NƏĞMƏ 1
Allahın ülvi sifətləri
Çap versiyası
1. Yehova, Sənin sonsuzdur gücün,
Həyat mənbəyi, qaynağısan nurun.
Bütün xilqət ucaldır şöhrətin,
Heyrət doğurur qüvvən Sənin.
2. Qanun, hökmlərin insaf örnəyi,
Düzlük, ədalət taxtının təməli.
Sözün əyan eyləyir hikmətin,
Almaztək parlar elmin Sənin.
3. Kamil məhəbbət Sənin varlığın,
Könlü şad edir misilsiz payların.
Bilsin cahan tək adın mübarək,
Böyük şövqlə biz bəyan edək.
(Həmçinin baxın: Zəb. 36:9; 145:6—13; Vaiz 3:14; Yaq. 1:17.)