Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 5 s. 34—39
  • Atamın və ya anamın yenidən ailə qurması ilə necə barışa bilərəm?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Atamın və ya anamın yenidən ailə qurması ilə necə barışa bilərəm?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Başlıqlar
  • Oxşar material
  • Problem 1: atalığın başçılığını qəbul etmək
  • Problem 2: bölüşməyi və güzəştə getməyi öyrənmək
  • Problem 3: ailədə ayrı-seçkilik olanda
  • Səbrin sonu mükafatdır!
  • Evinizdəki sülhü qoruyun
    Ailə xoşbəxtliyinin sirri
  • Özümü bu qədər üzməyim normaldırmı?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Sodom və Homorranın məhv edilməsi
    Gözətçi qülləsi 2008
  • Atamla anam niyə ayrıldı?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 5 s. 34—39

Fəsil 5

Atamın və ya anamın yenidən ailə qurması ilə necə barışa bilərəm?

BU GÜN anana necə də xoşbəxt görünür, o, yenidən ailə qurur. Səndə isə sevincdən əsər-əlamət yoxdur. Çünki bu evlilik atanla ananın nə vaxtsa yenidən bir yerdə olacaqlarına olan bütün ümidini əlindən alır. Üstəlik, əgər anan atanın ölümündən sonra ailə qurursa, bu, sənin üçün xüsusilə ağır ola bilər.

Anan yenidən ailə quranda sən hansı hissləri keçirmişdin? Aşağıda hisslərini ifadə edən variantlara ✔ işarəsini qoy.

□ Sevindim

□ Narahat oldum

□ Özümü aldadılmış hiss etdim

□ Atalığımı qısqandım

□ Atalığımı sevməyə başladığım üçün özümü günahkar hiss edirdim

Özünü günahkar hiss etməyin doğma atana sədaqət hissindən irəli gələ bilər. Ola bilər, aldığın emosional zərbə səni düşüncəsiz hərəkətə vadar etsin.

Məsələn, bəlkə də, sən atalığının gününü qara etmək üçün əlindən gələni edirsən. Hətta ananla ayrılacağına ümid edərək aralarını vurmağa çalışırsan. Lakin müdrik bir məsəldə xəbərdarlıq edilir: «Külfətini [ailəsini] əzaba salanın nəsibi yel tək sovrular», yəni əlinə heç nə keçməz (Süleymanın məsəlləri 11:29). Ehtiyatlı ol ki, bu tələyə düşməyəsən. Əslində, daxili gərginliyin öhdəsindən gəlməyin daha yaxşı üsulları var. Gəl bəzilərinə nəzər salaq.

Problem 1: atalığın başçılığını qəbul etmək

Atalığın başçılığını qəbul etmək elə də asan deyil. O, səndən hansısa bir işi görməyi xahiş edəndə onu incitmək üçün ürəyindən: «Sən mənim atam deyilsən!» — demək keçə bilər. Belə cavab qısa müddətə məmnunluq gətirsə də, sənin yetkin olmadığından xəbər verəcək.

Lakin sən atalığının başçılığını qəbul etməklə artıq böyüdüyünü və Müqəddəs Kitabın «əqlən... yetkin olun» məsləhətinə əməl etdiyini göstərirsən (1 Korinflilərə 14:20). Axı atalığın valideynlik məsuliyyətini yerinə yetirir, elə buna görə də sən ona hörmət etməlisən (Süleymanın məsəlləri 1:8; Efeslilərə 6:1—4).

Ögey atanın məzəmməti sənə olan məhəbbətinin və qayğısının ifadəsidir (Süleymanın məsəlləri 13:24). 18 yaşlı İlona belə deyir: «Atalığım bizi məzəmmət edir, öyüd-nəsihət verir. Bu təbiidir, axı bu, onun vəzifəsidir. Mənə elə gəlir ki, onun məsləhətini qulaqardına vursam, illər boyu bizi maddi və ruhani cəhətdən təmin etmək üçün çəkdiyi bütün əməyi yerə vurmuş olaram. Bu isə nankorluqdur».

Bəlkə də, sənin şikayətlənmək üçün əsaslı səbəbin var. Onda Koloslulara 3:13 ayəsinə uyğun davranaraq «əqlən... yetkin» olduğunu göstər. Orada deyilir: «Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olarsa, bir-birinizi ürəkdən bağışlayın».

Aşağıda atalığının iki (və ya daha artıq) yaxşı xüsusiyyətini qeyd et.

․․․․․

Atalığının yaxşı xüsusiyyətlərini yadda saxlamağın ona hörmət göstərməyinə necə kömək edəcək?

․․․․․

Problem 2: bölüşməyi və güzəştə getməyi öyrənmək

24 yaşlı Harun xatırlayır: «Atam iki dəfə evlənib. Hər dəfə yeni ailəyə alışmaq mənim üçün çox çətin olub. Onlar mənim üçün yad insanlar idilər, ancaq mənə onları sevməli olduğumu deyirdilər. Tamamilə çaşqınlıq içində idim».

Sən də müxtəlif çətinliklərlə üzləşə bilərsən. Məsələn, ola bilsin, əvvəllər sən ailənin böyük və yeganə övladı idin, amma indi vəziyyət dəyişib. Əgər sən oğlansansa, ehtimal ki, uzun müddət evin kişisi sən olmusan, amma indi yerini atalığın tutub. Yaxud da, ola bilsin, sənin vəziyyətin İlonanınkına bənzərdir. O deyir: «Atam anama, demək olar, vaxt ayırmırdı, buna görə də öyrəşmişdim ki, anam yalnız mənimdir. Ancaq yeni ailə qurduğu adam ona həddən artıq diqqət göstərirdi. Onlar bir yerdə vaxt keçirir və söhbət edirdilər. Məndə elə bir hiss vardı ki, o, anamı əlimdən alır. Ancaq tədricən bu vəziyyətə öyrəşdim».

İlona kimi, sən də vəziyyətə necə uyğunlaşa bilərsən? Müqəddəs Kitab məsləhət görür: «Həmişə aqil olun. Qoy bu xasiyyətiniz hamıya bəlli olsun» (Filipililərə 4:5). Orijinal dildən «aqil» kimi tərcümə olunmuş söz həmçinin «güzəştə getmək» və ayağını dirəyib öz haqlarını tələb etməmək mənasını daşıyır. Sən bu məsləhəti necə tətbiq edə bilərsən? 1) Keçmişi yada salma (Vaiz 7:10). 2) Atalığına və ögey bacı-qardaşlarına qarşı səxavətli ol (1 Timoteyə 6:18). 3) Onlarla yad insanlar kimi davranma.

Yuxarıda sadalanan sahələrdən ən çox hansının üzərində işləməlisən? ․․․․․

Problem 3: ailədə ayrı-seçkilik olanda

Tara deyir: «Atalığımız öz uşaqlarını məndən və bacımdan çox istəyirdi. Mağazaya gedəndə ancaq onların xoşladıqları şeyləri alır və onların baxmaq istədikləri filmləri seçirdi. O, onların bütün istəklərini yerinə yetirirdi». Bu cür münasibət görmək heç kimə xoş deyil. Bəs belə vəziyyətdə sənə nə kömək edə bilər? Çalış, atalığının nəyə görə sənə öz doğma uşağı kimi yanaşmadığını başa düşəsən. Bəlkə, səbəb onların bir candan-bir qandan olmaları yox, bir-birilərini daha yaxşı tanımalarıdır. Axı sən də doğma atanı özünə daha yaxın hiss edirsən, nəinki atalığını.

Lakin kiməsə eyni münasibət göstərməməklə ədalətsizlik etmək arasında böyük fərq var. Hər bir insanın özünə xas xasiyyəti və tələbatları var. Buna görə də atalığının sənə öz uşağı kimi yanaşmadığı üçün həddən artıq narahat olmağa dəyməz. Yaxşı olardı ki, onun sənin lazımi ehtiyaclarını ödəyib-ödəmədiyi barədə düşünəsən.

Ögey atan sənin hansı istəklərini yerinə yetirir?

․․․․․

Sənin fikrincə, hansı istəklərini yerinə yetirmir?

․․․․․

Əgər sənə elə gəlirsə ki, atalığın sənin ehtiyaclarına barmaqarası baxır, nəyə görə onunla bu haqda sakit və hörmətcil tərzdə danışmayasan?

Səbrin sonu mükafatdır!

Adətən, doğma olmayan ailə üzvləri arasında etibarlı və səmimi münasibətlərin yaranması üçün bir neçə il keçməlidir. Yalnız bundan sonra fərqli xasiyyətləri və vərdişləri olan insanlar bir-birləri ilə dil tapa bilərlər. Buna görə səbirli ol! Hamının dərhal səni sevəcəyini və ya bir göz qırpımında ailə münasibətlərinizin əla olacağını gözləmə.

Anası yenidən ərə gedəndə Tomas özünü çox pis hiss edirdi. Onun anasının dörd, evləndiyi kişinin isə üç uşağı var idi. «Biz həmişə dalaşır və mübahisə edirdik, həmişə evdə gərgin ab-hava olurdu», — deyə Tomas xatırlayır. Onlara problemləri həll etməyə nə kömək etdi? O deyir: «Müqəddəs Kitab prinsiplərini tətbiq etdik və tədricən hər şey öz yoluna düşdü».

NÖVBƏTİ FƏSİLDƏ

Əgər doğma bacı-qardaşlarınla yola getmək çətindirsə, onda necə?

AÇAR AYƏ

“Bir şeyin axırı əvvəlindən yaxşıdır, səbirli adam qürurludan yaxşıdır” Vaiz 7:8

MƏSLƏHƏT

Səndə ögey bacı və ya qardaşına qarşı romantik hisslər yarana bilər. Buna görə də beynində cinsi istəklər oyadan fikirlərin qarşısını al və əmin ol ki, geyim tərzin və davranışın əks cinsdə bu kimi hisslərin yaranmasına əsas vermir.

BİLİRSƏN... ?

Ögey bacı-qardaşların üçün də yeni ailəyə uyğunlaşmaq çətin ola bilər.

HƏRƏKƏT PLANI!

Ögey atamın ailəmiz üçün etdiyi yaxşılıqları yadda saxlayaraq ona daha çox hörmət etməyə çalışacağam (gördüyü yaxşı işlərdən ikisini qeyd et): ․․․․․

Əgər ögey bacı-qardaşım mənə xor baxırsa, Romalılara 12:21 ayəsinə əsasən belə davrana bilərəm: ․․․․․

Bu mövzu barədə doğma və ya ögey valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Atalığın və ögey bacı-qardaşların sizin ailəyə daxil olarkən nə kimi narahatçılıqlar keçirə bilərlər?

● Ailədə münasibətlərin öz qaydasına düşməsi üçün xeyli vaxt tələb olunduğunu nəzərə almağın nəyə görə vacibdir?

[Haşiyə]

a Bu fəsildə söhbət ananın yenidən ailə qurmasından getsə də, müzakirə olunan prinsiplər ataların yenidən evlənməsinə də tətbiq ediləndir.

[38–ci səhifədəki yazı]

“Anamın ikinci nikahı da uğursuz oldu. Amma bu günə kimi də mən ögey bacı-qardaşlarımla sıx əlaqə saxlayıram. Onların ailəmizə daxil olması həyatımın ən xoş anlarından biridir” Tara

[39–cu səhifədəki şəkil]

İki ailənin birləşməsi su ilə sementin qarışdırılmasına bənzəyir — bu, vaxt və güc tələb edir, ancaq nəticədə, möhkəm və davamlı material alınır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş