Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 16 s. 111—118
  • Özümü bu qədər üzməyim normaldırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Özümü bu qədər üzməyim normaldırmı?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Oxşar material
  • Uşaq kədərli olanda
    Oyanın! 2017
  • Bu dərdə necə dözmək olar?
    Sizə əziz adam öləndə...
  • Atamla anam niyə ayrıldı?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Valideyn itkisi
    Oyanın! 2017
Əlavə
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 16 s. 111—118

Fəsil 16

Özümü bu qədər üzməyim normaldırmı?

Hərçənd bu fəsildə valideynlərdən birinin ölümündən danışılır, burada gətirilən prinsiplər ailəsinin başqa bir üzvünü və yaxın dostunu itirənlərə də kömək edə bilər.

«Anam öləndə həyatım alt-üst olmuşdu. Nə edəcəyimi bilmirdim, mənim üçün həyatın heç bir mənası qalmamışdı. Axı o, ailəmizin döyünən ürəyi, canı idi» Karina

ÇƏTİN Kİ, həyatda insanı valideynlərinin ölümü qədər sarsıdan nəsə olsun! Səni əvvəllər heç vaxt keçirmədiyin qarma-qarışıq hisslər bürüyə bilər. Atası ürək tutmasından öləndə Brayanın 13 yaşı vardı. O, baş verənləri yada salaraq deyir: «Həmin gecə sadəcə bir-birimizi qucaqlayıb ağlamaqdan başqa əlimizdən heç nə gəlmirdi». Natalinin atası xərçəng xəstəliyindən öləndə onun 10 yaşı var idi. O, baş verənləri xatırlayaraq deyir: «Donub qalmışdım. Nə hiss etdiyimi bilmirdim, dərin bir boşluq içində idim».

Ölüm hər insana bir cür təsir edir. Müqəddəs Kitabda deyilir ki, «hər kəs öz bəlasını və dərdini» bilir (2 Salnamələr 6:29). Valideynin ölümünün sənə necə təsir etdiyi barədə düşün. Aşağıda: 1) bu xəbəri eşidən an və 2) hal-hazırda hansı hissləri keçirdiyini yaza.

1 ․․․․․

2 ․․․․․

Bəlkə də, cavabların yavaş-yavaş ağrılarının yüngülləşdiyini göstərir. Özünü belə hiss etməyin təbiidir. Ancaq bu o demək deyil ki, sən valideynlərini unudursan. Bəs əgər hisslərin dəyişməyibsə, yaxud daha da pisləşibsə, onda necə? Ola bilsin, daxilindəki kədər hissi dəniz dalğaları kimi qəfildən gah coşur, gah da sakitləşir. Bu da təbiidir, hətta atanın və ya ananın ölümündən illər keçsə belə. Bunun öhdəsindən gəlməkdə sənə nə kömək edə bilər?

Göz yaşlarını saxlama! Ağlamaq insanı sakitləşdirir. Amma Alisiya kimi səni də bir şey narahat edə bilər. Anasını itirəndə onun 19 yaşı var idi. Alisiya hisslərini bölüşür: «Mənə elə gəlirdi ki, çox ağlasam, imanımın az olduğunu düşünəcəklər». Ancaq gəl kamil insan olan İsa Məsihi yada salaq: onun Allaha güclü imanı var idi. Bununla belə, dostu Lazar öləndə o, göz yaşlarını saxlaya bilmədi (Yəhya 11:35). Buna görə də, qəhər səni boğanda ağlamağa çəkinmə. Ağlamaq imanın azlığını göstərmir. Alisiya deyir: «Nəhayət, hönkür-hönkür ağlamağa başladım, elə gün olmurdu ki, ağlamayım»b.

Özünü günahlandırma. Anası öləndə Karinanın 13 yaşı var idi. O deyir: «Mən hər axşam anamın yanına qalxar, öpüb şirin yuxu arzulayardım. Ancaq bir dəfə bunu etmədim. Səhər qalxanda anam artıq ölmüşdü. Bilirəm, çox mənasızdır, amma həmin axşam yanına getmədiyimə və ertəsi gün baş verənlərə görə özümü günahkar hiss edirəm. Atam məzuniyyətə gedəndə bacımla mənə anamıza baxmağı tapşırmışdı. Amma səhər biz həmişəkindən gec durmuşduq. Mən anamın yanına gedəndə artıq o, nəfəs almırdı. Özümü çox pis hiss edirdim, axı atam gedəndə onun vəziyyəti yaxşı idi!»

Ehtimal ki, Karina kimi, sən də nə isə etmədiyinə görə özünü günahkar hesab edirsən. Yaxud «kaş ki, onu belə etsəydim, bunu belə etsəydim» kimi ifadələrlə özünə əziyyət verirsən. «Kaş ki, atamı həkimə getməyə məcbur edəydim», «Kaş ki, anama bir az tez gedib baxaydım». Əgər bu kimi fikirlər sənə əziyyət verirsə, yadında saxla ki, etmədiyin şeylərə görə peşmançılıq çəkməyin normaldır. Sözsüz ki, əgər bilsəydin, hər şeyi tamamilə başqa cür edərdin. Ancaq sən belə olacağını bilmirdin. Buna görə də, özünü günahlandırmağa dəyməz. Axı onun ölümü sənin günahın deyil!c

Hisslərini dilə gətir. Süleymanın məsəlləri 12:25 ayəsində deyilir: «Xoş söz könlü şad edər». Kədərini özündə saxlasan, öhdəsindən gəlmək çətin olacaq. Amma hisslərini etibar etdiyin biri ilə bölüşsən, ehtiyac duyduğun təsəlliverici «xoş söz» eşidəcəksən.

Qəlbini Allaha aç. Ürəyindəkiləri açıb Yehova Allahla bölüşsən, çox güman ki, özünü olduqca yaxşı hiss edəcəksən (Məzmur 62:8). Ancaq unutmaq lazım deyil ki, bu, sadəcə rahatlıq tapmaq və əhval-ruhiyyəni qaldırmaq üçün əl atılan bir vasitə deyil. Biz duada «hər cür təsəlli Allahı olub hər dərdimizdə bizə təsəlli» verən Yaradana müraciət edirik (2 Korinflilərə 1:3, 4). O, bizə Öz Kəlamı olan Müqəddəs Kitab vasitəsilə təsəlli verə bilər (Romalılara 15:4). Buna görə də, məhz sənə təsəlli verən Müqəddəs Kitab ayələrinin siyahısını əlinin altında saxlad.

Kədər hissi bir gecənin içində keçib-getmir. Buna baxmayaraq, sən Müqəddəs Kitabdan həmişə təsəlli tapa bilərsən, çünki orada deyilir ki, Allahın vəd etdiyi yeni dünyada «artıq nə ölüm, nə dərd, nə fəryad, nə də ağrı olacaq» (Vəhy 21:3, 4). Bu kimi vədlərin üzərində düşünmək sənə ağır itkinin öhdəsindən gəlməyə kömək edəcək.

[Haşiyələr]

a Əgər bu suallara indi cavab vermək çətindirsə, sonraya da saxlaya bilərsən.

b Düşünmə ki, kədərini büruzə vermək üçün ağlamaq şərtdir. Hər insan dərdi, qəmi bir cür keçirir. Əgər gözdən yaş gəlirsə, deməli, ağlamaq vaxtıdır (Vaiz 3:4).

c Əgər bu cür fikirlər səni narahat etməyə davam edirsə, böyüklərdən kiminləsə hisslərini bölüş. Vaxt keçdikcə özünü daha yaxşı hiss edəcəksən.

d Çoxları Müqəddəs Kitabın növbəti ayələrindən təsəlli tapırlar: Məzmur 34:18; 102:17; 147:3; Yeşaya 25:8; Yəhya 5:28, 29.

AÇAR AYƏ

“Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq nə ölüm, nə dərd, nə fəryad, nə də ağrı olacaq, çünki əvvəlki şeylər keçib getdi” Vəhy 21:4

MƏSLƏHƏT

Gündəlik tut. Vəfat etmiş valideynin haqqında xatirələrini yaz. Bu, sənə qəm-qüssəyə tab gətirməyə kömək edəcək.

BİLİRSƏN... ?

Ağlamaq zəifliyin əlaməti deyil. Hətta İbrahim, Yusif, Davud və İsa Məsih kimi güclü insanlar belə kədərli anlarında ağlamışlar (Yaradılış 23:2; 50:1; 2 Şamuel 1:11, 12; 18:33; Yəhya 11:35).

HƏRƏKƏT PLANI!

Qəm-qüssə məni bürüyəndə mən... ․․․․․

Həyatda olan valideynimə bu mövzu ilə bağlı vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Ölən valideyninlə bağlı xoş xatirələri yada salmaq nəyə görə yaxşıdır?

● Gündəlik tutmaq dərdini necə yüngülləşdirə bilər?

[112–ci səhifədəki yazı]

“Ürəyimdəkiləri heç kimə açmadığım üçün peşmanam. Dərdimi danışsaydım, indi özümü daha yaxşı hiss edərdim. Bu, mənə kədərimin öhdəsindən gəlməyə kömək edərdi” Davud

[113–cü səhifədəki çərçivə/şəkil]

ŞANTEL

“Atam son beş il idi ki, xəstə yatırdı və get-gedə vəziyyəti pisləşirdi. O, özünə qəsd edəndə mənim 16 yaşım vardı. Anam qardaşımla məndən heç nəyi gizlətmirdi. O hətta bizim dəfnlə bağlı qərarlarda iştirak etməyimizə imkan verdi. Bu, dərdimizi yüngülləşdirirdi. Uşaqlardan nəyi isə gizlədəndə onların heç xoşuna gəlmir, xüsusilə də bu kimi ciddi məsələlərdə. Vaxt keçdikcə atamın ölümü haqqında açıq danışa bilirdim. Ağlamaq istəyəndə ya rəfiqəmgilə, ya da harasa başqa bir yerə gedib ağlayırdım. Hamıya məsləhətim: kədəri özünüzdə saxlamayın, doğmalarınızla və dostlarınızla bölüşün. Qəm-qüssənin öhdəsindən gələ bilmək üçün əlinizdən gələni edin!”

[113 və 114–cü səhifələrdəki çərçivə/şəkil]

LİYA

“Mənim 19 yaşım olanda anam ağır insult keçirdi və üç ildən sonra öldü. Onun ölümündən sonra başa düşürdüm ki, güclü olmalıyam. Əgər özümü ələ ala bilməsəydim, atam üçün bu ağır itkiyə dözmək daha çətin olardı. Xəstə olanda və ya özümü yaxşı hiss etməyəndə anam həmişə yanımda olardı. Yadımdadır, necə əlini alnıma qoyub hərarətimi yoxlayardı. Onun yoxluğu mənim üçün çox ağırdır, ondan ötrü burnumun ucu göynəyir. Mən hisslərimi boğmağa alışmışam, ancaq bilirəm ki, bu, sağlamlığım üçün yaxşı deyil. Buna görə də hərdən onun şəkillərinə baxıb ağlayıram. Dostlarımla söhbət etməyin də böyük köməyi olur. Müqəddəs Kitab vəd edir ki, ölənlər yerüzü cənnətdə diriləcəklər (Yəhya 5:28, 29). Anamı yenidən görəcəyim və onu görmək üçün nə etməli olduğum barədə düşünəndə ağrılarım yüngülləşir”.

[114–cü səhifədəki çərçivə/şəkil]

BETANİ

“Atama: “Səni sevirəm” dediyimi xatırlamağı çox istərdim! Əminəm ki, mən bunu ona demişəm, amma yadımda qalmayıb. O, öləndə mənim cəmi beş yaşım vardı. Atam yatdığı yerdə insult keçirib və dərhal onu xəstəxanaya aparıblar. Səhər duranda mənə onun öldüyünü dedilər. Əvvəl-əvvəl atam haqqında danışmaq mənim üçün çətin idi, ancaq sonra özüm onun haqqında soruşmağa başladım, çünki onu daha yaxşı tanımaq istəyirdim. Atasını və ya anasını itirənlərə demək istəyirəm: onlarla keçirdiyiniz hər anı qiymətləndirin və xoş xatirələrinizi yazın ki, yaddaşınızdan silinməsin. Allaha sadiq qalmaq üçün əlinizdən gələni edin ki, sizə əziz olan adamı yeni dünyada görə biləsiniz”.

[116–cı səhifədəki çərçivə]

Çərçivə

Sənin düşüncələrin

Atan (anan) haqqında bəzi xoş xatirələrini yaz. ․․․․․

Sağ olsaydı, atana (anana) nə demək istəyərdin? ․․․․․

Təsəvvür et ki, balaca bacın və ya qardaşın var və onlar ata və ya ananızın ölümünə görə özlərini günahkar hiss edirlər. Sən onlara necə təsəlli verərdin? (Bu, sənə özünü qınamamağa kömək edəcək.) ․․․․․

Həyatda olmayan valideynin haqqında nəyi bilmək istəyərdin? İki-üç sualı qeyd et, sonra həmin sualları böyüklərdən kiməsə ver. ․․․․․

Həvarilərin işləri 24:15 ayəsini oxu. Bu ayədə haqqında danışılan ümid baş vermiş itkinin öhdəsindən gəlməyə necə kömək edir? ․․․․․

[115–ci səhifədəki şəkil]

Kədər qəfildən gah coşan, gah da sakitləşən dəniz dalğaları kimidir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş