli idi? 
Əlavə suallar:
- Yaradılış 6:9-22 ayələrini oxu. - Nuh nəyin sayəsində Yehovanın görkəmli xidmətçisi oldu? (Yar. 6:9, 22). 
- Yehovanın zorakılığa münasibəti necədir və bu, bizim əyləncə seçimimizə necə təsir etməlidir? (Yar. 6:11, 12; Məz. 11:5). 
- Yehovanın təşkilatı tərəfindən verilən rəhbərliyə riayət etməkdə Nuhdan hansı nümunəni götürə bilərik? (Yar. 6:22; 1 Yəh. 5:3). 
 
- Yaradılış 7:1-9 ayələrini oxu. - Yehovanın qeyri-kamil Nuhu saleh hesab etməsi bizi necə ruhlandırır? (Yar. 7:1; Sül. məs. 10:16; Yeşaya 26:7). 
Hekayə 10
Böyük Daşqın
- Yağış başlayandan sonra nə üçün gəmiyə heç kim minə bilmədi? 
- Yağış neçə gün və neçə gecə yağdı və su nə qədər qalxdı? 
- Su yeri örtdükcə gəmi ilə nə baş verirdi? 
- Nəhənglər Daşqından xilas ola bildilərmi? Bəs onların ataları ilə nə baş verdi? 
- Beş aydan sonra gəmi ilə nə baş verdi? 
- Nuh qarğanı nə üçün buraxdı? 
- Nuh suların çəkildiyini haradan bildi? 
- Nuh ailəsi ilə gəmidə bir ildən artıq vaxt keçirdikdən sonra Allah ona nə dedi? 
Əlavə suallar:
- Yaradılış 7:10-24 ayələrini oxu. - Yer üzündə həyat nə dərəcədə məhv olmuşdu? (Yar. 7:23). 
- Yağış yağmağa başlayandan yer üzü quruyanadək nə qədər vaxt keçdi? (Yaradılış 7:11; 8:13, 14). 
 
- Yaradılış 8:1-17 ayələrini oxu. - Yaradılış 8:17 ayəsi Yehovanın Yerlə bağlı ilk niyyətinin dəyişmədiyini necə göstərir? (Yar. 1:22). 
- 1 Peter 3:19, 20 ayələrini oxu. - Üsyankar mələklər göyə qayıtdıqdan sonra hansı cəzanı aldılar? (Yəhuda 6). 
- Nuh və onun ailəsi ilə baş verən hadisə Yehovanın Öz xalqını xilas etməyə qadir olduğunu necə göstərir və bu, imanımızı necə möhkəmləndirir? (2 Pet. 2:9). 
 
Hekayə 11
İlk göy qurşağı
- Şəkildə göstərildiyi kimi, Nuh gəmidən çıxandan sonra nə etdi? 
- Allah Daşqından sonra Nuha və ailəsinə nə buyurdu? 
- Allah hansı vədi verdi? 
- Göy qurşağı bizə nəyi xatırlatmalıdır? 
Əlavə suallar:
- Yaradılış 8:18-22 ayələrini oxu. - Bu gün Yehovaya ‘xoş ətri’ necə təqdim edə bilərik? (Yar. 8:21; İbr. 13:15, 16). 
- Yehova insanın ürəyinin vəziyyətinə dair nəyi müşahidə etdi və bu bizi nədən çəkindirməlidir? (Yar. 8:21; Mat. 15:18, 19). 
 
- Yaradılış 9:9-17 ayələrini oxu. - Yehova yaratdığı bütün canlılarla hansı əhdi bağladı? (Yar. 9:10, 11). 
- Göy qurşağı əhdi nə vaxtadək qüvvədə qalmalıdır? (Yar. 9:16). 
 
Hekayə 12
İnsanlar böyük qüllə tikir
- Nəmrud kim idi? Bəs Allah onu sevirdi? 
- Şəkildəki adamlar nə üçün kərpic kəsirlər? 
- Bu tikinti nəyə görə Yehovaya xoş deyildi? 
- Allah qüllənin tikintisini necə dayandırdı? 
- Şəhəri necə adlandırdılar və bu adın mənası nə idi? 
- Allah insanların dilini qarışdırandan sonra insanlar nə etdilər? 
Əlavə suallar:
- Yaradılış 10:1, 8-10 ayələrini oxu. - Nəmrud hansı mənada ‘Yehovaya zidd gedən güclü ovçu idi’ (YD) və onun nümunəsi bizi nədən çəkindirməlidir? (Sül. məs. 3:31). 
- Yaradılış 11:1-9 ayələrini oxu. - Qüllə hansı məqsədlə tikilirdi və nəyə görə yarımçıq qaldı? (Yar. 11:4; Sül. məs. 16:18; Yəh. 5:44). 
Hekayə 13
Allahın dostu İbrahim
- Ur şəhərində necə adamlar yaşayırdı? 
- Şəkildə təsvir olunan insan kimdir, nə vaxt anadan olmuşdur və harada yaşayırdı? 
- Allah İbrahimə nə buyurdu? 
- İbrahim nəyə görə Allahın dostu adlanırdı? 
- İbrahimlə bərabər Uru kim tərk etdi? 
- İbrahim Kənan torpağına daxil olanda Allah ona nə dedi? 
- İbrahimin 99 yaşı olanda Allah ona nə vəd etdi? 
Əlavə suallar:
- Yaradılış 11:27-32 ayələrini oxu. - İbrahimlə Lutun hansı qohumluğu var idi? (Yar. 11:27). 
- Xarandan çıxış Terahın adına yazılsa da, əslində təşəbbüsün İbrahim tərəfindən göstərildiyini haradan bilirik və İbrahim nəyə görə belə etdi? (Yar. 11:31; Həv. iş. 7:2-4). 
 
- Yaradılış 12:1-7 ayələrini oxu. - İbrahim Kənan torpağına daxil olduqdan sonra, Yehova onunla bağladığı əhdə nəyi əlavə etdi? (Yar. 12:7). 
- Yaradılış 17:1-8, 15-17 ayələrini oxu. - İbram 99 yaşında olarkən Allah onun adını nə üçün dəyişdi? (Yar. 17:5). 
- Yehova Saraya hansı xeyir-duaları vəd etdi? (Yar. 17:15, 16). 
 
- Yaradılış 18:9-19 ayələrini oxu. - Yaradılış 18:19 ayəsinə əsasən atalar hansı məsuliyyəti daşıyır? (Qanun. t. 6:6, 7; Efes. 6:4). 
- Yehovadan nəyisə gizlətməyin mümkün olmadığını Sara ilə baş verən hansı hadisə göstərir? (Yar. 18:12, 15; Məz. 44:21). 
 
Hekayə 14
Allah İbrahimin imanını sınayır
- Allah İbrahimə hansı vədi vermişdi və onu necə yerinə yetirdi? 
- Şəkildə gördüyümüz kimi, Allah İbrahimin imanını necə sınadı? 
- İbrahim Allahın əmrinin səbəbini başa düşməsə də, nə etdi? 
- İbrahim oğlunu öldürmək üçün bıçağı əlinə alanda nə baş verdi? 
- İbrahimin Allaha olan imanı nə qədər möhkəm idi? 
- Allah İbrahimin qurban gətirə bilməsi üçün ona nə verdi və bunu necə etdi? 
Əlavə suallar:
- Yaradılış 21:1-7 ayələrini oxu. - İbrahim oğlunu nəyə görə səkkizinci gün sünnət etdi? (Yar. 17:10-12; 21:4). 
- Yaradılış 22:1-18 ayələrini oxu. - İshaq atası İbrahimə necə itaətkarlıq göstərdi və bu sonralar baş vermiş hansı mühüm hadisənin təcəssümü idi? (Yar. 22:7-9; 1 Kor. 5:7; Filip. 2:8, 9). 
Hekayə 15
Lutun arvadı geriyə baxır
- İbrahimlə Lut nə üçün ayrıldılar? 
- Lut nə üçün Sodomda yaşamaq qərarına gəldi? 
- Sodomun sakinləri necə adam idilər? 
- İki mələk Luta hansı xəbərdarlığı etdi? 
- Lutun arvadı nə üçün duz heykələ çevrildi? 
- Lutun arvadının nümunəsi bizə nəyi öyrədir? 
Əlavə suallar:
- Yaradılış 13:5-13 ayələrini oxu. - Başqaları ilə aramızda yaranmış problemləri həll etməkdə İbrahimdən hansı nümunəni götürə bilərik? (Yar. 13:8, 9; Rom. 12:10; Filip. 2:3, 4). 
- Yaradılış 18:20-33 ayələrini oxu. - Yehovanın İbrahimlə münasibətindən Allahın və İsanın gələcəkdə ədalətlə mühakimə edəcəklərini necə görmək olar? (Yar. 18:25, 26; Mat. 25:31-33). 
- Yaradılış 19:1-29 ayələrini oxu. - Müqəddəs Kitabın bu hissəsindən Allahın homoseksualizmə olan nöqteyi-nəzərini necə görmək olar? (Yar. 19:5, 13; Lev. 20:13). 
- Allahın göstərişlərinə hay verməkdə İbrahimlə Lut arasında hansı fərq var idi və biz bundan nə öyrənə bilərik? (Yar. 19:15, 16, 19, 20; 22:3). 
 
- Luka 17:28-32 ayələrini oxu. - Lutun arvadının maddi şeylərə münasibəti necə idi və onun nümunəsi bizi nədən çəkindirməlidir? (Luka 12:15; 17:31, 32; Mat. 6:19-21, 25). 
- 2 Peter 2:6-8 ayələrini oxu. - Lut kimi, biz də yaşadığımız allahsız dünyaya hansı münasibəti bəsləməliyik? (Yez. 9:4; 1 Yəh. 2:15-17). 
Hekayə 16
İshaq yaxşı bir qızla evlənir
- Şəkildəkilər kimdir? 
- İbrahim oğlunu evləndirmək üçün nə etdi və nəyə görə? 
- Allah İbrahimin nökərinin duasına necə cavab verdi? 
- Rivqadan İshaqa ərə getməklə bağlı fikrini soruşanda o necə cavab verdi? 
- İshaqı yenidən xoşbəxt edən nə idi? 
Əlavə suallar:
- Yaradılış 24:1-67 ayələrini oxu. - Quyunun yanında İbrahimin nökəri ilə qarşılaşarkən, Rivqa hansı gözəl xüsusiyyətləri təzahür etdirdi? (Yar. 24:17-20; Sül. məs. 31:17, 31). 
- İshaqın evlənməsi ilə əlaqədar İbrahimin qayğı göstərməsi müasir məsihçilərə nə öyrədir? (Yar. 24:37, 38; 1 Kor. 7:39; 2 Kor. 6:14). 
- Nə üçün İshaq kimi biz də dərindən düşünməyə vaxt ayırmalıyıq? (Yar. 24:63; Məz. 77:12; Filip. 4:8). 
 
Hekayə 17
Bir-birinə bənzəməyən əkizlər
- Esav və Yaqub kim idi və bir-birindən nə ilə fərqlənirdilər? 
- Babaları İbrahim öləndə Esavla Yaqubun neçə yaşı vardı? 
- Esav ata-anasını kədərləndirən hansı işi gördü? 
- Esav nəyə görə qardaşına bərk qəzəbləndi? 
- İshaq oğlu Yaquba hansı nəsihəti verdi? 
Əlavə suallar:
- Yaradılış 25:5-11, 20-34 ayələrini oxu. - Yehova Rivqanın iki oğlu ilə bağlı hansı peyğəmbərliyi söyləmişdi? (Yar. 25:23). 
- Esav və Yaqubun ilk oğulluq haqqına hansı fərqli münasibətləri var idi? (Yar. 25:31-34). 
 
- Yaradılış 26:34, 35; 27:1-46; 28:1-5 ayələrini oxu. - Esavın ruhani dəyərlərə etinasızlığı nədən görünürdü? (Yar. 26:34, 35; 27:46). 
- İshaqın göstərişinə əsasən, Allahın xeyir-duasını almaq üçün Yaqub nə etməli idi? (Yar. 28:1-4). 
 
- İbranilərə 12:16, 17 ayələrini oxu. - Esavın nümunəsindən göründüyü kimi, müqəddəs şeylərə xor baxanların aqibəti necə olacaq? 
Hekayə 18
Yaqub Xarana gəlir
- Şəkildəki qız kimdir və Yaqub onun üçün nə edir? 
- Rəhilə ilə evlənməkdən ötrü Yaqub nəyə hazır idi? 
- Yaqubla Rəhilənin toy günündə Lavan nə etdi? 
- Rəhilə ilə evlənmək üçün Yaqub nəyə razı oldu? 
Əlavə suallar:
- Yaradılış 29:1-30 ayələrini oxu. - Lavan Yaqubu aldadandan sonra da, Yaqub vicdanlı olduğunu necə göstərdi və biz bundan nə öyrənə bilərik? (Yar. 29:26-28; Mat. 5:37). 
- Yaqubun nümunəsi həqiqi məhəbbətlə aşiqlik arasındakı fərqi necə göstərir? (Yar. 29:18, 20, 30; Nəğ. 8:6). 
- Hansı dörd qadın Yaquba oğullar doğmuşdur? (Yar. 29:23, 24, 28, 29). 
 
Hekayə 19
Yaqubun böyük ailəsi
- Leanın Yaquba doğduğu altı oğlan uşağının adı nə idi? 
- Leanın qulluqçusu Zilpanın iki oğlunun adı nə idi? 
- Rəhilənin qulluqçusu Bilhanın iki oğlunun adı nə idi? 
- Rəhilənin iki oğlunun adı nə idi və o, ikinci oğlunu doğanda nə baş verdi? 
- Şəkildə gördüyümüz kimi, Yaqubun neçə oğlu var və onlardan kim törəyib? 
Əlavə suallar:
- Yaradılış 29:32-35; 30:1-26; 35:16-19 ayələrini oxu. - Yaqubun 12 oğlunun adından göründüyü kimi, qədim vaxtlarda ibranilər oğullarına adı necə verirdilər? 
- Yaradılış 37:35 ayəsini oxu. - Müqəddəs Kitabda yalnız Dinanın adı çəkildiyinə baxmayaraq, Yaqubun başqa qızları da olduğunu haradan bilirik? (Yar. 37:34, 35). 
Hekayə 20
Dinaya bədbəxtlik üz verir
- Nəyə görə İbrahim və İshaq övladlarının kənanlılarla ailə qurmasını istəmirdilər? 
- Yaqub qızının kənanlı qızlarla dostluq etməsinə razı idimi? 
- Şəkildə Dinaya baxan kişinin adı nədir və o hansı pis işi gördü? 
- Dinanın qardaşları Şimeon və Levi baş verən hadisəni eşidəndə nə etdilər? 
- Yaqub Şimeonla Levinin hərəkətlərinə necə münasibət bəslədi? 
- Yaqubun ailəsinin başına gələn bəlalar nədən başlandı? 
Əlavə suallar:
- Yaradılış 34:1-31 ayələrini oxu. - Nəyə görə demək olar ki, Dina kənanlı qızlarla yalnız bir dəfə görüşməmişdi? İzah edin. (Yar. 34:1 — «Leanın Yaquba doğduğu qızı Dina o ölkənin qızlarını görməyə çıxdı [‘çıxırdı’, YD]»). 
- Nəyə görə bakirəliyini itirməkdə Dina özü də qismən məsuliyyət daşıyırdı? (Qalat. 6:7). 
- Müasir gənclər Dinanın nümunəsindən ibrət aldıqlarını necə göstərə bilərlər? (Sül. məs. 13:20; 1 Kor. 15:33; 1 Yəh. 5:19). 
 
Hekayə 21
Qardaşları Yusifi sevmirlər
- Qardaşları nəyə görə Yusifin paxıllığını çəkirdilər və onlar nə etdilər? 
- Qardaşları Yusiflə nə etmək istədilər, amma Ruven onlara nə dedi? 
- İsmailli tacirlər yoldan keçəndə qardaşlar nə etdilər? 
- Atalarını Yusifin öldüyünə inandırmaq üçün qardaşlar nə etdilər? 
Əlavə suallar:
- Yaradılış 37:1-35 ayələrini oxu. - Məsihçilər yığıncaqda işlədilən günahları ağsaqqallara çatdırmaqda Yusifdən hansı nümunəni götürə bilərlər? (Yar. 37:2; Lev. 5:1; 1 Kor. 1:11). 
- Qardaşları Yusifi nəyə görə satdılar? (Yar. 37:11, 18; Sül. məs. 27:4; Yaq. 3:14-16). 
- Yaqubun nümunəsindən əziz adamın ölümü üçün kədərlənməyin normal hal olduğunu necə görmək olar? (Yar. 37:35). 
 
Hekayə 22
Yusifi zindana salırlar
- Misirə gətiriləndə Yusif neçə yaşında idi və orada onunla nə baş verdi? 
- Yusif nə üçün zindana düşdü? 
- Zindanda Yusifə hansı məsuliyyətli işi tapşırdılar? 
- Yusif fironun saqisi və çörəkçisi üçün nə etdi? 
- Saqi zindandan azad edildikdən sonra nə baş verdi? 
Əlavə suallar:
- Yaradılış 39:1-23 ayələrini oxu. - Yusifin günlərində zinakarlığı mühakimə edən Allahın yazılı qanunu olmasa da, Yusifi Potifarın arvadından qaçmağa təşviq edən nə idi? (Yar. 2:24; 20:3; 39:9). 
- Yaradılış 40:1-23 ayələrini oxu. - Saqinin yuxusunu və Yehovanın Yusifə açdığı həmin yuxunun mənasını qısaca söylə (Yar. 40:9-13). 
- Çörəkçi hansı yuxunu gördü və onun mənası nə idi? (Yar. 40:16-19). 
- Sadiq və ağıllı qul sinfi Yusifin əhval-ruhiyyəsini necə təqlid edir? (Yar. 40:8; Məz. 36:9; Yəh. 17:17; Həv. iş. 17:2, 3). 
- Yaradılış 40:20 ayəsi məsihçilərin ad günü mərasimlərinə olan münasibətini anlamaqda necə kömək edir? (Vaiz 7:1; Mark 6:21-28). 
 
Hekayə 23
Fironun yuxuları
- Bir gecə firona nə oldu? 
- Yusif saqinin yadına nə vaxt düşdü? 
- Şəkildə göründüyü kimi, firon hansı iki yuxunu görür? 
- Yusif yuxuları necə yozdu? 
- Yusif Misirdə hansı vəzifəni tutdu? 
- Yusifin qardaşları Misirə nə üçün gəldilər və nəyə görə onu tanımadılar? 
- Yusif nəyi xatırladı və o nəyi başa düşdü? 
Əlavə suallar:
- Yaradılış 41:1-57 ayələrini oxu. - Yusif diqqəti Yehovaya necə yönəltdi və məsihçilər bundan nə öyrənə bilərlər? (Yar. 41:16, 25, 28; Mat. 5:16; 1 Pet. 2:12). 
- Misirdəki bolluq illəri və onların ardınca gələn aclıq illəri, Yehovanın xalqının ruhani vəziyyəti ilə Xristian dünyasının ruhani vəziyyəti arasında olan təzadı necə göstərir? (Yar. 41:29, 30; Amos 8:11, 12). 
 
- Yaradılış 42:1–8; 50:20 ayələrini oxu. - Ölkə adətlərinə əsasən, Yehovanın xidmətçilərinin, insanın mövqeyinə görə ona hörmət və ehtiramdan irəli gələrək təzim etməsi düzgündürmü? (Yar. 42:6). 
Hekayə 24
Yusif qardaşlarını sınağa çəkir
- Yusif nə üçün qardaşlarını casus adlandırdı? 
- Yaqub nəyə görə kiçik oğlu Binyaminin Misirə getməsinə icazə verdi? 
- Necə oldu ki, Yusifin gümüş kasası Binyaminin çuvalından çıxdı? 
- Binyaminin azad edilməsi üçün Yəhuda nə təklif etdi? 
- Yusifin qardaşlarının dəyişdiyi nədən göründü? 
Əlavə suallar:
- Yaradılış 42:9-38 ayələrini oxu. - Yusifin Yaradılış 42:18 ayəsində yazılmış sözləri bu gün Yehovanın təşkilatındakı məsul şəxslərə nəyi xatırlatmalıdır? (Neh. 5:15; 2 Kor. 7:1, 2). 
- Yaradılış 43:1-34 ayələrini oxu. - Ruven ilk oğul olsa da, nəyə görə qardaşlarının adından Yəhuda danışdı? (Yar. 43:3, 8, 9; 44:14, 18; 1 Saln. 5:2). 
- Yusif qardaşlarını necə yoxladı və nə üçün? (Yar. 43:33, 34). 
 
- Yaradılış 44:1-34 ayələrini oxu. - Yusif kimliyini qardaşlarından gizlətməyə çalışaraq, özünü necə adam kimi qələmə verdi? (Yar. 44:5, 15; Lev. 19:26). 
- Yusifin qardaşları artıq ona nifrət etmədiklərini necə sübut etdilər? (Yar. 44:13, 33, 34). 
 
Hekayə 25
Yaqubun ailəsi Misirə köçür
- Yusif kim olduğunu qardaşlarına deyəndə nə baş verdi? 
- Yusif qardaşlarına mehribancasına nəyi izah etdi? 
- Firon Yusifin qardaşları haqqında eşidəndə nə dedi? 
- Misirdə Yaqubun ailəsi neçə nəfərdən ibarət idi? 
- Yaqubun ailəsi necə adlanırdı və nəyə görə? 
Əlavə suallar:
- Yaradılış 45:1-28 ayələrini oxu. - Başqaları Yehovanın xidmətçilərinə zərər vurmaq istəyəndə, Allahın bunu xidmətçilərinin xeyrinə döndərə bilməsini Yusifin nümunəsindən necə görmək olar? (Yar. 45:5-8; Yeşaya 8:10; Filip. 1:12-14). 
- Yaradılış 46:1-27 ayələrini oxu. - Yehova Misirə yola düşən Yaqubu nəyə əmin etdi? (Yar. 46:1-4). 
Hekayə 26
Əyyub Allaha sadiq qalır
- Əyyub kim idi? 
- Şeytan nə etmək istədi və buna nail ola bildimi? 
- Yehova Şeytana nə etməyə icazə verdi və nəyə görə? 
- Əyyubun arvadı nə üçün ona Allaha lənət et və öl dedi? (Şəklə bax.) 
- İkinci şəkildən göründüyü kimi, Yehova Əyyuba hansı xeyir-duaları verdi və nə üçün? 
- Biz də Əyyub kimi Yehovaya sadiq qalsaq, hansı xeyir-duaları alarıq? 
Əlavə suallar:
- Əyyub 1:1-22 ayələrini oxu. - Məsihçilər Əyyubdan hansı nümunəni götürə bilərlər? (Əyy. 1:1; Filip. 2:15; 2 Pet. 3:14). 
- Əyyub 2:1-13 ayələrini oxu. - Əyyubla arvadının Şeytanın təqiblərinə münasibəti nədə fərqlənirdi? (Əyy. 2:9, 10; Sül. məs. 19:3; Mik. 7:7; Mal. 3:14). 
- Əyyub 42:10-17 ayələrini oxu. - Sadiq həyat sürdüklərinə görə Əyyub və İsanın aldıqları mükafatın arasında hansı oxşarlıq var? (Əyy. 42:12; Filip. 2:9-11). 
- Allaha nöqsansızlığını qoruyub saxladığına görə Əyyubun aldığı xeyir-dualar bizi necə ruhlandırır? (Əyy. 42:10, 12; İbr. 6:10; Yaq. 1:2-4, 12; 5:11). 
 
Hekayə 27
Misirdə pis padşah hökmranlıq edir
- Şəkildə əlində qamçı olan kişi kimdir və o kimi döyür? 
- Yusifin ölümündən sonra israillilərlə nə baş verdi? 
- Misirlilər nə üçün israillilərdən qorxmağa başladılar? 
- Firon, doğuş zamanı israilli analara kömək edən qadınlara hansı əmri verdi? 
Əlavə suallar:
- Çıxış 1:6-22 ayələrini oxu. - Yehova İbrahimə verdiyi vədi necə yerinə yetirməyə başladı? (Çıx. 1:7; Yar. 12:2; Həv. iş. 7:17). 
- İbrani mamaçaları həyatın müqəddəsliyinə hörmətlə yanaşdıqlarını necə göstərdilər? (Çıx. 1:17; Yar. 9:6). 
- Yehova bu sədaqətli mamaçaları necə mükafatlandırdı? (Çıx. 1:20, 21; Sül. məs. 19:17). 
- İbrahimin vəd edilmiş Zürriyyəti ilə bağlı Yehovanın niyyətinin yerinə yetməsinə Şeytan necə müqavimət göstərməyə çalışdı? (Çıx. 1:22; Mat. 2:16). 
 
Hekayə 28
Körpə Musa sağ qalır
- Şəkildəki körpə kimdir və o kimin barmağından tutub? 
- Anası Musanı ölümdən xilas etmək üçün nə etdi? 
- Şəkildəki balaca qız kimdir və o nə etdi? 
- Fironun qızı körpəni tapanda Məryəm ona nə dedi? 
- Şahzadə Musanın anasına nə dedi? 
Əlavə sual:
- Çıxış 2:1-10 ayələrini oxu. - Musa balaca olanda anasının ona təlim və tərbiyə vermək üçün hansı imkanı vardı və müasir məsihçilər bundan hansı nümunəni ala bilərlər? (Çıx. 2:9, 10; Qanun. t. 6:6-9; Sül. məs. 22:6; Efes. 6:4; 2 Tim. 3:15). 
Hekayə 29
Musa Misirdən qaçır
- Musa harada böyümüşdü və valideynləri haqqında nə bilirdi? 
- Musa 40 yaşında olanda nə etdi? 
- Musa dalaşan israilliyə nə dedi və həmin adam necə cavab verdi? 
- Musa nəyə görə Misirdən qaçdı? 
- Musa hara qaçdı və orada kimlərlə tanış oldu? 
- Musa Misirdən qaçandan sonra 40 il ərzində nə ilə məşğul oldu? 
Əlavə suallar:
- Çıxış 2:11-25 ayələrini oxu. - Misirin bütün müdrikliyinə yiyələnməsinə baxmayaraq, Musa Yehovaya və öz xalqına olan sədaqətini necə göstərdi? (Çıx. 2:11, 12; İbr. 11:24). 
- Həvarilərin işləri 7:22-29 ayələrini oxu. - Musa israilliləri Misir əsarətindən öz gücünə azad etmək üçün hansı cəhdi göstərdi və biz bundan nə öyrənə bilərik? (Həv. iş. 7:23-25; 1 Pet. 5:6, 10). 
Hekayə 30
Yanan kol
- Şəkildəki dağ necə adlanır? 
- Musa qoyunlarını otararkən gördüyü qeyri-adi mənzərəni təsvir et. 
- Yanan koldan gələn səs nə dedi və danışan kim idi? 
- Allah xalqını Misirdən çıxarmaq üçün Musanı göndərmək istədiyini deyəndə Musa buna necə cavab verdi? 
- Xalq Musadan kimin tərəfindən göndərildiyini soruşsaydı, Musa necə cavab verməli idi? 
- Musa Allah tərəfindən göndərildiyini necə sübut edə bilərdi? 
Əlavə suallar:
- Çıxış 3:1-22 ayələrini oxu. - Musanın nümunəsi, teokratik tapşırıqları yerinə yetirmək üçün özümüzü yararsız hesab etsək belə, Yehovanın bizə dəstək olacağına bizi necə əmin edir? (Çıx. 3:11, 13; 2 Kor. 3:5, 6). 
- Çıxış 4:1-20 ayələrini oxu. - Midyan torpağında yaşadığı 40 il ərzində Musanın düşüncə tərzi necə dəyişmişdi və onun nümunəsindən yığıncaqda məsuliyyətlərə nail olmaq istəyən qardaşlar nə öyrənə bilərlər? (Çıx. 2:11, 12; 4:10, 13; Mik. 6:8; 1 Tim. 3:1, 6, 10). 
- Yehova bizi təşkilatının vasitəsilə məzəmmət etsə də, Musanın nümunəsi bizi nəyə əmin edir? (Çıx. 4:12-14; Məz. 103:14; İbr. 12:4-11). 
 
Hekayə 31
Musa və Harun fironun hüzurunda
- Musa ilə Harunun göstərdiyi möcüzələr israillilərə necə təsir etdi? 
- Musa və Harun firona nə dedilər, firon onlara necə cavab verdi? 
- Şəkildə gördüyümüz kimi, Harun əsanı yerə atanda nə baş verir? 
- Yehova Öz gücünü firona necə göstərdi və firon özünü necə apardı? 
- Onuncu bəladan sonra nə baş verdi? 
Əlavə suallar:
- Çıxış 4:27-31; 5:1-23 ayələrini oxu. - Firon Yehovanı tanımıram deyərkən nəyi nəzərdə tuturdu? (Çıx. 5:2, KM; 1 Şam. 2:12, 13a; Rom. 1:21). 
- Çıxış 6:1-13, 26-30 ayələrini oxu. - Yehova hansı mənada Özünü İbrahimə, İshaqa və Yaquba tanıtmamışdı? (Çıx. 3:13, 14; 6:3; Yar. 22:14, KM). 
- Musa verilmiş tapşırığı yerinə yetirməkdə özünü yararsız hiss etsə də, Yehovanın gözündə bu belə deyildi. Bunun üzərində dərindən düşünməklə biz nə öyrənirik? (Çıx. 6:12, 30; Luka 21:13-15). 
 
- Çıxış 7:1-13 ayələrini oxu. - Musa və Harun Yehovanın hökmlərini firona cəsarətlə çatdırmaqla bizə hansı nümunəni qoymuşlar? (Çıx. 7:2, 3, 6; Həv. iş. 4:29-31). 
- Yehova Misir allahlarından çox-çox qüdrətli olduğunu necə göstərdi? (Çıx. 7:12; 1 Saln. 29:12). 
 
Hekayə 32
On bəla
- Şəkillərdən istifadə edərək Yehovanın Misirə göndərdiyi ilk üç bəlanı təsvir et. 
- İlk üç bəla ilə qalan yeddi bəla arasında hansı fərq vardı? 
- Dördüncü, beşinci və altıncı bəlaları təsvir et. 
- Yeddinci, səkkizinci və doqquzuncu bəlalar haqqında danış. 
- Yehova onuncu bəladan əvvəl israillilərə nə dedi? 
- Onuncu bəla zamanı və ondan sonra nə baş verdi? 
Əlavə suallar:
- Çıxış 7:19-8:23 ayələrini oxu. - Misir sehrbazları Yehovanın ilk iki cəzasını eynilə təkrar edə bilsələr də, üçüncü cəzadan sonra nəyi etiraf etməli oldular? (Çıx. 8:18, 19; Mat. 12:24-28). 
- Dördüncü cəza Yehovanın Öz xalqını müdafiə etməyə qadir olduğunu necə nümayiş etdirdi və bu, baş verəcək böyük məşəqqəti gözləyən məsihçilərdə hansı hissləri oyadır? (Çıx. 8:22, 23; Vəhy 7:13, 14; 2 Saln. 16:9). 
 
- Çıxış 8:24; 9:3, 6, 10, 11, 14, 16, 23-25; 10:13-15, 21-23 ayələrini oxu. - Firon və sehrbazlar hansı iki qrupu təmsil edir və bu iki qrup bu gün də nəyə qadir deyil? (Çıx. 8:10, 18, 19; 9:14). 
- Çıxış 9:16 ayəsinə əsasən, Yehova Şeytanın indiyədək mövcud olmasına nəyə görə yol verir? (Rom. 9:21, 22). 
 
- Çıxış 12:21-32 ayələrini oxu. - Pasxa qurbanının sayəsində bir çoxları necə xilas ola bildilər və o nəyə işarə edirdi? (Çıx. 12:21-23; Yəh. 1:29; Rom. 5:18, 19, 21; 1 Kor. 5:7). 
Hekayə 33
İsraillilər Qırmızı dənizi keçir
- Qadın və uşaqlardan savayı, Misiri neçə nəfər israilli kişi tərk etdi və onlarla bərabər ölkədən daha kimlər çıxdı? 
- Firon İsrail xalqını buraxdıqdan sonra hansı hissləri keçirdi və nə etdi? 
- Yehova Öz xalqını misirlilərin hücumundan necə xilas etdi? 
- Musa əsanı Qırmızı dənizə uzatdıqda nə baş verdi və israillilər nə etdilər? 
- Misirlilər israillilərin ardınca dənizə cumanda nə oldu? 
- İsraillilər xilas olduqları üçün sevindiklərini və Yehovaya minnətdar olduqlarını necə göstərdilər? 
Əlavə suallar:
- Çıxış 12:33-36 ayələrini oxu. - Yehova, xalqının Misirdə keçirdiyi köləlik illərinin haqqını alması üçün necə qayğı göstərdi? (Çıx. 3:21, 22; 12:35, 36). 
- Çıxış 14:1-31 ayələrini oxu. - Musanın Çıxış 14:13, 14 ayələrindəki sözləri, Yehovanın xidmətçilərini qarşıda gözlənilən Har-Megidon döyüşünə necə hazırlayır? (2 Saln. 20:17; Məz. 91:8). 
- Çıxış 15:1-8, 20, 21 ayələrini oxu. - Nəyə görə Yehovanın xidmətçiləri Ona həmd mahnıları oxumalıdırlar? (Çıx. 15:1, 2; Məz. 105:2, 3; Vəhy 15:3, 4). 
- Qırmızı dənizin yanında Yehovaya həmd mahnısı oxuyan Məryəm və başqa qadınlar məsihçi qadınlara hansı nümunəni verirlər? (Çıx. 15:20, 21; Məz. 68:11). 
 
Hekayə 34
Allah xalqına göydən yemək verir
- Şəkildəki adamlar yerdən nə yığır və yığdıqları şey necə adlanır? 
- Mannanın yığılması ilə bağlı Musa xalqa hansı göstərişi verdi? 
- Xalq altıncı gün nə etməli idi və nəyə görə? 
- Yeddinci günə qalan manna ilə bağlı Yehova hansı möcüzəni etdi? 
- Yehova xalqını neçə il manna ilə təmin etdi? 
Əlavə suallar:
- Çıxış 16:1-36 və Saylar 11:7-9 ayələrini oxu. - Çıxış 16:8 ayəsi məsihçi yığıncağında teokratik təyinatlara hörmətlə yanaşmağın nə qədər vacib olduğunu necə göstərir? (İbr. 13:17). 
- Yehova Ondan asılı olduqlarını səhradakı israillilərə hər gün necə xatırladırdı? (Çıx. 16:14-16, 35; Qanun. t. 8:2, 3). 
- İsa mannaya hansı simvolik mənanı vermişdi və biz ‘göydən enən çörəkdən’ necə faydalana bilərik? (Yəh. 6:31-35, 40). 
 
- Yeşua 5:10-12 ayələrini oxu. - İsrail xalqı neçə il manna yedi, bu onları necə sınağa çəkdi və biz bu hadisədən hansı nəticəni çıxara bilərik? (Çıx. 16:35; Say. 11:4-6; 1 Kor. 10:10, 11). 
Hekayə 35
Yehova xalqına qanunlar verir
- Misiri tərk etdikdən təxminən iki ay sonra israillilər harada düşərgə saldılar? 
- Yehova israillilərdən nə gözləyirdi və onlar necə hay verdilər? 
- Yehova nəyə görə Musaya iki daş lövhə verdi? 
- On əmrdən başqa Yehova israillilərə daha hansı qanunları verdi? 
- İsa Məsih hansı iki qanunun ən böyük olduğunu demişdi? 
Əlavə suallar:
- Çıxış 19:1-25; 20:1-21; 24:12-18; 31:18 ayələrini oxu. - Çıxış 19:8 ayəsi məsihçi kimi həsr olunmağın özünə nə daxil etdiyini necə göstərir? (Mat. 16:24; 1 Pet. 4:1-3). 
- Qanunun təkrarı 6:4-6; Levililər 19:18 və Matta 22:36-40 ayələrini oxu. - Məsihçilər Allahı və qonşularını sevdiklərini necə göstərirlər? (Mark 6:34; Həv. iş. 4:20; Rom. 15:2). 
Hekayə 36
Qızıl dana
- Şəkildə gördüyün adamlar nə edirlər və nəyə görə? 
- Yehova nəyə görə qəzəbləndi və Musa camaatın hərəkətini görəndə nə etdi? 
- Musa bəzi kişilərə nəyi əmr etdi? 
- Bu hadisədən hansı ibrət dərsini götürə bilərik? 
Əlavə suallar:
- Çıxış 32:1-35 ayələrini oxu. - Bu hadisə yalan dinlə həqiqi ibadəti qarışdırmaq cəhdinə Yehovanın münasibətini necə göstərir? (Çıx. 32:4-6, 10; 1 Kor. 10:7, 11). 
- Məsihçilər mahnı və rəqs seçimində nəyə görə ehtiyatlı olmalıdırlar? (Çıx. 32:18, 19; Efes. 5:15, 16; 1 Yəh. 2:15-17). 
- Levi qəbiləsi salehliyin tərəfində durmaqla bizə hansı gözəl nümunəni verdi? (Çıx. 32:25-28; Məz. 18:25). 
 
Hekayə 37
İbadət çadırı
- Şəkildəki nədir və ondan nə məqsədlə istifadə edirdilər? 
- Nə üçün Yehova Musaya asanlıqla sökülüb yığılan çadır düzəltməyi əmr etdi? 
- Çadırın axırında yerləşən balaca otaqdakı sandıq nədir və onun içində nə vardı? 
- Yehova kimi baş kahin seçdi və bu baş kahin nə etməli idi? 
- Çadırın böyük otağındakı üç əşyanın adını çəkə bilərsən? 
- Çadırın həyətində hansı iki əşya vardı və onlardan nə məqsədlə istifadə edirdilər? 
Əlavə suallar:
- Çıxış 25:8-40; 26:1-37; 27:1-8; 28:1 ayələrini oxu. - «Şəhadət sandığının» üstündəki keruvlar nəyi təmsil edirdi? (Çıx. 25:20, 22; Say. 7:89; 2 Pad. 19:15). 
- Çıxış 30:1-10, 17-21; 34:1, 2 və İbranilərə 9:1-5 ayələrini oxu. - Yehova nəyə görə çadırda xidmət edən kahinlərin fiziki cəhətdən təmiz olmalarına xüsusi əhəmiyyət verirdi və bundan hansı nəticəni çıxarmalıyıq? (Çıx. 30:18-21; 40:30, 31; İbr. 10:22). 
- Həvari Pavel İbranilərə məktubunda ibadət çadırının və qanun əhdinin artıq qüvvədə olmadığını necə göstərdi? (İbr. 9:1, 9; 10:1). 
 
Hekayə 38
On iki kəşfiyyatçı
- Şəkildəki üzüm salxımı haqda nə deyə bilərsən və onu haradan gətiriblər? 
- Musa 12 kəşfiyyatçını Kənan torpağına nəyə görə göndərdi? 
- Kəşfiyyatçılardan on nəfəri Musaya hansı xəbəri gətirdi? 
- Kəşfiyyatçılardan ikisi Yehovaya etibar etdiklərini necə göstərdi və onların adı nə idi? 
- Yehova nəyə görə qəzəbləndi və Musaya nə dedi? 
Əlavə suallar:
- Saylar 13:1-33 ayələrini oxu. - Torpağı nəzərdən keçirmək üçün kimlər seçilmişdi və onlar hansı gözəl imkanı itirdilər? (Say. 13:2, 3, 18-20). 
- Yeşua ilə Kalevin əhval-ruhiyyəsi nəyə görə digər kəşfiyyatçılarınkından fərqlənirdi və biz bundan nə öyrənə bilərik? (Say. 13:28-30; Mat. 17:20; 2 Kor. 5:7). 
 
- Saylar 14:1-38 ayələrini oxu. - Biz nəyə görə Yehovanın yer üzündəki nümayəndələrinə qarşı deyinməməliyik? (Say. 14:2, 3, 27; Mat. 25:40, 45; 1 Kor. 10:10). 
- Saylar 14:24 ayəsi Yehovanın hər bir xidmətçisi ilə şəxsən maraqlandığını necə göstərir? (1 Pad. 19:18; Sül. məs. 15:3). 
 
Hekayə 39
Harunun əsası çiçək açır
- Kimlər Musa və Harunun başçılığına qarşı çıxdı və onlar Musaya nə dedilər? 
- Musa Qoraha və onun 250 nəfər tərəfdarına nə dedi? 
- Musa xalqa nə dedi və sözünü qurtarmamış nə baş verdi? 
- Qorah və onun 250 tərəfdarı ilə nə baş verdi? 
- Harunun oğlu Eleazar ölən adamların buxurdanlarından nə düzəltdi və nə üçün? 
- Harunun əsası nəyə görə çiçək açdı? (Şəklə bax.) 
Əlavə suallar:
- Saylar 16:1-49 ayələrini oxu. - Qorah və tərəfdarları nə etdilər və nəyə görə onların bu hərəkətini Yehovaya qarşı üsyan adlandırmaq olar? (Say. 16:9, 10, 18; Lev. 10:1, 2; Sül. məs. 11:2). 
- Qorah və 250 nəfər «icma rəhbərləri» hansı yanlış əhval-ruhiyyəni inkişaf etdirmişdilər? (Say. 16:1-3; Sül. məs. 15:33; Yeşaya 49:7). 
 
- Saylar 17:1-11; 26:10 ayələrini oxu. - Harunun əsasının çiçəklənməsi nəyə işarə idi və nəyə görə Yehova əsanın əhd sandığının önündə saxlanılmasına göstəriş verdi? (Say. 17:5, 8, 10; İbr. 9:4). 
- Harunun əsasının çiçəklənməsindən hansı ibrət dərsini ala bilərik? (Say. 17:10; Həv. iş. 20:28; Filip. 2:14; İbr. 13:17). 
 
Hekayə 40
Musa əsanı qayaya vurur
- Yehova səhrada israillilərin qeydinə necə qalırdı? 
- İsraillilər Qadeşdə olanda nədən şikayətləndilər? 
- Yehova camaatı və onların heyvanlarını su ilə necə təmin etdi? 
- Şəkildə özünə işarə edən adam kimdir və nəyə görə elə edir? 
- Yehova nə üçün Musa ilə Haruna qəzəbləndi və onları necə cəzalandırdı? 
- Hor dağında nə baş verdi və İsrailin baş kahini kim oldu? 
Əlavə suallar:
- Saylar 20:1-13, 22-29 və Qanunun təkrarı 29:5 ayələrini oxu. - Yehovanın səhrada israillilərin qeydinə qalmasından biz nə öyrənirik? (Qanun. t. 29:5; Mat. 6:31; İbr. 13:5; Yaq. 1:17). 
- Nədən görünür ki, Musa və Harun İsrail xalqı qarşısında Yehovanı izzətləndirmədi və Allah buna necə münasibət göstərdi? (Say. 20:12; 1 Kor. 10:12; Vəhy 4:11). 
- Musa Yehovanın məzəmmətinə necə reaksiya göstərdi və biz bundan nə öyrənirik? (Say. 12:3; 20:12, 27, 28; Qanun. t. 32:4; İbr. 12:7-11). 
 
Hekayə 41
Tunc ilan
- Dirəkdəki nədir və nə üçün Yehova Musaya onu dirəyə dolamağı əmr edib? 
- Xalq Allahın etdiyi bütün yaxşılıqlara görə minnətdar olmadığını necə göstərdi? 
- Yehova israilliləri cəzalandırmaq üçün zəhərli ilanlar göndərəndə xalq Musadan nə xahiş etdi? 
- Yehova Musaya nə üçün tunc ilan düzəltməyi əmr etdi? 
- Bu hekayədən biz nə öyrənirik? 
Əlavə suallar:
- Saylar 21:4-9 ayələrini oxu. - Yehovanın verdiyi şeylərdən israillilərin narazı qalmaları bizi nədən çəkindirməlidir? (Say. 21:5, 6; Rom. 2:4). 
- Bir neçə əsr sonra israillilər tunc ilandan hansı məqsədlə istifadə etməyə başladılar və buna görə Xizqiya padşah nə etdi? (Say. 21:9; 2 Pad. 18:1-4). 
 
- Yəhya 3:14, 15 ayələrini oxu. - Dirəkdəki tunc ilan İsa Məsihin dirəyə mıxlanmasını necə təmsil edir? (Qalat. 3:13; 1 Pet. 2:24). 
Hekayə 42
Danışan eşşək
- Balaq kim idi və nəyə görə Bilamın dalınca adam göndərmişdi? 
- Nəyə görə Bilamın eşşəyi yerə uzandı? 
- Eşşək Bilama nə dedi? 
- Bəs mələk Bilama nə dedi? 
- Bilam İsrail xalqını lənətləməyə çalışsa da, nə baş verdi? 
Əlavə suallar:
- Saylar 21:21-35 ayələrini oxu. - İsraillilər nəyin sayəsində emorluların padşahı Sixonun və Başan padşahı Oqun üzərində qələbə çaldılar? (Say. 21:21, 23, 33, 34). 
- Saylar 22:1-40 ayələrini oxu. - Bilam İsraili lənətləməkdə hansı məqsədi güdürdü və biz bundan nə öyrənə bilərik? (Say. 22:16, 17; Sül. məs. 6:16, 18; 2 Pet. 2:15; Yəhuda 11). 
- Saylar 23:1-30 ayələrini oxu. - Bilam Yehovanın xidmətçisi kimi danışsa da, sözü ilə əməlinin düz gəlmədiyini necə göstərdi? (Say. 23:3, 11-14; 1 Şam. 15:22). 
- Saylar 24:1-25 ayələrini oxu. - Bu hadisə Yehovanın vədlərinin mütləq yerinə yetəcəyinə imanımızı necə möhkəmləndirir? (Say. 24:10; Yeşaya 54:17). 
Hekayə 43
Yeşua başçı olur
- Şəkildə Musanın yanında duran iki kişi kimdir? 
- Yehova Yeşuaya nə dedi? 
- Musa Nevo dağına nə üçün çıxdı və Yehova ona nə dedi? 
- Musa neçə yaşında öldü? 
- Xalq nəyə görə kədərli idi, amma sevinməyə hansı səbəbi vardı? 
Əlavə suallar:
- Saylar 27:12-23 ayələrini oxu. - Yehova Yeşuaya hansı məsul vəzifəni həvalə etdi və Yehovanın bu gün xalqına göstərdiyi qayğını necə görmək olar? (Say. 27:15-19; Həv. iş. 20:28; İbr. 13:7). 
- Qanunun təkrarı 3:23-29 ayələrini oxu. - Yehova nəyə görə Musa ilə Harunun vəd edilmiş torpağa girmələrinə icazə vermədi və biz bundan nə öyrənirik? (Qanun. t. 3:25-27; Say. 20:12, 13). 
- Qanunun təkrarı 31:1-8, 14-23 ayələrini oxu. - Musanın İsrail xalqına dediyi son sözləri, Yehovanın məzəmmətini həlimliklə qəbul etdiyini necə göstərir? (Qanun. t. 31:6-8, 23). 
- Qanunun təkrarı 32:45-52 ayələrini oxu. - Allahın Kəlamı həyatımıza necə təsir etməlidir? (Qanun. t. 32:47; Lev. 18:5; İbr. 4:12). 
- Qanunun təkrarı 34:1-12 ayələrini oxu. - Musa Yehovanı heç vaxt öz gözləri ilə görməsə də, Qanunun təkrarı 34:10 ayəsinə əsasən onun Yehova ilə münasibətləri haqqında nə demək olar? (Çıx. 33:11, 20; Say. 12:8). 
Hekayə 44
Raxav kəşfiyyatçıları gizlədir
- Raxav harada yaşayırdı? 
- Şəkildə gördüyün iki kişi kimdir və nəyə görə Yerixoya gəliblər? 
- Yerixo padşahının adamları Raxava nə əmr etdilər və Raxav cavabında nə dedi? 
- Raxav iki kəşfiyyatçıya necə kömək etdi və onlardan nəyi xahiş etdi? 
- Kəşfiyyatçılar Raxava nə söz verdilər? 
Əlavə suallar:
- Yeşua 2:1-24 ayələrini oxu. - İsraillilər Yerixonu almağa çıxanda Yehovanın Çıxış 23:27 ayəsində yazılmış vədi necə yerinə yetdi? (Yeşua 2:9-11). 
- İbranilərə 11:31 ayəsini oxu. - Raxavın nümunəsi imanın vacibliyini necə vurğulayır? (Rom. 1:17; İbr. 10:39; Yaq. 2:25). 
Hekayə 45
Xalq İordan çayından keçir
- İsraillilərin İordan çayını keçmələri üçün Yehova hansı möcüzəni göstərdi? 
- İordan çayını keçmək üçün israillilərdən nə üçün iman tələb olunurdu? 
- Nəyə görə Yehova Yeşuaya çayın dibindən 12 böyük daş götürməyi əmr etdi? 
- Kahinlər İordan çayından çıxan kimi nə baş verdi? 
Əlavə suallar:
- Yeşua 3:1-17 ayələrini oxu. - Bu hadisədən göründüyü kimi, Yehovanın köməyini və xeyir-duasını almaq üçün biz nə etməliyik? (Yeşua 3:13, 15; Sül. məs. 3:5; Yaq. 2:22, 26). 
- İsraillilər Vəd edilmiş torpağa daxil olmaq üçün İordan çayını keçdikləri fəsildə çay hansı vəziyyətdə olurdu və bu keçid Yehovanın adını necə izzətləndirdi? (Yeşua 3:15; 4:18; Məz. 66:5-7). 
 
- Yeşua 4:1-18 ayələrini oxu. - İordanın dibindən götürülüb Qilqalda qoyulmuş 12 daş hansı məqsədə xidmət edirdi? (Yeşua 4:4-7, 19-24). 
Hekayə 46
Yerixo şəhərinin divarları
- Yehovanın əmrinə əsasən döyüşçülər və kahinlər altı gün ərzində nə etməli idilər? 
- Döyüşçülər yeddinci gün nə etdilər? 
- Şəkildə gördüyün kimi, Yerixonun divarlarına nə olur? 
- Nəyə görə pəncərədən qırmızı ip asılıb? 
- Yeşuanın döyüşçüləri şəhərə və onun sakinlərinə nə etməli idilər? Bəs qızıl, gümüş, tunc və dəmiri necə? 
- İki kəşfiyyatçı nə etməli idi? 
Əlavə suallar:
- Yeşua 6:1-25 ayələrini oxu. - İsraillilərin yeddinci gün Yerixo şəhərinin ətrafında dolanmaları ilə, bu axır günlərdə Yehovanın Şahidlərinin təbliğ fəaliyyəti arasında hansı oxşarlıq var? (Yeşua 6:15, 16; Yeşaya 60:22; Mat. 24:14; 1 Kor. 9:16). 
- Yeşua 6:26 ayəsindəki peyğəmbərlik təxminən 500 ildən sonra necə yerinə yetdi və bu, Yehovanın vədləri haqqında bizə nə öyrədir? (1 Pad. 16:34; Yeşaya 55:11). 
 
Hekayə 47
İsraildə oğru var
- Yerixodan götürdüyü əşyaları basdıran adam və ona kömək edənlər kimdir? (Şəklə bax.) 
- Nə üçün Akanın və onun ailəsinin hərəkəti bu qədər ciddi idi? 
- Yeşua israillilərin Ay şəhərində məğlub olmalarının səbəbini soruşanda Yehova ona nə cavab verdi? 
- Akanla ailəsini Yeşuanın yanına gətirəndən sonra onlara nə oldu? 
- Akanın aldığı cəzadan biz hansı ibrət dərsini götürə bilərik? 
Əlavə suallar:
- Yeşua 7:1-26 ayələrini oxu. - Yeşuanın duasından onun Yaradanla hansı münasibətdə olduğunu necə görmək olar? (Yeşua 7:7-9; Məz. 119:145; 1 Yəh. 5:14). 
- Akanın nümunəsindən nəyi görürük və bu, bizi nədən çəkindirməlidir? (Yeşua 7:11, 14, 15; Sül. məs. 15:3; 1 Tim. 5:24; İbr. 4:13). 
 
- Yeşua 8:1-29 ayələrini oxu. - Hər birimiz məsihçi yığıncağı qarşısında hansı məsuliyyəti daşıyırıq? (Yeşua 7:13; Lev. 5:1; Sül. məs. 28:13). 
Hekayə 48
Ağıllı giveonlular
- Giveon əhalisi yaxınlıqdakı şəhərlərdə yaşayan kənanlılardan nə ilə fərqlənirdi? 
- Şəkildə təsvir edildiyi kimi, giveonlular nə edir və nəyə görə? 
- Yeşua və İsrailin digər rəhbərləri giveonlulara nə söz verdilər və üç gündən sonra onlara nə məlum oldu? 
- Başqa şəhərlərin padşahları giveonluların İsrail ilə sülh bağladığını eşidəndə nə etdilər? 
Əlavə suallar:
- Yeşua 9:1-27 ayələrini oxu. - Yehova israillilərə ‘ölkənin bütün əhalisini həlak etməyi’ əmr etsə də, giveonluları sağ qoymaqla Özünün hansı xüsusiyyətlərini təzahür etdirdi? (Yeşua 9:22, 24; Mat. 9:13; Həv. iş. 10:34, 35; 2 Pet. 3:9). 
- Yeşua giveonlulara verdiyi vədə əməl etməklə bugünkü məsihçilərə hansı gözəl nümunəni verir? (Yeşua 9:18, 19; Mat. 5:37; Efes. 4:25). 
 
- Yeşua 10:1-5 ayələrini oxu. - Böyük izdiham hansı mənada giveonlulara bənzəyir və buna görə də onlar nə hədəfinə çevrilirlər? (Yeşua 10:4; Zək. 8:23; Mat. 25:35-40; Vəhy 12:17). 
Hekayə 49
Günəş dayanır
- Şəklə bax. Yeşua nə deyir və nəyə görə? 
- Yehova Yeşuaya və onun döyüşçülərinə necə kömək etdi? 
- Yeşua neçə padşaha qalib gəldi və bunun üçün nə qədər vaxt lazım idi? 
- Yeşua nəyə görə Kənan torpağını bölüşdürdü? 
- Yeşua neçə yaşında öldü və bundan sonra israillilərlə nə baş verdi? 
Əlavə suallar:
- Yeşua 10:6-15 ayələrini oxu. - Yehovanın israillilər üçün günəşi və ayı saxladığını bilmək bizi nəyə əmin edir? (Yeşua 10:8, 10, 12, 13; Məz. 18:3; Sül. məs. 18:10). 
- Yeşua 12:7-24 ayələrini oxu. - Kənan torpağının 31 padşahı üzərində kimin sayəsində qələbə çalınır və nəyə görə bu bizim üçün böyük əhəmiyyət kəsb edir? (Yeşua 12:7; 24:11-13; Qanun. t. 31:8; Luka 21:9, 25-28). 
- Yeşua 14:1-5 ayələrini oxu. - Torpaq İsrail qəbilələri arasında necə bölünmüşdü və bu, Cənnətdə miras alınacaq torpaqlarla bağlı nəyə işarə edir? (Yeşua 14:2; Yeşaya 65:21; Yez. 47:21-23; 1 Kor. 14:33). 
- Hakimlər 2:8-13 ayələrini oxu. - Yeşua kimi, bu gün dönüklüyə qarşı kimlər durur? (Hak. 2:8, 10, 11; Mat. 24:45-47; 2 Salon. 2:3-6; Tit. 1:7-9; Vəhy 1:1; 2:1, 2). 
Hekayə 50
İki cəsur qadın
- Hakimlər kim idi? Onlardan bəzilərinin adını çəkə bilərsənmi? 
- Devoraya hansı şərəfli iş tapşırılmışdı və o nə edirdi? 
- Padşah Yavin və onun ordu başçısı Sisra İsraili hədələyərkən Devora Yehovadan aldığı hansı xəbəri hakim Baraqa çatdırdı? Onun sözlərinə əsasən Yehova Sisranı kimin əlinə verəcəkdi? 
- Yael cəsur qadın olduğunu necə göstərdi? 
- Padşah Yavinin ölümündən sonra israillilər necə yaşayırlar? 
Əlavə suallar:
- Hakimlər 2:14-22 ayələrini oxu. - İsraillilər Yehovanın qəzəbinə nəyə görə düçar oldular və biz bundan nə öyrənə bilərik? (Hak. 2:20; Sül. məs. 3:1, 2; Yez. 18:21-23). 
- Hakimlər 4:1-24 ayələrini oxu. - Məsihçi qadınlar Devora ilə Yaelin iman və cəsarət nümunəsindən nə öyrənə bilərlər? (Hak. 4:4, 8, 9, 14, 21, 22; Sül. məs. 31:30; 1 Kor. 16:13). 
- Hakimlər 5:1-31 ayələrini oxu. - Nəyə görə Baraqla Devoranın qələbə nəğməsini qarşıdan gələn Har-Megidon müharibəsinə aid dua kimi nəzərdən keçirmək olar? (Hak. 5:3, 31; 1 Saln. 16:8-10; Vəhy 7:9, 10; 16:16; 19:19-21). 
Hekayə 51
Rut və Naomi
- Nəyə görə Naomi Moav torpağına köçür? 
- Rut və Orpa kim idi? 
- Naomi gəlinlərindən geri qayıtmağı xahiş edəndə onlar necə cavab verdilər? 
- Boaz kim idi və Rut ilə Naomiyə necə kömək etdi? 
- Boaz ilə Rut oğullarının adını nə qoydular və nəyə görə biz onun adını yadda saxlamalıyıq? 
Əlavə suallar:
- Rut 1:1-17 ayələrini oxu. - Rut sədaqətini və məhəbbətini hansı gözəl sözlərlə ifadə etdi? (Rut 1:16, 17). 
- Rutun əhval-ruhiyyəsi ilə ‘başqa qoyunların’ bu gün yer üzündə yaşayan məsh edilmişlərə münasibəti arasında hansı oxşarlıq var? (Yəhya 10:16; Zək. 8:23). 
 
- Rut 2:1-23 ayələrini oxu. - Rut bugünkü gənc qadınlara hansı gözəl nümunəni verir? (Rut 2:17, 18; Sül. məs. 23:22; 31:15). 
- Rut 3:5-13 ayələrini oxu. - Boaz Rutun gənc kişi ilə deyil, məhz onunla ailə qurmasına hazır olduğunu necə qiymətləndirdi? 
- Rutun nümunəsindən sədaqətli məhəbbət haqqında nə öyrənirik? (Rut 3:10; 1 Kor. 13:4, 5). 
 
- Rut 4:7-17 ayələrini oxu. - Məsihçi kişilər Boazın nümunəsindən nə öyrənə bilərlər? (Rut 4:9, 10; 1 Tim. 3:1, 12, 13; 5:8). 
Hekayə 52
Gideon və 300 döyüşçüsü
- İsraillilər necə və nəyə görə çətinliyə düşürlər? 
- Yehova nə üçün Gideona ordusunda çox adam olduğunu dedi? 
- Gideon cəsarətsiz döyüşçüləri evə göndərdikdən sonra onunla neçə nəfər qaldı? 
- Yehova Gideonun ordusunun sayını 300 nəfər döyüşçüyə qədər necə endirir? (Şəklə bax.) 
- Gideon 300 nəfərlik kiçik ordunu neçə yerə böldü və İsrail bu döyüşdə necə qələbə qazandı? 
Əlavə suallar:
- Hakimlər 6:36-40 ayələrini oxu. - Gideon Yehovanın iradəsini öyrənmək üçün nə etmişdi? 
- Biz Yehova Allahın iradəsini necə öyrənə bilərik? (Sül. məs. 2:3-6; Mat. 7:7-11; 2 Tim. 3:16, 17). 
 
- Hakimlər 7:1-25 ayələrini oxu. - Sayıqlığı əldən verməyən 300 nəfərdən və diqqətsizlik göstərən digər döyüşçülərdən nə öyrənə bilərik? (Hak. 7:3, 6; Rom. 13:11, 12; Efes. 5:15-17). 
- 300 döyüşçünün Gideona baxıb onu təqlid etdikləri kimi, biz də Böyük Gideon olan İsa Məsihə baxıb onu necə təqlid edirik? (Hak. 7:17; Mat. 11:29, 30; 28:19, 20; 1 Pet. 2:21). 
- Hakimlər 7:21 ayəsi Yehovanın təşkilatında aldığımız təyinatlardan razı qalmaqda bizə necə kömək ola bilər? (1 Kor. 4:2; 12:14-18; Yaq. 4:10). 
 
- Hakimlər 8:1-3 ayələrini oxu. - Həmimanlılar arasında fikir ayrılığı yaranan zaman Gideonun efrayimlilərlə mübahisəni həll etməsindən nə öyrənə bilərik? (Sül. məs. 15:1; Mat. 5:23, 24; Luka 9:48). 
Hekayə 53
İftahın vədi
- İftah kim idi və hansı dövrdə yaşayırdı? 
- İftah Yehovaya hansı vədi vermişdi? 
- Ammonlular üzərində qələbə çalıb evə qayıdan İftah nə üçün çox kədərləndi? 
- Atasının vədini öyrənəndə İftahın qızı nə dedi? 
- Nəyə görə xalq İftahın qızını sevirdi? 
Əlavə suallar:
- Hakimlər 10:6-18 ayələrini oxu. - İsraillilərin Yehovaya sədaqətsizliyi bizi nədən çəkindirməlidir? (Hak. 10:6, 15, 16; Rom. 15:4; Vəhy 2:10). 
- Hakimlər 11:1-11, 29-40 ayələrini oxu. - Haradan bilirik ki, İftahın qızını «yandırma qurbanı» kimi təqdim etməsi onu qurban kimi odda yandırdığını bildirmir? (Hak. 11:31; Lev. 16:24; Qanun. t. 18:10, 12). 
- İftah hansı mənada qızını qurban kimi təqdim etdi? 
- İftahın Yehovaya verdiyi vədə münasibətindən biz nə öyrənə bilərik? (Hak. 11:35, 39; Vaiz 5:4, 5; Mat. 16:24). 
- İftahın qızı tammüddətli xidmətə can atan gənc məsihçilərə hansı gözəl nümunəni verir? (Hak. 11:36; Mat. 6:33; Filip. 3:8). 
 
Hekayə 54
Ən güclü adam
- Yer üzündə yaşamış ən güclü adamın adı nə idi və ona gücü kim verirdi? 
- Şəkildə gördüyün kimi, bir dəfə Şimşon iri bir aslana nə etdi? 
- Şəklə bax. Şimşon Delilaya hansı sirrini açır və filiştlilər onu necə tuturlar? 
- Şimşon bir gündə həm özünü, həm də 3 000 düşmən filiştlini necə öldürdü? 
Əlavə suallar:
- Hakimlər 13:1-14 ayələrini oxu. - Manoahla arvadı uşaqların tərbiyəsində valideynlərə hansı gözəl nümunəni verir? (Hak. 13:8; Məz. 127:3; Efes. 6:4). 
- Hakimlər 14:5-9; 15:9-16 ayələrini oxu. - Şimşonun aslanı öldürməsi, qollarını bağladıqları yeni ipləri qırması, 1 000 nəfəri eşşəyin çənə sümüyü ilə öldürməsi Yehovanın müqəddəs ruhunun təsiri haqqında nəyi açıqlayır? 
- Müqəddəs ruh bizə necə kömək edir? (Hak. 14:6; 15:14; Zək. 4:6; Həv. iş. 4:31). 
 
- Hakimlər 16:18-31 ayələrini oxu. - Pis dost Şimşona necə təsir etdi və biz bundan hansı nəticəni çıxara bilərik? (Hak. 16:18, 19; 1 Kor. 15:33). 
Hekayə 55
Allaha xidmət edən balaca oğlan
- Şəkildəki balaca oğlanın adı nədir və yanındakılar kimdir? 
- Bir gün Xanna ibadət çadırında nə haqda dua edirdi və Yehova onun duasına necə cavab verdi? 
- Şamueli Yehovanın çadırında xidmət etməyə gətirəndə onun neçə yaşı vardı və hər il anası onun üçün nə edirdi? 
- Elinin oğullarının adı nə idi və onlar necə adam idilər? 
- Yehova Şamueli necə çağırdı və ona hansı xəbəri verdi? 
- Şamuel böyüyəndə kim oldu və qocalanda nə baş verdi? 
Əlavə suallar:
- 1 Şamuel 1:1-28 ayələrini oxu. - Elqana həqiqi ibadətdə rəhbərliyi üzərinə götürməklə ailə başçılarına hansı gözəl nümunəni verir? (1 Şam. 1:3, 21; Mat. 6:33; Filip. 1:10). 
- Mürəkkəb problemlərin öhdəsindən gəlməkdə Xannadan nə öyrənə bilərik? (1 Şam. 1:10, 11; Məz. 55:22; Rom. 12:12). 
 
- 1 Şamuel 2:11-36 ayələrini oxu. - Nədən görünür ki, Eli oğullarını Yehovadan ‘üstün tuturdu və bu hadisə bizi nədən çəkindirməlidir?’ (1 Şam. 2:22-24, 27, 29; Qanun. t. 21:18-21; Mat. 10:36, 37). 
- 1 Şamuel 4:16-18 ayələrini oxu. - Döyüş meydanından hansı dörd bəd xəbər gəlir və Eli ilə nə baş verir? 
- 1 Şamuel 8:4-9 ayələrini oxu. - İsraillilər Yehovanın hisslərinə necə toxundular və onlardan fərqli olaraq biz Onun Padşahlığını sədaqətlə necə dəstəkləyə bilərik? (1 Şam. 8:5, 7; Yəh. 17:16; Yaq. 4:4). 
Hekayə 56
Şaul İsrailin birinci padşahı olur
- Şəklə bax. Şamuel nə edir və nəyə görə? 
- Şaul necə adam idi və nə üçün Yehovanın xoşuna gəlirdi? 
- Şaulun oğlunun adı nə idi və o nələr etmişdi? 
- Şaul nəyə görə Şamueli gözləməyib qurbanı özü təqdim etdi? 
- Biz Şaul haqqındakı hekayədən nə öyrəndik? 
Əlavə suallar:
- 1 Şamuel 9:15-21; 10:17-27 ayələrini oxu. - Bəzi adamlar Şaul haqqında hörmətsiz danışsalar da, Şaulun təvazökarlığı onu düşünülməmiş hərəkətlərdən necə qorudu? (1 Şam. 9:21; 10:21, 22, 27; Sül. məs. 17:27). 
- 1 Şamuel 13:5-14 ayələrini oxu. - Şaul Qilqalda hansı günahı etdi? (1 Şam. 10:8; 13:8, 9, 13). 
- 1 Şamuel 15:1-35 ayələrini oxu. - Şaul Amaleq padşahı Aqaqla bağlı hansı ciddi günaha yol verdi? (1 Şam. 15:2, 3, 8, 9, 22). 
- Şaul öz hərəkətinə necə haqq qazandırmağa çalışdı və təqsiri necə başqalarının boynuna atdı? (1 Şam. 15:24). 
- Bizə məsləhət verilərkən özümüzü nədən gözləməliyik? (1 Şam. 15:19-21; Məz. 141:5; Sül. məs. 9:8, 9; 11:2). 
 
Hekayə 57
Allah Davudu seçir
- Şəkildə gördüyün oğlanın adı nədir və onun qorxmaz olduğunu haradan bilirik? 
- Davud harada yaşayırdı və onun atası ilə babasının adı nə idi? 
- Yehova nəyə görə Şamuelə Bet-Lexemə, Yesseyin evinə getməyi buyurdu? 
- Yessey Şamuelə yeddi oğlunu göstərəndə nə olur? 
- Şamuel Davudu görəndə Yehova ona nə dedi? 
Əlavə suallar:
- 1 Şamuel 17:34, 35 ayələrini oxu. - Bu hadisələr Davudun cəsarətli olduğunu və Yehovaya bel bağladığını necə göstərir? (1 Şam. 17:37). 
- 1 Şamuel 16:1-14 ayələrini oxu. - 1 Şamuel 16:7 ayəsi üzgörənlik etməməkdə və insanlar haqqında xarici görünüşlərinə əsaslanaraq tələsik nəticə çıxarmamaqda bizə necə kömək edir? (Həv. iş. 10:34, 35; 1 Tim. 2:4). 
- Yehova insanın üzərindən Öz müqəddəs ruhunu götürəndə, yaranan boşluğun pis ruhla, yəni daxildən gələn pisliyə meyllə dolduğunu Şaulun nümunəsi necə göstərir? (1 Şam. 16:14; Mat. 12:43-45; Qalat. 5:16). 
 
Hekayə 58
Davud və Qolyat
- Qolyat İsrail ordusuna necə meydan oxuyurdu? 
- Qolyatın boyu nə qədər idi və Şaul onu öldürən adamı necə mükafatlandıracaqdı? 
- Şaul Davuda gənc olduğu üçün Qolyatla vuruşa bilməyəcəyini deyəndə Davud necə cavab verdi? 
- Qolyata verdiyi cavabında Davud Yehovaya güvəndiyini necə göstərdi? 
- Şəkildə gördüyün kimi, Davud Qolyatı nə ilə öldürdü və bundan sonra filiştlilərlə nə baş verdi? 
Əlavə suallar:
- 1 Şamuel 17:1-54 ayələrini oxu. - Davudun qoçaqlığının sirri nədə idi və biz onun cəsarətini necə təqlid edə bilərik? (1 Şam. 17:37, 45; Efes. 6:10, 11). 
- Məsihçilər oyun və əyləncə zamanı nə üçün özlərini Qolyata xas rəqabət ruhundan qorumalıdırlar? (1 Şam. 17:8; Qalat. 5:26; 1 Tim. 4:8). 
- Davudun sözlərindən onun Allahın köməyinə güvəndiyini necə görmək olar? (1 Şam. 17:45-47; 2 Saln. 20:15). 
- Bu hekayə döyüşün sadəcə iki ordunun arasında deyil, əslində yalançı allahlarla həqiqi Allah Yehova arasında aparıldığını necə göstərir? (1 Şam. 17:43, 46, 47). 
- Məsh edilmiş qalıq Yehovaya güvənməkdə Davuddan necə nümunə götürür? (1 Şam. 17:37; Yer. 1:17-19; Vəhy 12:17). 
 
Hekayə 59
Davud qaçmağa məcbur olur
- Şaulun Davuda nə üçün paxıllığı tutdu və Yonatan atasından nə ilə fərqlənirdi? 
- Bir gün Davud lira çalarkən nə baş verdi? 
- Qızı Mikalı Davuda ərə verməzdən əvvəl Şaul Davuda nə dedi və onun məqsədi nə idi? 
- Davud lira çalarkən hansı hadisə üçüncü dəfə təkrarlanır? (Şəklə bax.) 
- Mikal Davudu necə xilas etdi və Davud yeddi il nə etməyə məcbur oldu? 
Əlavə suallar:
- 1 Şamuel 18:1-30 ayələrini oxu. - Yonatanın Davuda olan möhkəm məhəbbəti ‘başqa qoyunlarla’ «kiçik sürü» arasındakı qarşılıqlı məhəbbəti necə təmsil edir? (1 Şam. 18:1; Yəh. 10:16; Luka 12:32; Zək. 8:23). 
- Yonatan Şaulun vəliəhdi olsa da, 1 Şamuel 18:4 ayəsi onun Allahın seçilmiş padşahına olan tam itaətkarlığını necə göstərir? 
- Şaulun nümunəsi paxıllığın ciddi günaha gətirib çıxaracağını necə göstərir və biz bundan hansı nəticəni çıxara bilərik? (1 Şam. 18:7-9, 25; Yaq. 3:14-16). 
 
- 1 Şamuel 19:1-17 ayələrin oxu. - Şaulla danışarkən Yonatan həyatını necə təhlükə altına qoydu? (1 Şam. 19:1, 4-6; Sül. məs. 16:14). 
Hekayə 60
Aviqail və Davud
- Şəkildə Davudu qarşılamağa gələn qadın kimdir və o necə insandır? 
- Naval kim idi? 
- Davud adamlarını Navalın yanına nə üçün göndərdi? 
- Naval Davudun adamlarına nə dedi və Davud buna cavab olaraq nə etmək istədi? 
- Aviqail ağıllı qadın olduğunu necə göstərdi? 
Əlavə suallar:
- 1 Şamuel 22:1-4 ayələrini oxu. - Davudun ailəsi məsihçilərin bir-birlərinə dəstək olmasında hansı gözəl nümunəni verir? (Sül. məs. 17:17; 1 Salon. 5:14). 
- 1 Şamuel 25:1-43 ayələrini oxu. - Navalın pis adam olduğu nədən bilinir? (1 Şam. 25:2-5, 10, 14, 21, 25). 
- Məsihçi qadınlar Aviqailin nümunəsindən nə öyrənə bilərlər? (1 Şam. 25:32, 33; Sül. məs. 31:26; Efes. 5:24). 
- Aviqail Davudu hansı iki pis işdən saxladı? (1 Şam. 25:31, 33; Rom. 12:19; Efes. 4:26). 
- Davudun Aviqailin sözlərinə olan münasibəti müasir kişilərin qadınlara Yehovanın gözü ilə baxmalarına necə kömək edir? (Həv. iş. 21:8, 9; Rom. 2:11; 1 Pet. 3:7). 
 
Hekayə 61
Davud padşah olur
- Şaul düşərgədə yatarkən Davudla Avişay nə etdilər? 
- Davud Şauldan nə soruşdu? 
- Davud Şauldan ayrıldıqdan sonra hara yollandı? 
- Davudun kədərinə və həzin bir mahnı yazmasına nə səbəb oldu? 
- Xevronda padşah olanda Davudun neçə yaşı vardı və orada doğulan oğullarının adı nə idi? 
- Davud sonralar harada padşahlıq etdi? 
Əlavə suallar:
- 1 Şamuel 26:1-25 ayələrini oxu. - Davudun 1 Şamuel 26:11 ayəsindəki sözləri onun teokratik qayda-qanunlara olan münasibətini necə göstərir? (Məz. 37:7; Rom. 13:2). 
- Biz sevgi dolu xeyirxahlıq göstərib əvəzində nankorluqla qarşılaşarkən, Davudun 1 Şamuel 26:23 ayəsindəki sözləri bizə düzgün düşüncə tərzini qorumaqda necə kömək edir? (1 Pad. 8:32; Məz. 18:20). 
 
- 2 Şamuel 1:26 ayələrini oxu. - Davudla Yonatan kimi, məsihçilər bir-birlərinə ‘coşğun məhəbbəti’ necə inkişaf etdirə bilərlər? (1 Pet. 4:8; Kolos. 3:14; 1 Yəh. 4:12). 
- 2 Şamuel 5:1-10 ayələrini oxu. - Davud neçə il padşah oldu və onun padşahlıq illərini neçə dövrə bölmək olar? (2 Şam. 5:4, 5). 
- Davudun yüksəlişini nə ilə izah etmək olar və biz nə üçün bunu yadda saxlamalıyıq? (2 Şam. 5:10; 1 Şam. 16:13; 1 Kor. 1:31; Filip. 4:13). 
 
Hekayə 62
Davudun ailəsində bədbəxtlik baş verir
- Yehovanın köməyilə Kənan torpağına axırda kim sahib oldu? 
- Davud bir axşam sarayının damında gəzişərkən nə baş verdi? 
- Yehova nə üçün Davuda bərk qəzəbləndi? 
- Davudun günahlarını aşkara çıxarmaq üçün Yehova onun yanına kimi göndərdi və həmin adamın sözlərinə görə Davudun başına nələr gəlməli idi? (Şəklə bax.) 
- Davud hansı bədbəxtliklərə düçar oldu? 
- Davuddan sonra İsrailin padşahı kim oldu? 
Əlavə suallar:
- 2 Şamuel 11:1-27 ayələrinin oxu. - Yehovaya xidmətlə daim məşğul olmaq bizi necə müdafiə edir? 
- Davudun günah etməsinə nə səbəb olur və Yehovanın müasir xidmətçiləri bundan necə ibrət götürə bilərlər? (2 Şam. 11:2; Mat. 5:27-29; 1 Kor. 10:12; Yaq. 1:14, 15). 
 
- 2 Şamuel 12:1-18 ayələrini oxu. - Natanın Davuda məsləhət vermə tərzindən ağsaqqallar və valideynlər nə öyrənə bilərlər? (2 Şam. 12:1-4; Sül. məs. 12:18; Mat. 13:34). 
- Yehova nə üçün Davuda mərhəmət göstərdi? (2 Şam. 12:13; Məz. 32:5; 2 Kor. 7:9, 10). 
 
Hekayə 63
Müdrik padşah Süleyman
- Yehova Süleymandan nə soruşdu və Süleyman necə cavab verdi? 
- Süleymanın istəyindən razı qaldığı üçün Yehova ona nə vəd etdi? 
- İki qadın hansı çətin məsələ ilə Süleymanın yanına gəldilər? 
- Şəkildən gördüyün kimi, Süleyman bu məsələni necə həll etdi? 
- Süleymanın padşahlıq illəri necə keçirdi və buna səbəb nə idi? 
Əlavə suallar:
- 1 Padşahlar 3:3-28 ayələrini oxu. - Allahın təşkilatında məsuliyyət daşıyan kişilər Süleymanın 1 Padşahlar 3:7 ayəsində yazılmış səmimi sözlərindən nə öyrənə bilərlər? (Məz. 119:105; Sül. məs. 3:5, 6). 
- Allaha məqbul şeylər haqqında dua etməkdə Süleymanın xahişi bizə hansı nümunəni verir? (1 Pad. 3:9, 11; Sül. məs. 30:8, 9; 1 Yəh. 5:14). 
- Süleymanın iki qadının mübahisəsini həll etməsi, Böyük Süleyman olan İsa Məsihin gələcək rəhbərliyi haqqında bizi nəyə əmin edir? (1 Pad. 3:28; Yeşaya 9:6, 7; 11:2-4). 
 
- 1 Padşahlar 4:29-34 ayələrini oxu. - Yehova Süleymanın itaətkar ürək haqqındakı xahişini necə yerinə yetirdi? (1 Pad. 4:29). 
- Süleymanın müdrikliyini eşitmək üçün insanların göstərdikləri səyi nəzərə alaraq, Allahın Kəlamını öyrənməyə münasibətimiz necə olmalıdır? (1 Pad. 4:29, 34; Yəh. 17:3; 2 Tim. 3:16). 
 
Hekayə 64
Süleyman məbəd tikir
- Süleyman Yehovanın məbədini nə qədər vaxta tikdi və nəyə görə buna çoxlu pul xərclənmişdi? 
- Məbədin neçə əsas otağı vardı və orada nə saxlanılırdı? 
- Məbəd tikilib başa çatdıqda Süleyman duasında Yehovaya nə dedi? 
- Yehova Süleymanın duasından razı qaldığını necə göstərdi? 
- Arvadları Süleymanı nəyə təhrik etdilər və bu, Süleymana necə təsir etdi? 
- Yehova Süleymana nə üçün qəzəbləndi və ona nə dedi? 
Əlavə suallar:
- 1 Salnamələr 28:9, 10 ayələrini oxu. - Davudun 1 Salnamələr 28:9, 10 ayələrindəki sözlərinə əsasən, gündəlik həyatımızda nəyə can atmalıyıq? (Məz. 19:14; Filip. 4:8, 9). 
- 2 Salnamələr 6:12-21, 32-42 ayələrini oxu. - Küll-İxtiyar Allahın insan əli ilə tikilən heç bir binaya sığmadığını Süleyman necə göstərdi? (2 Saln. 6:18; Həv. iş. 17:24, 25). 
- Süleymanın 2 Salnamələr 6:32, 33 ayələrindəki sözləri bizə Yehova haqqında nəyi açıqlayır? (Həv. iş. 10:34, 35; 1 Şam. 16:7). 
 
- 2 Salnamələr 7:1-5 ayələrini oxu. - İsrail oğulları Yehovanın izzətini gördükdə Ona həmd etməyə təşviq olunduqları kimi, biz də Yehovanın Öz xalqına verdiyi xeyir-dualar üzərində düşünərkən nəyə təşviq olunmalıyıq? (2 Saln. 7:3; Məz. 22:22; 34:1; 96:2). 
- 1 Padşahlar 11:9-13 ayələrini oxu. - Süleymanın həyatı sonadək sadiq qalmağın vacibliyini necə vurğulayır? (1 Pad. 11:4, 9; Mat. 10:22; Vəhy 2:10). 
Hekayə 65
Padşahlıq bölünür
- Şəkildə gördüyün kişilərin adı nədir və onlar kimdir? 
- Axiya əynindəki paltarla nə etdi və bu nə demək idi? 
- Süleyman Yarovama nə etmək istəyirdi? 
- Xalq nə üçün Yarovamı on qəbilənin padşahı etdi? 
- Yarovam nə üçün iki qızıl dana düzəltdi və bundan az sonra ölkədə nə baş verdi? 
- İkiqəbiləli padşahlıqla və Yehovanın Yerusəlimdəki məbədi ilə nə baş verdi? 
Əlavə suallar:
- 1 Padşahlar 11:26-43 ayələrini oxu. - Yerovam necə adam idi və Allahın qanunlarına riayət etsəydi Yehova ona nə verəcəkdi? (1 Pad. 11:28, 38). 
- 1 Padşahlar 12:1-33 ayələrini oxu. - Raxovamın öz hakimiyyətindən sui–istifadə etməsi valideynlərə və ağsaqqallara nə öyrədir? (1 Pad. 12:13; Vaiz 7:7; 1 Pet. 5:2, 3). 
- Müasir gənclər həyatlarında vacib qərarlar qəbul edərkən etibarlı rəhbərlik üçün kimlərə müraciət etməlidirlər? (1 Pad. 12:6, 7; Sül. məs. 1:8, 9; 2 Tim. 3:16, 17; İbr. 13:7). 
- Yarovamı qızıl danaya sitayiş etmək üçün iki ibadət yeri tikməyə nə təhrik etmişdi və bu, onun Yehovaya tamamilə imanı olmadığını necə göstərir? (1 Pad. 11:37; 12:26-28). 
- Onqəbiləli padşahlığı həqiqi ibadətə qarşı üsyana kim qaldırır? (1 Pad. 12:32, 33). 
 
Hekayə 66
Padşah arvadı zalım İzevel
- İzevel kim idi? 
- Padşah Axav nə üçün qəmgin idi? 
- Navotun üzüm bağını əri Axava almaq üçün İzevel nə etdi? 
- İzeveli cəzalandırmaq üçün Yehova kimi göndərdi? 
- Şəkildən gördüyün kimi, Yehu İzevelin sarayına gəlib nə etdi? 
Əlavə suallar:
- 1 Padşahlar 16:29-33; 18:3, 4 ayələrini oxu. - Padşah Axavın rəhbərlik etdiyi illərdə İsrailin vəziyyəti necə idi? (1 Pad. 16:33). 
- 1 Padşahlar 21:1-16 ayələrini oxu. - Navot cəsarətli olduğunu və Yehovaya sədaqətini necə göstərdi? (1 Pad. 21:1-3; Lev. 25:23-28). 
- Axavdan fərqli olaraq, məsihçi məyusluğun öhdəsindən necə gələ bilər? (1 Pad. 21:4; Rom. 5:3-5). 
 
- 2 Padşahlar 9:30-37 ayələrini oxu. - Yehovanın iradəsini yerinə yetirməkdə səy göstərən Yehudan nə öyrənmək olar? (2 Pad. 9:4-10; 2 Kor. 9:1, 2; 2 Tim. 4:2). 
Hekayə 67
Yehoşafat Yehovaya güvənir
- Yehoşafat kim idi və hansı dövrdə yaşamışdı? 
- İsraillilər nədən qorxdu və çoxları nə etdi? 
- Yehova Yehoşafatın duasına necə cavab verdi? 
- Döyüşdən əvvəl Yehova nə etdi? 
- Biz Yehoşafatdan nə öyrənə bilərik? 
Əlavə suallar:
- 2 Salnamələr 20:1-30 ayələrini oxu. - Allahın sadiq xidmətçiləri təhlükəli vəziyyətə düşəndə Yehoşafatdan hansı nümunəni götürə bilərlər? (2 Saln. 20:12; Məz. 25:15; 62:1). 
- Yehova Allah Öz xalqına həmişə sözlərini müəyyən vasitə ilə çatdırıb, bəs bu gün bunu hansı vasitə ilə edir? (2 Saln. 20:14, 15; Mat. 24:45-47; Yəh. 15:15). 
- ‘Küll-İxtiyar Allahın böyük günü’ başlayanda, bizim vəziyyətimiz hansı mənada Yehoşafatın vəziyyətinə bənzəyəcək? (2 Saln. 20:15, 17; 32:8; Vəhy 16:14, 16). 
- Levililəri təqlid edərək, pioner və missionerlər ümumdünya təbliğ işinin inkişafında hansı böyük işi görürlər? (2 Saln. 20:19, 21; Rom. 10:13-15; 2 Tim. 4:2). 
 
Hekayə 68
Dirilmiş iki oğlan
- Şəkildə gördüyün adamlar kimdir və balaca oğlana nə olur? 
- İlyas nə haqda dua etdi və sonra nə baş verdi? 
- İlyasın köməkçisinin adı nə idi? 
- Şunemdə yaşayan qadın Elişanı nəyə görə evinə çağırdı? 
- Elişa nə etdi və ölmüş uşaqla nə oldu? 
- Yehova İlyas və Elişanın vasitəsilə hansı gücə malik olduğunu göstərmişdir? 
Əlavə suallar:
- 1 Padşahlar 17:8-24 ayələrini oxu. - İlyasın itaətkarlığı və imanı necə sınandı? (1 Pad. 17:9; 19:1-4, 10). 
- Sarfatlı dul qadının möhkəm iman sahibi olduğunu haradan bilirik? (1 Pad. 17:12-16; Luka 4:25, 26). 
- Sarfatlı dul qadının nümunəsi İsanın Matta 10:41, 42 ayələrindəki sözlərinin doğruluğunu necə təsdiq edir? (1 Pad. 17:10-12, 17, 23, 24). 
 
- 2 Padşahlar 4:8-37 ayələrini oxu. - Şunemli qadından qonaqpərvərliyə dair nə öyrənirik? (2 Pad. 4:8; Luka 6:38; Rom. 12:13; 1 Yəh. 3:17). 
- Allahın xidmətçilərinə necə xeyirxahlıq göstərə bilərik? (Həv. iş. 20:35; 28:1, 2; Qalat. 6:9, 10; İbr. 6:10). 
 
Hekayə 69
Balaca qız ağasına kömək edir
- Şəkildəki balaca qız xanıma nə deyir? 
- Şəkildəki xanım kimdir və bu qız xanımın evində nə edir? 
- Elişa qulluqçusunun vasitəsilə Naamana nə etməyi tapşırdı və nə üçün Naamanın acığı tutdu? 
- Naaman qulluqçularının sözünə qulaq asanda nə baş verdi? 
- Nəyə görə Elişa Naamanın hədiyyəsini qəbul etmədi, amma Gehazi nə etdi? 
- Gehazinin başına nə iş gəldi və biz bundan nə öyrənə bilərik? 
Əlavə suallar:
- 2 Padşahlar 5:1-27 ayələrini oxu. - Balaca israilli qızın nümunəsi müasir gəncləri nəyə təşviq etməlidir? (2 Pad. 5:3; Məz. 8:2; 148:12, 13). 
- Bizə Müqəddəs Kitaba əsaslanan məsləhət verilərkən Naamanın nümunəsini yadda saxlamaq nəyə görə yaxşı olardı? (2 Pad. 5:15; İbr. 12:5, 6; Yaq. 4:6). 
- Elişa ilə Gehazinin nümunəsini müqayisə etməklə nə öyrənmək olar? (2 Pad. 5:9, 10, 14-16, 20; Mat. 10:8; Həv. iş. 5:1-5; 2 Kor. 2:17). 
 
Hekayə 70
Yunus və böyük balıq
- Yunus kim idi və Yehova ona hansı tapşırığı vermişdi? 
- Yehovanın dediyi yerə getmək istəmədiyi üçün Yunus nə etdi? 
- Yunusun sözünə görə fırtınanın sakitləşməsi üçün nə etmək lazım idi? 
- Şəkildə gördüyün kimi, suyun altında Yunusla nə baş verir? 
- Yunus böyük balığın qarnında neçə gün qaldı və orada nə edirdi? 
- Balığın qarnından çıxandan sonra Yunus hara yollandı və bu hadisə bizə nə öyrədir? 
Əlavə suallar:
- Yunus 1:1-17 ayələrini oxu. - Yunus ninevalılara təbliğ etmək təyinatına necə yanaşırdı? (Yun. 1:2, 3; Sül. məs. 3:7; Vaiz 8:12). 
- Yunus 2:1, 2, 10 ayələrini oxu. - Yunusun hekayəsi Yehovanın dualarımızı cavabsız qoymayacağına bizi necə əmin edir? (Məz. 22:24; 34:6; 1 Yəh. 5:14). 
- Yunus 3:1-10 ayələrini oxu. - Yunusun birinci dəfə tapşırığı yerinə yetirməkdən boyun qaçırmasına baxmayaraq, Yehovanın ondan istifadə etməsi bizi necə ruhlandıra bilər? (Məz. 103:14; 1 Pet. 5:10). 
- Yunusun ninevalılara münasibəti necə göstərir ki, biz sahəmizdə yaşayan insanlar haqqında qabaqcadan pis düşünməməliyik? (Yun. 3:6-9; Vaiz 11:6; Həv. iş. 13:48). 
 
Hekayə 71
Allah Cənnət vəd edir
- Yeşaya kim idi, nə vaxt yaşamışdı və Yehova ona nə göstərmişdi? 
- «Cənnət» sözünün mənası nədir və bu sənə nəyi xatırladır? 
- Yehova Yeşayaya yeni Cənnətə aid nələri yazmağı buyurmuşdu? 
- Adəmlə Həvva nəyə görə gözəl evlərini itirdilər? 
- Yehova Onu sevənlərə nə vəd edir? 
Əlavə suallar:
- Yeşaya 11:6-9 ayələrini oxu. - Allahın Kəlamı yeni dünyada insanlarla heyvanlar arasındakı sülhü necə təsvir edir? (Məz. 148:10, 13; Yeşaya 65:25; Yez. 34:25). 
- Yeşayanın sözləri Yehovanın xalqı arasında bu gün ruhani mənada necə yerinə yetir? (Rom. 12:2; Efes. 4:23, 24). 
- İndi və gələcəkdə insanların şəxsiyyətində baş verən dəyişikliklərə görə şərəfə kim layiqdir? (Yeşaya 48:17, 18; Qalat. 5:22, 23; Filip. 4:7). 
 
- Vəhy 21:3, 4 ayələrini oxu. - Müqəddəs Yazılar Allahın məskəninin insanlarla olmasının məcazi məna daşımasını necə göstərir? (Lev. 26:11, 12; 2 Saln. 6:18; Yeşaya 66:1; Vəhy 21:2, 3, 22-24). 
- Hansı göz yaşları və ağrılar keçib gedəcək? (Luka 8:49-52; Rom. 8:21, 22; Vəhy 21:4). 
 
Hekayə 72
Allah Xizqiya padşaha kömək edir
- Şəkildə gördüyün kişi kimdir və o, nə üçün böyük çətinliyə düşüb? 
- Xizqiya Allahın qarşısına hansı məktubları qoyub və nə haqda dua edir? 
- Xizqiya necə padşah idi və Yehova Yeşaya peyğəmbər vasitəsilə ona hansı xəbəri çatdırdı? 
- Yehovanın mələyi Aşşur əsgərlərinə nə etdi? (Şəklə bax.) 
- İkiqəbiləli padşahlıq bir müddət sülh içində yaşasa da, Xizqiya öləndən sonra nə baş verdi? 
Əlavə suallar:
- 2 Padşahlar 18:1-36 ayələrini oxu. - Aşşurun baş vəziri israillilərin imanını zəiflətməyə necə çalışırdı? (2 Pad. 18:19, 21; Çıx. 5:2; Məz. 64:3). 
- Yehovanın Şahidləri Xizqiyadan nümunə götürərək onları təqib edənlərlə necə davranırlar? (2 Pad. 18:36; Məz. 39:1; Sül. məs. 26:4; 2 Tim. 2:24). 
 
- 2 Padşahlar 19:1-37 ayələrini oxu. - Yehovanın xalqı çətinliklərlə qarşılaşanda Xizqiyadan nə öyrənə bilər? (2 Pad. 19:1, 2; Sül. məs. 3:5, 6; İbr. 10:24, 25; Yaq. 5:14, 15). 
- Sanxeriv padşah hansı üçqat məğlubiyyətə uğrayır və peyğəmbərliyə əsasən o kimi təmsil edir? (2 Pad. 19:32, 35, 37; Vəhy 20:2, 3). 
 
- 2 Padşahlar 21:1-6, 16 ayələrini oxu. - Nəyə görə demək olar ki, Menaşşe Yerusəlimdə padşahlıq edənlərdən ən betəri idi? (2 Saln. 33:4-6, 9). 
Hekayə 73
İsrailin sonuncu yaxşı padşahı
- Padşah olanda Yoşiyanın neçə yaşı vardı və yeddi ildən sonra o nə etdi? 
- Birinci şəkildə Yoşiya nə edir? 
- Məbəddə təmir işi gedərkən baş kahin oradan nə tapdı? 
- Yoşiya nəyə görə paltarını cırdı? 
- Peyğəmbər Xulda Yehovanın hansı xəbərini Yoşiyaya çatdırdı? 
Əlavə suallar:
- 2 Salnamələr 34:1-28 ayələrini oxu. - Yoşiya uşaqlığı çətin olanlara necə nümunə ola bilər? (2 Saln. 33:21-25; 34:1, 2; Məz. 27:10). 
- Həqiqi ibadəti möhkəmləndirmək üçün Yoşiya padşahlığının 8-ci, 12-ci və 18-ci illərində hansı vacib addımları atmışdı? (2 Saln. 34:3, 8). 
- İbadət yerlərini lazımi qaydada saxlamağa dair padşah Yoşiya və baş kahin Xilqiyadan nə öyrənə bilərik? (2 Saln. 34:9-13; Sül. məs. 11:14; 1 Kor. 10:31). 
 
Hekayə 74
Mərd adam
- Şəkildə gördüyün cavan oğlan kimdir? 
- Yeremya peyğəmbər olması barədə nə düşünürdü, bəs Yehova Allah ona nə dedi? 
- Yeremya xalqa dönə-dönə hansı xəbərdarlığı edirdi? 
- Kahinlər Yeremyanı susdurmağa necə çalışırdılar, amma o, qorxmadığını necə göstərirdi? 
- İsraillilər tutduqları pis yoldan dönmədikdə nə baş verdi? 
Əlavə suallar:
- Yeremya 1:1-8 ayələrini oxu. - Yeremyanın nümunəsindən göründüyü kimi, insanı Yehovanın xidmətçisi olmağa yararlı edən nədir? (2 Kor. 3:5, 6). 
- Yeremyanın nümunəsi gənc məsihçiləri nəyə təşviq edir? (Vaiz 12:1; 1 Tim. 4:12). 
 
- Yeremya 10:1-5 ayələrini oxu. - Bütlərə bel bağlamağın mənasız olduğunu Yeremya əyani surətdə necə göstərdi? (Yer. 10:5; Yeşaya 46:7; Hab. 2:19). 
- Yeremya 26:1-16 ayələrini oxu. - Bu gün məsh edilmiş qalıq, xəbərdarlıq müjdəsini yayarkən Yehovanın Yeremyaya «bir söz də əskiltmə» göstərişinə necə riayət edir? (Yer. 26:2; Qanun. t. 4:2; Həv. iş. 20:27). 
- Yehovanın xəbərdarlığını xalqlara bəyan etməkdə nəyə görə Yeremya məsihçilər üçün gözəl nümunədir? (Yer. 26:8, 12, 14, 15; 2 Tim. 4:1-5). 
 
- 2 Padşahlar 24:1-17 ayələrini oxu. - Yəhudanın Yehovaya sədaqətsizliyi hansı kədərli nəticələrə səbəb oldu? (2 Pad. 24:2-4, 14). 
Hekayə 75
Dörd gənc Babildə
- Şəkildə gördüyün dörd gənc kimdir və onlar nəyə görə Babildədirlər? 
- Navuxodonosorun bu gənclərlə bağlı məqsədi nə idi və o, qulluqçularına hansı tapşırığı vermişdi? 
- Daniel özü ilə dostları üçün yeməyə və içməyə nə istədi? 
- On gün tərəvəz yedikdən sonra Daniel və üç dostu başqa gənclərlə müqayisədə necə görünürdülər? 
- Daniel üç dostu ilə padşah sarayına necə düşdülər və onlar hansı mənada kahin və müdrik adamların hamısından yaxşı idilər? 
Əlavə suallar:
- Daniel 1:1-21 ayələrini oxu. - Nəfsimizə hakim olmaq və zəifliklərin öhdəsindən gəlmək üçün nə cür səy tələb olunur? (Dan. 1:8; Yar. 39:7, 10; Qalat. 6:9). 
- Müasir gənclər bir çoxlarının ‘gözəl yemək’ adlandırdıqları şeylərdən dadmaq təzyiqinə necə məruz qala bilərlər? (Dan. 1:8, KM; Sül. məs. 20:1; 2 Kor. 6:17–7:1). 
- Müqəddəs Kitabda yazılmış bu dörd ibrani gənc haqqındakı hekayə bizə dünyəvi təhsillə bağlı nəyi anlamağa kömək edir? (Dan. 1:20; Yeşaya 54:13; 1 Kor. 3:18-20). 
 
Hekayə 76
Yerusəlim viran edilir
- Yerusəlim və israillilərlə nə baş verir? (Şəklə bax.) 
- Yezekel kim idi və Yehova ona hansı dəhşətli şeyləri göstərdi? 
- İsraillilər Yehovaya hörmət bəsləmədikləri üçün O nə edəcəyinə söz verdi? 
- İsraillilər Navuxodonosor padşaha qarşı üsyan qaldırdıqdan sonra nə baş verdi? 
- Yehova nə üçün israillilərin belə bir bəlaya düçar olmasına yol verdi? 
- İsrail torpağında nə üçün bir insan belə qalmadı və bu nə qədər davam etmişdi? 
Əlavə suallar:
- 2 Padşahlar 25:1-26 ayələrini oxu. - Sidqiya kim idi, başına hansı hadisə gəldi və bununla Müqəddəs Kitab peyğəmbərliyi necə yerinə yetdi? (2 Pad. 25:5-7; Yez. 12:13-15). 
- İsrailin sədaqətsizliyinə görə Yehova kimi günahkar sayırdı? (2 Pad. 25:9, 11, 12, 18, 19; 2 Saln. 36:14, 17). 
 
- Yezekel 8:1-18 ayələrini oxu. - Xristian dünyası günəşə sitayiş edən dönük israilliləri necə təqlid edir? (Yez. 8:16; Yeşaya 5:20, 21; Yəh. 3:19-21; 2 Tim. 4:3). 
Hekayə 77
Onlar heykələ baş əymirlər
- Babilin padşahı Navuxodonosor xalqa hansı əmri verdi? 
- Danielin üç dostu nəyə görə qızıl heykələ baş əymədilər? 
- Navuxodonosor heykələ baş əymək üçün üç ibraniyə daha bir imkan verəndə, onlar Yehovaya güvəndiklərini necə göstərdilər? 
- Navuxodonosor öz adamlarına Şadrak, Meşak və Aved-Neqo ilə nə etməyi əmr etdi? 
- Navuxodonosor sobaya baxdıqda nə gördü? 
- Padşah nə üçün Şadrakın, Meşakın və Aved-Neqonun Allahını izzətləndirdi və biz onlardan nə öyrənə bilərik? 
Əlavə suallar:
- Daniel 3:1-30 ayələrini oxu. - Nöqsansızlığımız sınağa çəkilərkən üç ibrani gəncin əhval-ruhiyyəsini necə təqlid edə bilərik? (Dan. 3:17, 18; Mat. 10:28; Rom. 14:7, 8). 
- Yehova Allah Navuxodonosora hansı dərsi verdi? (Dan. 3:28, 29; 4:34, 35). 
 
Hekayə 78
Divarda yazı
- Böyük ziyafətdə qonaqlar Yehovanın Yerusəlimdəki məbədindən gətirilən qablardan içərkən nə baş verdi? 
- Belşassar müdriklərinə nə dedi və onlar nəyi edə bilmədilər? 
- Padşahın anası ona nə məsləhət gördü? 
- Danielin padşaha söylədiklərinə əsasən, divarda yazan əli Allah nə məqsədlə göndərmişdi? 
- Divarda yazılmış sözlərin mənasını Daniel necə izah etdi? 
- Daniel danışarkən nə baş verdi? 
Əlavə suallar:
- Daniel 5:1-31 ayələrini oxu. - Allah qorxusu ilə divardakı yazını görən zaman Belşassarın keçirdiyi qorxu hissini müqayisə et. (Dan. 5:6, 7; Məz. 19:9; Rom. 8:35-39). 
- Belşassar və onun qonaqları qarşısında danışarkən, Daniel cəsarətli olduğunu necə göstərdi? (Dan. 5:17, 18, 22, 26-28; Həv. iş. 4:29). 
- «Daniel» kitabının beşinci fəslində Yehovanın Ali Hökmran olduğu necə vurğulanır? (Dan. 4:17, 25; 5:21). 
 
Hekayə 79
Daniel şirlər quyusunda
- Dara kim idi və Danielə necə münasibət göstərirdi? 
- Paxıl adamlar Daranı nəyə təhrik etdilər? 
- Daniel yeni fərman haqqında xəbər tutduqda nə etdi? 
- Daranın narahatçılığına və yuxusuzluğuna səbəb nə idi və səhər açılmamış o nə etdi? 
- Daniel Daraya necə cavab verdi? 
- Danieli öldürməyə çalışan adamlara nə oldu və Dara padşahlığında yaşayan xalqların hamısına nə yazdı? 
Əlavə suallar:
- Daniel 6:1-28 ayələrini oxu. - Nəyə görə Danielə qarşı qurulan sui-qəsd, Yehovanın Şahidlərinin fəaliyyətini dayandırmaq istəyənlərin cəhdlərini xatırladır? (Dan. 6:7; Məz. 94:20; Yeşaya 10:1, 2; Rom. 8:31). 
- Üzərlərində olan hakimlərə tabe olmaqda Allahın müasir xidmətçiləri Danieldən nə öyrənə bilərlər? (Dan. 6:5, 10; Rom. 13:1; Həv. iş. 5:29). 
- Yehovaya «daim» qulluq etməkdə Danieli necə təqlid edə bilərik? (Dan. 6:16, 20; Filip. 3:16; Vəhy 7:15). 
 
Hekayə 80
Allahın xalqı Babili tərk edir
- Şəkildə gördüyün kimi, israillilər nə edirlər? 
- Yehovanın Yeşaya vasitəsilə söylədiyi peyğəmbərliyi Kir necə yerinə yetirdi? 
- Kir Yerusəlimə qayıda bilməyən israillilərə nə dedi? 
- Yerusəlimə qayıdan xalqa Kir nə verdi? 
- İsraillilər Yerusəlimə nə qədər vaxta çatdılar? 
- Ölkə nə qədər vaxt ərzində tamamilə sakinsiz qalmışdı? 
Əlavə suallar:
- Yeşaya 44:28; 45:1-4 ayələrini oxu. - Kir haqqında deyilən peyğəmbərliyin mütləq yerinə yetəcəyini Yehova necə vurğuladı? (Yeşaya 55:10, 11; Rom. 4:17). 
- Yeşayanın Kir haqqındakı peyğəmbərliyi Yehova Allahın gələcəyi qabaqcadan xəbər verməyə qadir olduğuna dair nəyi göstərir? (Yeşaya 42:9; 45:21; 46:10, 11; 2 Pet. 1:20). 
 
- Ezra 1:1-11 ayələrini oxu. - Yerusəlimə qayıda bilməyənlərdən nümunə götürərək, biz tammüddətli xidmətə başlayanlara necə kömək edə bilərik? (Ezra 1:4, 6; Rom. 12:13; Kolos. 4:12). 
Hekayə 81
Xalq Allahın köməyinə güvənir
- Babildən Yerusəlimə neçə nəfər adam gəlmişdi və onlar şəhəri nə vəziyyətdə gördülər? 
- İsraillilər şəhərə qayıdandan sonra nəyi tikməyə başladılar və onların düşmənləri nə etdilər? 
- Haqqay ilə Zəkəriyyə kim idi və onlar xalqa nə deyirdilər? 
- Tattenay nə üçün Babilə məktub göndərdi və hansı cavabı aldı? 
- Ezra Allahın məbədinin təmirə ehtiyacı olduğunu biləndə nə etdi? 
- Şəklə bax. Ezra nə haqda dua edir, onun duasına Allah necə cavab verdi və biz bundan nə öyrənirik? 
Əlavə suallar:
- Ezra 3:1-13 ayələrini oxu. - Allahın xalqının yığıncağı olmayan ərazidə yaşamalı olsaq, hansı işi davam etdirməliyik? (Ezra 3:3, 6; Həv. iş. 17:16, 17; İbr. 13:15). 
- Ezra 4:1-7 ayələrini oxu. - Zerubbabil başqa dinlərlə ortaq olmamaqla bağlı Yehovanın xalqına hansı nümunəni verir? (Çıx. 34:12; 1 Kor. 15:33; 2 Kor. 6:14-17). 
- Ezra 5:1-5, 17 və 6:1-22 ayələrini oxu. - Düşmənlər məbədin tikintisini nə üçün dayandıra bilmədilər? (Ezra 5:5; Yeşaya 54:17). 
- Əleyhdarlarla üz-üzə gələrkən yəhudi ağsaqqalların nümunəsi məsihçi ağsaqqalları Yehovanın rəhbərliyini axtarmağa necə təşviq edir? (Ezra 6:14; Məz. 32:8; Rom. 8:31; Yaq. 1:5). 
 
- Ezra 8:21-23, 28-36 ayələrini oxu. - Hər hansı işə başlamazdan əvvəl Ezranın hansı cəhətini təqlid edə bilərik? (Ezra 8:23; Məz. 127:1; Sül. məs. 10:22; Yaq.4:13-15). 
Hekayə 82
Mordokay və Ester
- Mordokay və Ester kim idi? 
- Axaşveroş padşah nə üçün yeni arvad seçdi və kimi bəyəndi? 
- Haman kim idi və o nəyə görə hirslənirdi? 
- Padşah bir gün hansı fərmanı çıxardı və Ester Mordokaydan xəbər aldıqdan sonra nə etdi? 
- Hamanın aqibəti necə oldu? Mordokayla nə baş verdi? 
- İsraillilər düşmənlərinin əlindən necə qurtuldular? 
Əlavə suallar:
- Ester 2:12-18 ayələrini oxu. - Ester həlim və sakit ruhun dəyərini necə göstərdi? (Est. 2:15; 1 Pet. 3:1-5). 
- Ester 4:1-17 ayələrini oxu. - Esterə həqiqi ibadəti müdafiə etmək imkanı verildiyi kimi, bu gün bizim də Yehovaya sadiqlik və sədaqətimizi təzahür etdirmək üçün hansı imkanlarımız var? (Est. 4:13, 14; Mat. 5:14-16; 24:14). 
- Ester 7:1-6 ayələrini oxu. - Ester kimi, Allahın xalqından bir çoxları da təqiblər zamanı həyatlarını təhlükə altına necə qoymuşlar? (Est. 7:4; Mat. 10:16-22; 1 Pet. 2:12). 
Hekayə 83
Yerusəlimin divarları
- Yerusəlim şəhəri divarsız olanda israillilər özlərini necə hiss edirdilər? 
- Nehemya kim idi? 
- Nehemya sarayda nə işlə məşğul idi və bu iş nə üçün məsuliyyətli idi? 
- Hansı xəbər Nehemyanı kədərləndirdi və o nə etdi? 
- Artaxşasta padşah Nehemyaya necə xeyirxahlıq göstərdi? 
- Düşmənlər tikinti işini dayandıra biməsinlər deyə, Nehemya nə etdi? 
Əlavə suallar:
- Nehemya 1:4-6; 2:1-20 ayələrini oxu. - Nehemya Yehovanın rəhbərliyini necə axtarırdı? (Neh. 2:4, 5; Rom. 12:12; 1 Pet. 4:7). 
- Nehemya 3:3-5 ayələrini oxu. - Ağsaqqallarla xidməti köməkçilər Teqoanın sakinləri ilə ‘əsilzadələrinin’ arasındakı fərqli davranışdan nə öyrənə bilərlər? (Neh. 3:5, 27; 2 Salon. 3:7-10; 1 Pet. 5:5). 
- Nehemya 4:1-23 ayələrini oxu. - Şiddətli müqavimətə baxmayaraq, israilliləri tikintini davam etdirməyə təşviq edən nə idi? (Neh. 4:6, 8, 9; Məz. 50:15; Yeşaya 65:13, 14). 
- İsraillilərin nümunəsi bizi hansı sahələrdə ruhlandırır? 
 
- Nehemya 6:15 ayəsini oxu. - Yerusəlim divarlarının təxminən iki aya tikilməsi imanın gücü haqqında nəyi göstərir? (Məz. 56:3, 4; Mat. 17:20; 19:26). 
Hekayə 84
Mələk Məryəmin yanına gəlir
- Şəkildəki qız kimdir? 
- Cəbrayıl Məryəmə nə dedi? 
- Cəbrayıl Məryəmə ərdə olmadığına baxmayaraq, uşağı olacağını necə başa saldı? 
- Məryəm qohumu Elizaveti görməyə gələndə nə oldu? 
- Yusif Məryəmin uşağının olacağı barədə xəbər tutanda nə düşündü, amma fikrindən nəyə görə döndü? 
Əlavə suallar:
- Luka 1:26-56 ayələrini oxu. - Allahın Oğlunun həyatı ruhani aləmdən Məryəmin bətninə köçürüləndə, Luka 1:35 ayəsinə əsasən, Məryəmin qeyri-kamil yumurtahüceyrəsinin təsiri haqqında nə demək olar? (Haq. 2:11-13; Yəh. 6:69; İbr. 7:26; 10:5). 
- İsa hələ doğulmazdan əvvəl ona necə şərəf göstərilmişdi? (Luka 1:41-43). 
- Xidmətdə xüsusi təyinat alanlara Məryəm nə üçün gözəl örnəkdir? (Luka 1:38, 46-49; 17:10; Sül. məs. 11:2). 
 
- Matta 1:18-25 ayələrini oxu. - İsaya İmmanuel adı verilmədiyinə baxmayaraq, onun yer üzündə oynadığı rol nə üçün bu adın mənasına tam uyğun gəlirdi? (Mat. 1:22, 23; Yəh. 14:8-10; İbr. 1:1-3). 
Hekayə 85
İsa tövlədə doğulur
- Şəkildəki körpə kimdir və Məryəm onu hara qoyur? 
- İsa nə üçün heyvanların saxlanıldığı tövlədə doğulmuşdu? 
- Tövləyə gələn kişilər kim idi və mələk onlara nə demişdi? (Şəklə bax.) 
- İsa nə üçün qeyri-adi uşaq idi? 
- İsanı nəyə görə Allahın Oğlu adlandırırlar? 
Əlavə suallar:
- Luka 2:1-20 ayələrini oxu. - Qeysər Avqust İsanın doğulması ilə əlaqədar peyğəmbərliyi necə icra etdi? (Luka 2:1-4; Mik. 5:2). 
- Hər bir insan ‘Allahın razı olduğu adamlar’ siyahısına necə düşə bilər? (Luka 2:14, İ–93; Mat. 16:24; Yəh. 17:3; Həv. iş. 3:19; İbr. 11:6). 
- Yəhudalı təvazökar çobanlar Xilaskarın doğulmasına bu qədər sevinirdilərsə, onda Allahın xidmətçilərinin bu gün sevinməyə hansı daha böyük səbəbi var? (Luka 2:10, 11; Efes. 3:8, 9; Vəhy 11:15; 14:6). 
 
Hekayə 86
Ulduz yol göstərir
- Şəkildə gördüyün adamlar kimdir və nə üçün onlardan biri parlaq ulduza işarə edir? 
- Hirod padşahın qanı nəyə görə qaraldı və o nə etdi? 
- Parlaq ulduz adamları hara apardı və nəyə görə onlar ölkələrinə başqa yolla qayıtmalı oldular? 
- Hirod hansı əmri verdi? Onun məqsədi nə idi? 
- Yehova Yusifə nə buyurdu? 
- Ulduzu parladan kim idi və onun məqsədi nə idi? 
Əlavə sual:
- Matta 2:1-23 ayələrini oxu. - Münəccimlər İsanı görməyə gələndə onun neçə yaşı vardı və o harada yaşayırdı? (Mat. 2:1, 11, 16). 
Hekayə 87
Balaca İsa məbəddə
- Şəkildə İsanın neçə yaşı var və o haradadır? 
- Yusif hər il ailəsi ilə birlikdə nə edirdi? 
- Bütün günü yol gedən Yusiflə Məryəm nəyə görə Yerusəlimə qayıtmalı oldular? 
- Yusiflə Məryəm İsanı harada tapdılar və oradakı adamlar nəyə görə heyrət içində idilər? 
- İsa anası Məryəmə nə dedi? 
- Allah haqqında bilik əldə etməkdə İsaya necə bənzəyə bilərik? 
Əlavə suallar:
- Luka 2:41-52 ayələrini oxu. - Qanuna görə hər il keçirilən bayramlara ancaq kişilərin gəlməyi tələb olunsa da, Yusiflə Məryəm valideynlərə hansı gözəl nümunəni verirlər? (Luka 2:41; Qanun. t. 16:16; 31:12; Sül. məs. 22:6). 
- İsa valideynlərinə itaətkar olmaqda uşaqlara hansı gözəl nümunəni verir? (Luka 2:51; Qanun. t. 5:16; Sül. məs. 23:22; Kolos. 3:20). 
 
- Matta 13:53-56 ayələrini oxu. - Müqəddəs Kitabda İsanın hansı dörd doğma qardaşının adı çəkilir və onlardan ikisi sonradan məsihçi yığıncağında hansı rolu oynamışlar? (Mat. 13:55; Həv. iş. 12:17; 15:6, 13; 21:18; Qalat. 1:19; Yaq. 1:1; Yəhuda 1). 
Hekayə 88
Yəhya İsanı vəftiz edir
- Şəkildə gördüyün iki kişi kimdir? 
- Vəftizi necə edirlər? 
- Yəhya necə adamları vəftiz edirdi? 
- İsa nəyə görə Yəhyanın onu vəftiz etməsini istədi? 
- Allah İsanın vəftiz olunmasından razı qaldığını necə göstərdi? 
- İsa tənha bir yerdə 40 gün qalandan sonra nə baş verdi? 
- İsanın ilk davamçılarından, yəni şagirdlərindən kimin adını çəkə bilərsən və İsanın göstərdiyi birinci möcüzə nə olmuşdu? 
Əlavə suallar:
- Matta 3:13-17 ayələrini oxu. - İsa vəftiz olunması ilə şagirdlərinə hansı nümunəni qoydu? (Məz. 40:7, 8; Mat. 28:19, 20; Luka 3:21, 22). 
- Matta 4:1-11 ayələrini oxu. - İsanın Müqəddəs Yazılardan məharətlə istifadə etməsi bizi Müqəddəs Kitabı müntəzəm öyrənməyə necə təşviq edir? (Mat. 4:5-7; 2 Pet. 3:17, 18; 1 Yəh. 4:1). 
- Yəhya 1:29-51 ayələrini oxu. - Vəftizçi Yəhya şagirdlərinin diqqətini kimə yönəldirdi və biz onu necə təqlid edə bilərik? (Yəh. 1:29, 35, 36; 3:30; Mat. 23:10). 
- Yəhya 2:1-12 ayələrini oxu. - İsanın birinci möcüzəsi Yehovanın Öz xidmətçilərindən yaxşı şeyləri əsirgəmədiyini necə göstərir? (Yəh. 2:9, 10; Məz. 84:11; Yaq. 1:17). 
Hekayə 89
İsa məbədi təmizləyir
- Məbəddə nəyə görə heyvan satırdılar? 
- İsa nə üçün hirslənmişdi? 
- Şəkildə gördüyün kimi, İsa nə edir və göyərçin satan kişilərə nə əmr edir? 
- İsanın bu hərəkətini görəndə şagirdlərin yadına nə düşdü? 
- Qalileyaya qayıdan başı, İsa hansı vilayətdən keçdi? 
Əlavə sual:
- Yəhya 2:13-25 ayələrini oxu. - İsanın məbəddəki pul dəyişənlərə qarşı qəzəbləndiyini nəzərə alaraq, Padşahlıq Zalında kommersiya işlərinin aparılmasına biz necə münasibət bəsləməliyik? (Yəh. 2:15, 16; 1 Kor. 10:24, 31-33). 
Hekayə 90
Quyu başında qadınla söhbət
- İsa Samariyadakı quyunun yanında nəyə görə dayanmışdı və oradakı qadına nə deyirdi? 
- Qadın nəyə təəccübləndi, İsa ona nə dedi və nə üçün? 
- Qadın İsanın hansı su haqqında danışdığını düşünürdü, amma İsa əslində nəyi nəzərdə tuturdu? 
- Qadın İsanın onun barəsində bildiyinə nə üçün məəttəl qaldı və İsaya bunlar haradan məlum idi? 
- Oxuduğumuz hekayədən biz nə öyrənirik? 
Əlavə suallar:
- Yəhya 4:5-43 ayələrini oxu. - İsadan nümunə götürərək, bizdən milli və ya sosial baxımdan fərqlənən insanlara hansı münasibəti bəsləməliyik? (Yəh. 4:9; 1 Kor. 9:22; 1 Tim. 2:3, 4; Tit. 2:11). 
- İsanın davamçısı olan insan hansı ruhani faydanı alır? (Yəh. 4:14; Yeşaya 58:11; 2 Kor. 4:16). 
- Öyrəndiklərini hamıyla böyük həvəslə bölüşən samariyalı qadın kimi, biz də öyrəndiyimiz həqiqətləri qiymətləndirdiyimizi necə göstərə bilərik? (Yəh. 4:7, 28; Mat. 6:33; Luka 10:40-42). 
 
Hekayə 91
İsa dağda öyrədir
- Şəkildən göründüyü kimi, İsa harada öyrədir və ona yaxın oturanlar kimlərdir? 
- On iki həvarinin adını sadalaya bilərsən? 
- İsa hansı Padşahlıq haqqında təbliğ edirdi? 
- İsa nə haqda dua etməyi öyrədirdi? 
- İsa düzgün rəftar barəsində nə deyirdi? 
Əlavə suallar:
- Matta 5:1-12 ayələrini oxu. - Ruhani tələbatlarımızı dərk etdiyimizi necə göstərə bilərik? (Mat. 5:3 — «Ruhani tələbatlarını dərk edənlər xoşbəxtdirlər», (YD); Rom. 10:13-15; 1 Tim. 4:13, 15, 16). 
- Matta 5:21-26 ayələrini oxu. - Matta 5:23, 24 ayələri qardaşlarımıza olan münasibətin Yehova Allahla münasibətimizə təsir etdiyini necə vurğulayır? (Mat. 6:14, 15; Məz. 133:1; Kolos. 3:13; 1 Yəh. 4:20). 
- Matta 6:1-8 ayələrini oxu. - Məsihçi özündən razılığın hansı formalarından uzaq durmalıdır? (Luka 18:11, 12; 1 Kor. 4:6, 7; 2 Kor. 9:7). 
- Matta 6:25-34 ayələrini oxu. - Maddi tələbatlarımızı Yehovanın öhdəsinə buraxmağa dair İsa nə öyrədirdi? (Çıx. 16:4; Məz. 37:25; Filip. 4:6). 
- Matta 7:1-11 ayələrini oxu. - Matta 7:5 ayəsindəki aydın nümunədən biz nə öyrənirik? (Sül. məs. 26:12; Rom. 2:1; 14:10; Yaq. 4:11, 12). 
Hekayə 92
İsa ölüləri dirildir
- Şəkildəki qızın atası kimdir və nəyə görə o, arvadı ilə çox narahat olmuşdu? 
- Yair İsanı tapanda nə etdi? 
- İsa Yairin evinə gedərkən nə baş verdi və Yair yolda ikən hansı xəbəri aldı? 
- Yairin evindəki adamlar nəyə görə İsaya güldülər? 
- İsa uşağın ata-anasını və üç həvarini qız olan otağa apardıqdan sonra nə etdi? 
- İsa başqa kimləri dirildib və bu nəyi göstərir? 
Əlavə suallar:
- Luka 8:40-56 ayələrini oxu. - İsa, qanaxması olan qadının vəziyyətini başa düşdüyünü və ona şəfqətlə yanaşdığını necə göstərdi və məsihçi ağsaqqalları bundan nə öyrənə bilərlər? (Luka 8:43, 44, 47, 48; Lev. 15:25-27; Mat. 9:12, 13; Kolos. 3:12-14). 
- Luka 7:11-17 ayələrini oxu. - Əzizləri vəfat etmiş adamlar İsanın nainli dul qadına dediyi sözlərdən necə təsəlli tapa bilərlər? (Luka 7:13; 2 Kor. 1:3, 4; İbr. 4:15). 
- Yəhya 11:17-44 ayələrini oxu. - İsa əziz insanın ölümünə görə dərin kədər hissi keçirməyin normal olduğunu necə göstərdi? (Yəh. 11:33-36, 38; 2 Şam. 18:33; 19:1-4). 
Hekayə 93
İsa camaatı doyurur
- Vəftizçi Yəhya ilə hansı dəhşətli hadisə baş verdi və bu, İsaya necə təsir etdi? 
- Ardınca gələn camaatı İsa necə doydurdu və nə qədər yemək artıq qaldı? 
- Gecə şagirdlər niyə qorxuya düşdülər və Peterlə nə baş verdi? 
- İsa ikinci dəfə minlərlə adamı necə doyurdu? 
- Allah İsanı yer üzünün Padşahı edəndə həyat nə üçün gözəl olacaq? 
Əlavə suallar:
- Matta 14:1-32 ayələrini oxu. - Matta 14:23-32 ayələri Peterin xasiyyəti barəsində nəyi açıqlayır? 
- Müqəddəs Yazılar Peterin yetkinləşərək qeyri-iradi hərəkətlərinin öhdəsindən gəldiyini necə göstərir? (Mat. 14:27-30; Yəh. 18:10; 21:7; Həv. iş. 2:14, 37-40; 1 Pet. 5:6, 10). 
 
- Matta 15:29-38 ayələrini oxu. - İsa Atasının göndərdiyi ruzinin qədrini bildiyini necə göstərdi? (Mat. 15:37; Yəh. 6:12; Kolos. 3:15). 
- Yəhya 6:1-21 ayələrini oxu. - Məsihçilər İsanın hökumətlə bağlı verdiyi nümunədən nə öyrənə bilərlər? (Yəh. 6:15; Mat. 22:21; Rom. 12:2; 13:1-4). 
Hekayə 94
İsa uşaqları sevir
- Həvarilər yolda nə haqda mübahisə edirdilər? 
- İsa uşağı nə üçün həvarilərin arasına çağırdı? 
- Həvarilər hansı mənada uşaq kimi olmağa çalışmalı idilər? 
- İsa uşaqları sevdiyini başqa vaxt necə göstərmişdi? 
Əlavə suallar:
- Matta 18:1-4 ayələrini oxu. - İsa öyrədərkən nə üçün əyani misallardan istifadə edirdi? (Mat. 13:34, 36; Mark 4:33, 34). 
- Matta 19:13-15 ayələrini oxu. - Padşahlığın xeyir-dualarını dadmaq istəyiriksə, uşaqların hansı keyfiyyətlərini təqlid etməliyik? (Məz. 25:9; 138:6; 1 Kor. 14:20). 
- Mark 9:33-37 ayələrini oxu. - Yüksək mövqeyə can atmaq barəsində İsa şagirdlərinə hansı dərsi verdi? (Mark 9:35; Mat. 20:25, 26; Qalat. 6:3; Filip. 2:5-8). 
- Mark 10:13-16 ayələrini oxu. - İsa insanlara nə dərəcədə yaxın idi və məsihçi ağsaqqalları onun nümunəsindən nə öyrənə bilərlər? (Mark 6:30-34; Filip. 2:1-4; 1 Tim. 4:12). 
Hekayə 95
İsa hekayələrlə öyrədir
- Bir adam İsadan nə soruşdu və nə üçün? 
- İsa öyrətmək üçün hərdən nədən istifadə edirdi və biz yəhudilərlə samariyalılar haqqında nə bilirik? 
- İsanın danışdığı hekayədə Yerixoya gedən yəhudinin başına nə gəlir? 
- Yəhudi kahini və levili, yaralının yanından keçəndə nə edirlər? 
- Döyülmüş yəhudiyə kim kömək edir? 
- İsa hekayəni danışıb qurtarandan sonra nə soruşdu və həmin adam ona necə cavab verdi? 
Əlavə suallar:
- Luka 10:25-37 ayələrini oxu. - İsa suala birbaşa cavab vermək əvəzinə, Qanunu yaxşı bilən adamı düşünməyə necə vadar etdi? (Luka 10:26; Mat. 16:13-16). 
- İsa dinləyicilərində əvvəlcədən yaranmış yanlış fikirləri aradan götürmək üçün əyani misallardan necə istifadə edirdi? (Luka 10:36, 37; 18:9-14; Tit. 1:9). 
 
Hekayə 96
İsa xəstələri sağaldır
- İsa şəhər və kəndləri gəzərkən nə edirdi? 
- Vəftizindən üç il keçəndən sonra İsa həvarilərinə nə söylədi? 
- Şəkildəki adamlar kimdir və İsa qadına nə edir? 
- İsanın din başçılarına dediyi sözlər onları nə üçün utandırdı? 
- İsa həvariləri ilə Yerixo şəhərinin yaxınlığında olanda iki kor dilənçiyə nə etdi? 
- İsa nə üçün möcüzələr göstərirdi? 
Əlavə suallar:
- Matta 15:30, 31 ayələrini oxu. - İsa Yehovanın möhtəşəm gücünü necə əks etdirirdi və bu, vəd edilmiş yeni dünyada olacaq hadisələri anlamağa necə kömək edir? (Məz. 37:29; Yeşaya 33:24). 
- Luka 13:10-17 ayələrini oxu. - İsanın möhtəşəm möcüzələrindən bəzilərini şənbə günü etməsi Minillik Hakimiyyəti dövründə bəşəriyyətə rahatlıq gətirəcəyini necə göstərir? (Luka 13:10-13; Məz. 46:9; Mat. 12:8; Kolos. 2:16, 17; Vəhy 21:1-4). 
- Matta 20:29-34 ayələrini oxu. - Bu parça İsanın insanlara kömək etmək üçün vaxtına heyfi gəlmədiyini necə göstərir və biz bundan nə öyrənirik? (Qanun. t. 15:7; Yaq. 2:15, 16; 1 Yəh. 3:17). 
Hekayə 97
İsa Yerusəlimə padşah kimi girir
- İsa Yerusəlimin yaxınlığında yerləşən balaca kəndə gələndə şagirdlərinə nə dedi? 
- Şəkildən göründüyü kimi, İsa Yerusəlimə yaxınlaşanda adamlar nə edir? 
- İsanın korları və şikəstləri sağaltdığını görən uşaqlar nə etdilər? 
- İsa acıqlı kahinlərə nə dedi? 
- Biz İsanı tərif edən uşaqlara necə oxşaya bilərik? 
- Şagirdləri hansı sual maraqlandırırdı? 
Əlavə suallar:
- Matta 21:1-17 ayələrini oxu. - İsanın Yerusəlimə padşah kimi girməsi ilə zəfər çalmış romalı sərkərdələri müqayisə edin (Mat. 21:4, 5; Zək. 9:9; Filip. 2:5-8; Kolos. 2:15). 
- Uşaqlar, İsa məbədə daxil olanda 118-ci məzmurun sözlərini oxuyan israilli oğlanlardan nə öyrənə bilərlər? (Mat. 21:9, 15; Məz. 118:25, 26; 2 Tim. 3:15; 2 Pet. 3:18). 
 
- Yəhya 12:12-16 ayələrini oxu. - İsanı salamlamağa çıxan xalqın əlində tutduğu palma budaqları nəyin simvoludur? (Yəh. 12:13; Filip. 2:10; Vəhy 7:9, 10). 
Hekayə 98
Zeytun dağında
- Şəkildəki adamlardan hansı İsadır və onun yanındakılar kimdir? 
- İsa məbəddə olarkən kahinlər ona nə etmək istədilər və İsa onlara nə dedi? 
- Həvarilər İsadan nə soruşdular? 
- İsa göydə Padşah olanda yerdə baş verəcək bəzi hadisələri həvarilərə nəyə görə danışdı? 
- İsanın sözlərinə görə, pis şeylərə son qoyulmazdan əvvəl yer üzündə nələr baş verəcək? 
Əlavə suallar:
- Matta 23:1-39 ayələrini oxu. - Müqəddəs Kitab yüksək vəzifə tutan insanlara titulları ilə müraciət etməyi qadağan etməsə də, Matta 23:8-11 ayələri yığıncaqda məsihçini ucaltmaq məqsədilə titullardan istifadə edilməsi haqqında nə deyir? (Həv. iş. 26:25; Rom. 13:7; 1 Pet. 2:13, 14). 
- Adamların məsihçi olmasına maneçilik törətmək üçün fəriseylər nə edirdilər və bu gün dini rəhbərlər hansı oxşar üsullara əl atırlar? (Mat. 23:13; Luka 11:52; Yəh. 9:22; 12:42; 1 Salon. 2:16). 
 
- Matta 24:1-14 ayələrini oxu. - Matta 24:13 ayəsində dözümlülüyün vacibliyi necə vurğulanır? 
- Matta 24:13 ayəsindəki axır sözü hansı mənanı daşıyır? (Mat. 16:27; Rom. 14:10-12; 2 Kor. 5:10). 
 
- Mark 13:3-10 ayələrini oxu. - Mark 13:10 ayəsindəki hansı söz xoş xəbərin təbliğinin son dərəcə mühüm olduğunu göstərir və bu sözlər bizə necə təsir etməlidir? (Rom. 13:11, 12; 1 Kor. 7:29-31; 2 Tim. 4:2). 
Hekayə 99
Üst mərtəbədəki otaqda
- İsa 12 həvarisi ilə böyük otaqda nə üçün yığışmışdı? 
- Otaqdan çıxan adam kimdir və o hara gedir? 
- Pasxa yeməyi qurtarandan sonra İsa hansı xüsusi mərasimə başladı? 
- Pasxa israillilərə hansı hadisəni xatırladırdı və bu xüsusi mərasim İsanın davamçılarına nəyi xatırladır? 
- Rəbbin axşam yeməyi qurtarandan sonra, İsa davamçılarına nə dedi və onlar nə etdilər? 
Əlavə suallar:
- Matta 26:14-30 ayələrini oxu. - Yəhudanın İsanı qəsdən ələ verməyi Matta 26:15 ayəsindən necə görünür? 
- İsanın axıdılmış qanı hansı iki məqsədə xidmət edir? (Mat. 26:27, 28; Yer. 31:31-33; Efes. 1:7, 8; İbr. 9:19, 20). 
 
- Luka 22:1-39 ayələrini oxu. - Şeytan hansı mənada Yəhudaya ‘girmişdi’? (Luka 22:3; Yəh. 13:2; Həv. iş. 1:24, 25). 
- Yəhya 13:1-20 ayələrini oxu. - Yəhya 13:2 ayəsinə əsasən Yəhudanı tutduğu işə görə günahlandırmaq olarmı və Allahın xidmətçiləri bundan özlərinə hansı dərsi götürə bilərlər? (Yar. 4:7; 2 Kor. 2:11; Qalat. 6:1; Yaq. 1:13, 14). 
- İsa şagirdlərinə hansı unudulmaz nümunəni verdi? (Yəh. 13:15; Mat. 23:11; 1 Pet. 2:21). 
 
- Yəhya 17:1-26 ayələrini oxu. - İsa şagirdlərinin hansı mənada «bir» olması haqqında dua edirdi? (Yəh. 17:11, 21-23; Rom. 13:8; 14:19; Kolos. 3:14). 
Hekayə 100
İsa Getsamani bağında
- İsa həvariləri ilə üst mərtəbədəki otaqdan çıxıb hara getdi və onlara nə tapşırdı? 
- Həvarilərin yanına qayıdanda İsa nə gördü və bu neçə dəfə təkrarlandı? 
- Bağa kimlər gəlir və Yəhuda İskaryot nə edir? (Şəklə bax.) 
- Yəhuda nəyə görə İsanı öpdü və Peter nə etdi? 
- İsa Peterə nə dedi və nə üçün Allahdan bir mələk belə göndərməsini xahiş etmədi? 
Əlavə suallar:
- Matta 26:36-56 ayələrini oxu. - İsanın şagirdlərinə məsləhət vermə tərzi məsihçi ağsaqqallar üçün necə gözəl nümunədir? (Mat. 20:25-28; 26:40, 41; Qalat. 5:17; Efes. 4:29, 31, 32). 
- İsa insanlara qarşı silah qaldırmağa necə yanaşırdı? (Mat. 26:52; Luka 6:27, 28; Yəh. 18:36). 
 
- Luka 22:39-53 ayələrini oxu. - Getsamani bağında mələyin İsanı möhkəmləndirməsi onun imanının zəiflədiyinimi göstərir? İzah edin (Luka 22:41-43; Yeşaya 49:8; Mat. 4:10, 11; İbr. 5:7). 
- Yəhya 18:1-12 ayələrini oxu. - İsa öz şagirdlərini düşmənlərindən necə müdafiə etdi və biz onun nümunəsindən nə öyrənə bilərik? (Yəh. 10:11, 12; 18:1, 6-9; İbr. 13:6; Yaq. 2:25). 
Hekayə 101
İsanı öldürürlər
- İsanın öldürülməsinə görə ilk növbədə kim günahkardır? 
- Din başçıları İsanı aparanda həvarilər nə etdilər? 
- Baş kahin Qayafanın evində nə baş verdi? 
- Peter nəyə görə bir tərəfə çəkilib hönkür-hönkür ağladı? 
- İsanı Pilatın yanına yenidən gətirəndə başçı kahinlər qışqıraraq nə dedilər? 
- Beşinci gün günorta çağı İsa ilə nə baş verdi və o, yanında dirəkdə asılmış cinayətkara nə vəd etdi? 
- İsanın danışdığı Cənnət harada olacaq? 
Əlavə suallar:
- Matta 26:57-75 ayələrini oxu. - Yəhudi ali məhkəməsinin üzvləri ürəklərinin pis olduğunu necə büruzə verdilər? (Mat. 26:59, 67, 68). 
- Matta 27:1-50 ayələrini oxu. - Yəhudanın vicdan əzabı çəkmədiyini nədən bilmək olar? (Mat. 27:3, 4; Mark 3:29; 14:21; 2 Kor. 7:10, 11). 
- Luka 22:54-71 ayələrini oxu. - İsa tutulan gecə Peterin onu inkar etməsindən biz nə öyrənirik? (Luka 22:60-62; Mat. 26:31-35; 1 Kor. 10:12). 
- Luka 23:1-49 ayələrini oxu. - İsa ona qarşı edilən haqsızlıqlara necə reaksiya verirdi və biz bundan nə öyrənə bilərik? (Luka 23:33, 34; Rom. 12:17-19; 1 Pet. 2:23). 
- Yəhya 18:12-40 ayələrini oxu. - Peterin bir anlığa insan qarşısında qorxuya düşüb, sonradan isə görkəmli bir həvari olması nəyi sübut edir? (Yəh. 18:25-27; 1 Kor. 4:2; 1 Pet. 3:14, 15; 5:8, 9). 
- Yəhya 19:1-30 ayələrini oxu. - İsa maddi şeylərə tarazlı şəkildə necə yanaşırdı? (Yəh. 2:1, 2, 9, 10; 19:23, 24; Mat. 6:31, 32; 8:20). 
- İsanın ölümqabağı sözləri onun Yehovanın Ali Hökmranlığını sonadək dəstəklədiyinə möhtəşəm şəkildə necə şəhadətlik edir? (Yəh. 16:33; 19:30; 2 Pet. 3:14; 1 Yəh. 5:4). 
 
Hekayə 102
İsa sağdır
- Şəkilədəki qadın və iki kişi kimdir, onlar haradadırlar? 
- Pilat kahinlərə sərdabəni qorumaq üçün əsgər göndərmələrini nəyə görə tapşırdı? 
- İsanın ölümünün üçüncü günü səhər tezdən mələk nə etdi və kahinlər hansı işi gördülər? 
- Bəzi qadınlar İsanın qoyulduğu sərdabəyə gələndə nəyə görə yaman təəccübləndilər? 
- Peterlə Yəhya nəyə görə sərdabəyə qaçdılar və orada nə gördülər? 
- İsanın bədəni ilə nə baş vermişdi, ancaq dirildiyini şagirdlərinə göstərmək üçün İsa nə etdi? 
Əlavə suallar:
- Matta 27:62-66; 28:1-15 ayələrini oxu. - İsa dirildikdən sonra başçı kahinlər, fəriseylər və ağsaqqallar müqəddəs ruha qarşı necə günah işlətdilər? (Mat. 12:24, 31, 32; 28:11-15). 
- Luka 24:1-12 ayələrini oxu. - İsanın dirilməsi hadisəsindən Yehovanın qadınlara etibarlı şahid kimi baxması necə görünür? (Luka 24:4, 9, 10; Mat. 28:1-7). 
- Yəhya 20:1-12 ayələrini oxu. - Müqəddəs Kitab peyğəmbərliklərinin necə həyata keçəcəyini tam anlamayanda Yəhya 20:8, 9 ayələri səbirli olmağın vacibliyini necə göstərir? (Sül. məs. 4:18; Mat. 17:22, 23; Luka 24:5-8; Yəh. 16:12). 
Hekayə 103
İsa bağlı otağa girir
- Məryəm bağbana oxşatdığı adama nə dedi və onun İsa olduğunu nədən bildi? 
- Ammaus kəndinə gedən şagirdlərlə yolda nə baş verdi? 
- İki şagird həvarilərə İsanı gördüklərini danışanda hansı qəribə hadisə baş verdi? 
- İsa davamçılarına neçə dəfə göründü? 
- Toma şagirdlərin İsanı gördüklərini eşidəndə nə dedi, səkkiz gün sonra nə baş verdi? 
Əlavə suallar:
- Yəhya 20:11-29 ayələrini oxu. - Yəhya 20:23 ayəsində insana günahları bağışlamaq səlahiyyətinin verildiyimi nəzərdə tutulur? İzah edin (Məz. 49:2, 7; Yeşaya 55:7; 1 Tim. 2:5, 6; 1 Yəh. 2:1, 2). 
- Luka 24:13-43 ayələrini oxu. - Müqəddəs Kitab həqiqətlərini qəbul etməsi üçün ürəyimizi necə hazırlaya bilərik? (Luka 24:32, 33; Ezra 7:10, KM; Mat. 5:3, YD; Həv. iş. 16:14; İbr. 5:11-14). 
Hekayə 104
İsa göyə qayıdır
- Dirilmiş İsanı bir dəfə neçə nəfər gördü və İsa onlarla nə haqda danışdı? 
- Allahın Padşahlığı nədir və İsa min il ərzində Padşahlıq edəndə yer üzündə şərait necə olacaq? 
- İsa şagirdlərinə neçə gün ərzində göründü və sonra nə oldu? 
- Şagirdlərilə vidalaşmazdan əvvəl İsa onlara nə tapşırdı? 
- Şəkildə nə görürsən və İsa gözdən necə itir? 
Əlavə suallar:
- 1 Korinflilərə 15:3-8 ayələrini oxu. - Həvari Pavel nəyə görə İsanın dirilməsi barəsində əminliklə danışırdı və bu gün məsihçilər də nə haqda əminliklə danışa bilərlər? (1 Kor. 15:4, 7, 8; Yeşaya 2:2, 3; Mat. 24:14; 2 Tim. 3:1-5). 
- Həvarilərin işləri 1:1-11 ayələrini oxu. - Həvarilərin işləri 1:8 ayəsində peyğəmbərlik edildiyi kimi, təbliğ işi hansı vüsəti alıb? (Həv. iş. 6:7; 9:31; 11:19-21; Kolos. 1:23). 
Hekayə 105
Yerusəlimdə gözləyərkən
- Şəkildən göründüyü kimi, Yerusəlimdə qalan şagirdlərlə nə baş verir? 
- Yerusəlimə gələn qonaqlar nəyə təəccübləndilər? 
- Peter camaata nəyi başa saldı? 
- Camaat Peterə qulaq asandan sonra hansı hissləri keçirdi və Peter onlara nə etmələrini söylədi? 
- Eramızın 33-cü ilinin Pentikost günündə neçə nəfər vəftiz edildi? 
Əlavə suallar:
- Həvarilərin işləri 2:1-47 ayələrini oxu. - Peterin Həvarilərin işləri 2:23, 36 ayələrindəki sözlərindən İsanın ölümünə görə bütün yəhudi xalqının məsuliyyət daşıdığını necə görmək olar? (1 Salon. 2:14, 15). 
- Peter Müqəddəs Yazılar əsasında mülahizə yürütməklə bağlı bizə hansı dəyərli nümunəni qoymuşdur? (Həv. iş. 2:16, 17, 29, 31, 36, 39; Kolos. 4:6). 
- Peter İsanın ona vəd etdiyi ‘göylər Padşahlığının açarlarından’ birincisini necə istifadə etdi? (Həv. iş. 2:14, 22-24, 37, 38; Mat. 16:19, İ–93). 
 
Hekayə 106
Həbsxanadan azad edilirlər
- Bir gün günorta çağı Peterlə Yəhya məbəddə olarkən nə baş verdi? 
- Peter şikəstə nə dedi və ona puldan da qiymətli olan nəyi verdi? 
- Din başçıları nə üçün qəzəblənmişdilər və Peterlə Yəhyaya nə etdilər? 
- Peter din başçılarına nə dedi və onlar həvarilərə nəyi qadağan etdilər? 
- Din başçıları nəyə görə həvarilərə paxıllıq edirdilər və həvariləri ikinci dəfə həbsxanaya salanda nə baş verdi? 
- Həvariləri Sinedrion zalına gətirəndə onlar hansı cavabı verdilər? 
Əlavə suallar:
- Həvarilərin işləri 3:1-10 ayələrini oxu. - Bu gün bizə möcüzə etmək qüvvəsi verilməsə də, Peterin Həvarilərin işləri 3:6 ayəsindəki sözləri Padşahlıq xəbərinin dəyərini qiymətləndirməyə bizə necə kömək edir? (Yəh. 17:3; 2 Kor. 5:18-20; Filip. 3:8). 
- Həvarilərin işləri 4:1-31 ayələrini oxu. - Xidmətdə müqavimətlərlə üzləşərkən birinci əsrdə yaşamış məsihçi bacı-qardaşlarımıza necə bənzəyə bilərik? (Həv. iş. 4:29, 31; Efes. 6:18-20; 1 Salon. 2:2). 
- Həvarilərin işləri 5:17-42 ayələrini oxu. - Keçmişdə və bu gün Yehovanın Şahidi olmayanlardan bəziləri təbliğ işinə qərəzsiz tərzdə yanaşdıqlarını necə göstəriblər? (Həv. iş. 5:34-39). 
Hekayə 107
Stefanı daşa basırlar
- Stefan kim idi və Allahın köməyi ilə nələr edirdi? 
- Stefanın hansı sözləri din başçılarını hirsləndirdi? 
- Kişilər Stefanı şəhərin kənarına çıxarandan sonra ona nə etdilər? 
- Şəkildə paltarları qoruyan cavan adam kimdir? 
- Ölməzdən əvvəl Stefan Yehovadan duada nə xahiş etdi? 
- Bizə kimsə pislik edəndə, Stefan kimi, biz də nə etməməliyik? 
Əlavə suallar:
- Həvarilərin işləri 6:8-15 ayələrini oxu. - Yehovanın Şahidlərinin təbliğ xidmətini dayandırmaq üçün din rəhbərləri hansı hiylələrə əl atıblar? (Həv. iş. 6:9, 11, 13). 
- Həvarilərin işləri 7:1-60 ayələrini oxu. - Stefana Sinedrionun qarşısında xoş xəbəri məharətlə müdafiə etməyə nə kömək etmişdi və biz onun nümunəsindən nə öyrənə bilərik? (Həv. iş. 7:51-53; Rom. 15:4; 2 Tim. 3:14-17; 1 Pet. 3:15). 
- Təbliğ işimizə müqavimət göstərən insanlara qarşı hansı münasibəti inkişaf etdirməliyik? (Həv. iş. 7:58-60; Mat. 5:44; Luka 23:33, 34). 
 
Hekayə 108
Dəməşqə gedən yolda
- Stefanın ölümündən sonra Şaul nə etdi? 
- Şaul Dəməşqə gedərkən yolda hansı qəribə hadisə baş verdi? 
- İsa Şaula nə dedi? 
- İsa Hananyaya nə tapşırdı və Şaulun gözləri necə açıldı? 
- Şaul sonradan hansı adla tanındı və Allah onu hansı iş üçün istifadə etmişdi? 
Əlavə suallar:
- Həvarilərin işləri 8:1-4 ayələrini oxu. - Yenicə formalaşmış məsihçi yığıncağının qarşılaşdığı güclü təqiblər məsihçi imanının yayılmasına necə kömək etdi və bizim zəmanəmizdə buna bənzər hansı hadisələr baş verib? (Həv. iş. 8:4; Yeşaya 54:17). 
- Həvarilərin işləri 9:1-20 ayələrini oxu. - İsanın Şaula verəcəyi tapşırıq hansı üç hissədən ibarət idi? (Həv. iş. 9:15; 13:5; 26:1; 27:24; Rom. 11:13). 
- Həvarilərin işləri 22:6-16 ayələrini oxu. - Biz Hananyaya necə bənzəyə bilərik və bu nə üçün vacibdir? (Həv. iş. 22:12; 1 Tim. 3:7; 1 Pet. 1:14-16; 2:12). 
- Həvarilərin işləri 26:8-20 ayələrini oxu. - Şaulun məsihçi həqiqətini qəbul etməsi həyat yoldaşları imanda olmayan bacı-qardaşları necə ruhlandıra bilər? (Həv. iş. 26:11; 1 Tim. 1:14-16; 2 Tim. 4:2; 1 Pet. 3:1-3). 
Hekayə 109
Peter Korneliusun yanına gəlir
- Şəkildəki diz çökən adam kimdir? 
- Mələk Korneliusa nə dedi? 
- Peter Yaffada Şimonun evinin damında olanda, Allah ona nə göstərdi? 
- Peter nəyə görə Korneliusu özünə səcdə etməyə qoymadı? 
- Peterin yanında olan yəhudi şagirdlər nəyə görə təəccübləndilər? 
- Peterin Korneliusa baş çəkməsindən hansı vacib dərsi öyrənirik? 
Əlavə suallar:
- Həvarilərin işləri 10:1-48 ayələrini oxu. - Peterin Həvarilərin işləri 10:42 ayəsindəki sözləri Padşahlıq haqqında xoş xəbərin təbliği ilə bağlı nəyi göstərir? (Mat. 28:19; Mark 13:10; Həv. iş. 1:8). 
- Həvarilərin işləri 11:1-18 ayələrini oxu. - Peter Yehovanın digər xalqlara qarşı niyyətini anlayanda necə münasibət göstərdi və biz onu necə təqlid edə bilərik? (Həv. iş. 11:17, 18; 2 Kor. 10:5; Efes. 5:17). 
Hekayə 110
Pavelin yeni köməkçisi Timotey
- Şəkildəki gənc oğlan kimdir, o harada yaşayırdı və onun anası ilə nənəsinin adı nə idi? 
- Pavel Timoteydən, uzaqlarda yaşayan adamlara onunla və Sila ilə birlikdə təbliğ etmək istəməsini soruşanda o nə cavab verdi? 
- İsanın şagirdlərini ilk dəfə harada məsihçi adlandırmışdılar? 
- Pavel, Sila və Timotey Listradan sonra hansı şəhərlərə getdilər? 
- Timotey Pavelə necə kömək edirdi və uşaqlar özlərinə hansı sualı verməlidirlər? 
Əlavə suallar:
- Həvarilərin işləri 9:19-30 ayələrini oxu. - Xoş xəbəri yayarkən təqiblərlə qarşılaşan həvari Pavel ehtiyatla necə hərəkət etdi? (Həv. iş. 9:22-25, 29, 30; Mat. 10:16). 
- Həvarilərin işləri 11:19-26 ayələrini oxu. - Həvarilərin işləri 11:19-21, 26 ayələrindəki hadisə Yehovanın ruhunun təbliğ işinə rəhbərlik etməsini necə göstərir? 
- Həvarilərin işləri 13:13-16, 42-52 ayələrini oxu. - Həvarilərin işləri 13:51, 52 ayələrindən necə görünür ki, şagirdlər təqiblərin onları ruhdan salmasına yol vermədilər? (Mat. 10:14; Həv. iş. 18:6; 1 Pet. 4:14). 
- Həvarilərin işləri 14:1-6, 19-28 ayələrini oxu. - Onları Rəbbə tapşırdılar ifadəsi yenilərə kömək edərkən həddindən artıq narahat olmamağımıza necə kömək edə bilər? (Həv. iş. 14:21-23; 20:32; Yəh. 6:44). 
- Həvarilərin işləri 16:1-5 ayələrini oxu. - Timoteyin sünnət edilməyə razılıq verməsi ‘hər şeyi Müjdə üçün etməyin’ vacibliyini necə göstərir? (Həv. iş. 16:3; 1 Kor. 9:23, İ–93; 1 Salon. 2:8). 
- Həvarilərin işləri 18:1-11, 18-22 ayələrini oxu. - Həvarilərin işləri 18:9, 10 ayələri İsanın təbliğ işinə şəxsən rəhbərlik etməsilə bağlı bizə nəyi öyrədir və bu gün biz nəyə əmin ola bilərik? (Mat. 28:20). 
Hekayə 111
Yuxulayan oğlan
- Yerdə uzanmış oğlan kimdir və onunla nə baş verib? 
- Pavel oğlanın öldüyünü görəndə nə etdi? 
- Pavel, Timotey və onlarla səyahət edənlər hara yollandılar və gəmi Milet şəhərində dayananda Pavel nə etdi? 
- Aqab peyğəmbər Paveli nə haqda xəbərdar etdi və onun sözləri necə yerinə yetdi? 
Əlavə suallar:
- Həvarilərin işləri 20:7-38 ayələrini oxu. - Pavelin Həvarilərin işləri 20:26, 27 ayələrindəki sözlərinə əsasən biz də ‘bütün insanların qanından’ necə ‘təmiz’ ola bilərik? (Yez. 33:8; Həv. iş. 18:6, 7). 
- Təlim verərkən ağsaqqallar nə üçün ‘etimada layiq kəlama ciddi riayət etməlidirlər?’ (Həv. iş. 20:17, 29, 30; Tit. 1:7-9; 2 Tim. 1:13). 
 
- Həvarilərin işləri 26:24-32 ayələrini oxu. - İsadan aldığı təbliğ tapşırığını yerinə yetirmək üçün Pavel Roma vətəndaşı olmasından necə istifadə etdi? (Həv. iş. 9:15; 16:37, 38; 25:11, 12; 26:32; Luka 21:12, 13). 
Hekayə 112
Gəmi qəzaya uğrayır
- Pavelin olduğu gəmi Krit adasının yanından keçəndə nə baş verdi? 
- Pavel gəmidəkilərə nə dedi? 
- Gəmi necə parçalandı? 
- Dustaqlara nəzarət edən zabit gəmidəkilərə nə dedi və neçə nəfər adam sahilə sağ-salamat çatdı? 
- Onların çıxdıqları adanın adı nə idi və hava yaxşılaşanda Pavel nə etdi? 
Əlavə suallar:
- Həvarilərin işləri 27:1-44 ayələrini oxu. - Pavelin Romaya dəniz səyahəti hadisəsi Müqəddəs Kitabın dəqiqliyinə əminliyimizi necə möhkələndirir? (Həv. iş. 27:16-19, 27-32; Luka 1:3; 2 Tim. 3:16, 17). 
- Həvarilərin işləri 28:1-14 ayələrini oxu. - Maltanın bütpərəst sakinləri həvari Pavelə və yanındakılara ‘qeyri-adi insanpərvərlik’ göstərdilərsə, məsihçilər nə etməlidirlər və necə? (Həv. iş. 28:1, 2; İbr. 13:1, 2; 1 Pet. 4:9). 
Hekayə 113
Pavel Romada
- Pavel Romada dustaq olduğu müddətdə kimlərə təbliğ edirdi? 
- Şəkildə stolun arxasında oturan adam kimdir və o Pavel üçün nə edir? 
- Epafrodit kim idi və Filipiyə qayıdanda o özü ilə nə apardı? 
- Pavel yaxın dostu Filimona nə üçün məktub yazdı? 
- Pavel azadlığa buraxılanda nə etdi, amma bir qədər vaxtdan sonra onunla nə baş verdi? 
- Müqəddəs Yazıların axırıncı kitablarını kim yazıb və «Vəhy» kitabında söhbət nədən gedir? 
Əlavə suallar:
- Həvarilərin işləri 28:16-31 və Filipililərə 1:13 ayələrini oxu. - Romada həbs edildiyi müddətdə Pavel vaxtından necə istifadə edirdi və onun sarsılmaz imanı məsihçi yığıncaqlarına hansı təsiri göstərmişdi? (Həv. iş. 28:23, 30; Filip. 1:14). 
- Filipililərə 2:19-30 ayələrini oxu. - Pavelin hansı sözlərindən Timoteyi və Epafroditi yüksək qiymətləndirdiyi görünür və biz də onun nümunəsini necə təqlid edə bilərik? (Filip. 2:20, 22, 25, 29, 30; 1 Kor. 16:18; 1 Salon. 5:12, 13). 
- Filimona 1-25 ayələrini oxu. - Pavel nəyin əsasında Filimonu ‘münasib’ rəftara təşviq edirdi və bu nümunə müasir ağsaqqallar üçün necə rəhbərlik ola bilər? (Filim. 9; 2 Kor. 8:8; Qalat. 5:13). 
- Filimona 13, 14 ayələrindəki sözlər Pavelin yığıncaqda olanların vicdanına hörmət etdiyini necə göstərir? (1 Kor. 8:7, 13; 10:31-33). 
 
- 2 Timoteyə 4:7-9 ayələrini oxu. - Həvari Pavel kimi, biz də sonadək sadiq qalacağımız təqdirdə Yehovanın bizi mükafatlandıracağına necə əmin ola bilərik? (Mat. 24:13; İbr. 6:10). 
Hekayə 114
Nəhayət pisliyə son qoyulacaq
- Nəyə görə Müqəddəs Kitabda göydə atların olduğundan danışılır? 
- Allahın yerdəki pis adamlarla aparacağı müharibə necə adlanır və bu müharibənin məqsədi nədir? 
- Şəkildə təsvir olunduğu kimi, müharibəni aparan kimdir, onun başında nə üçün tac var və o, əlində nəyə görə qılınc tutub? 
- 10, 15 və 33-cü hekayələrə baxanda, Allahın pis adamları məhv edəcəyinə nə üçün təəccüblənməməliyik? 
- Allaha ibadət etdiklərini demələrinə baxmayaraq, pis adamların məhv ediləcəyi 36 və 76-cı hekayələrdən necə görünür? 
Əlavə suallar:
- Vəhy 19:11-16 ayələrini oxu. - Müqəddəs Yazılardan ağ atlının Məsih İsa olduğu necə görünür? (Vəhy 1:5; 3:14; 19:11; Yeşaya 11:4). 
- İsanın üst paltarının qana batması onun qələbəsinin tam və qəti olmasını necə göstərir? (Vəhy 14:18-20; 19:13; Yeşaya 63:1-6). 
- İsanın ardınca gedən ağ atlı ordu, güman ki, kimlərdən ibarətdir? (Vəhy 12:7; 19:14; Mat. 25:31, 32). 
 
Hekayə 115
Yer üzündə yeni Cənnət
- Müqəddəs Kitabda deyildiyi kimi, yer üzündəki Cənnətdə şərait necə olacaq? 
- Cənnətdə yaşayacaq insanlara Müqəddəs Kitab hansı vədi verir? 
- İsa yerdə gözəl şəraiti nə vaxt yaradacaq? 
- İsa yerdə yaşayanda, gələcəkdə Padşah kimi nələr edəcəyini necə göstərmişdi? 
- İsa və onunla göydən idarə edənlər nə edəcəklər? 
Əlavə suallar:
- Vəhy 5:9, 10 ayələrini oxu. - Minillik Padşahlıq ərzində göydə idarə edənlərin canıyanan və mərhəmətli padşah və kahin olacağına biz nə üçün əmin ola bilərik? (Efes. 4:20-24; 1 Pet. 1:7; 3:8; 5:6-10). 
- Vəhy 14:1-3 ayələrini oxu. - 144,000 məsh edilmişlərin alınlarında Allahın və Quzunun adının yazılması nə deməkdir? (1 Kor. 3:23; 2 Tim. 2:19; Vəhy 3:12). 
Hekayə 116
Əbədi yaşamaq üçün nə etməliyik?
- Əbədi yaşamaq üçün kimlər haqqında öyrənməliyik? 
- Şəkildəki uşaqlar kimi, biz də Yehova Allah və İsa Məsih haqqında necə öyrənə bilərik? 
- Şəkildə sən başqa hansı kitabı görürsən və nəyə görə onu müntəzəm oxumaq lazımdır? 
- Yehova ilə İsa haqqında öyrənməkdən başqa, əbədi yaşamaq üçün daha nə lazımdır? 
- 69-cu hekayədən nə öyrənirik? 
- 55-ci hekayədə oxuduğumuz balaca Şamuelin yaxşı nümunəsi nəyi göstərir? 
- Biz İsa Məsihə hansı mənada oxşaya bilərik və bunu edənləri gələcəkdə nə gözləyir? 
Əlavə suallar:
- Yəhya 17:3 ayəsini oxu. - Müqəddəs Kitabdan necə görünür ki, Yehova Allah və İsa Məsih haqqında bilik almaq, yalnız quru faktları əzbərləmək demək deyil? (Mat. 7:21; Yaq. 2:18-20; 1 Yəh. 2:17). 
- Məzmur 145:1-21 ayələrini oxu. - Yehovaya həmd etməyə hansı çoxlu səbəbimiz var? (Məz. 145:8-11; Vəhy 4:11). 
- Yehova hansı mənada ‘hamıya xeyirxahlıq edir’ və bu nəyə görə bizi Allaha daha da yaxınlaşdırmalıdır? (Məz. 145:9; Mat. 5:43-45). 
- Yehovanı ürəkdən seviriksə, biz nə edəcəyik? (Məz. 119:171, 172, 175; 145:11, 12, 21).