Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/7 s. 32
  • Həqiqət toxumları ucqar ərazilərə səpələnir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həqiqət toxumları ucqar ərazilərə səpələnir
  • Gözətçi qülləsi 2009
Gözətçi qülləsi 2009
w09 15/7 s. 32

Həqiqət toxumları ucqar ərazilərə səpələnir

CƏNUBDAN və şərqdən Monqolustanla həmsərhəd olan Rusiyanın Tuva Respublikası Sibirin ən cənub hissəsində yerləşir. Tuvanın bir çox sakinləri ucqar ərazilərdə yaşadıqlarından Padşahlıq haqqında xoş xəbəri onlara çatdırmaq çətindir. Lakin bu yaxınlarda Tuvanın bir çox uzaq ərazilərindən onun paytaxtı olan Qızıl şəhərində keçirilən seminarda iştirak etmək üçün bir qrup insan gəlmişdi. Qızılda pioner kimi xidmət edən Mariya onların gəlişi haqda xəbər tutanda xoş xəbəri onlarla bölüşmək üçün bunun əla fürsət olduğunu anladı.

Mariya danışır: «Müəllimə işlədiyim məktəbdə asılılıq yaradan maddələrin istifadəsi ilə mübarizəyə dair seminarın keçirilməsi nəzərdə tutulmuşdu. Bu seminara Tuvanın ucqar yerlərindən təxminən 50 adam qatılmışdı. İştirak edənlərin arasında müəllimlər, psixoloqlar, himayəçilik orqan işçiləri və başqaları vardı». Mariyanın təbliğ etməyə gözəl imkanı yaransa da, bu, onun üçün heç də asan deyildi. O deyir: «Mən təbiətcə utancağam və qeyri-rəsmi təbliğ etmək mənə çətindir. Ancaq duada Yehovadan cəsarət istədim ki, qorxu hissinə qalib gəlim və bu gözəl imkandan istifadə edərək şahidlik verim». O, buna nail oldumu?

Mariya davam edir: «“Oyanın!” jurnalının fobiya haqqında bəhs edən sayını tapdım. Fikirləşdim ki, bu, psixoloqlar üçün maraqlı olar və jurnalı özümlə məktəbə apardım. Həmin gün seminarda iştirak edən müəllimlərdən biri sinfimə gələndə jurnalı ona təklif etdim. O, jurnalı böyük məmnuniyyətlə götürüb etiraf etdi ki, o da fobiyadan əziyyət çəkir. Növbəti gün mən ona “Gənclərin sualları. Praktiki məsləhətlər” kitabının I cildini gətirdim. O, bu kitabı da böyük sevinclə götürdü. Onun müsbət reaksiyasını görüb fikirləşdim ki, bu kitab başqa müəllimlərə də maraqlı gələ bilər. Buna görə də mən məktəbə “Gənclərin sualları” və başqa nəşrlərlə dolu bir qutu ədəbiyyat gətirdim». Tezliklə qutu boşaldı. Mariya əlavə edir: «Həmin müəllimənin bir neçə həmkarı sinfimə gəlib soruşdu: “Bu kitablar harada paylanılır?”» Onlar düz ünvana gəlmişdilər!

Seminarın sonuncu günü şənbə gününə təsadüf edirdi. Həmin gün Mariyanın istirahət günü olduğundan o, stolların üstünə ədəbiyyat qoymaq qərarına gəldi. Lövhədə isə bu sözləri yazdı: «Hörmətli müəllimlər! Siz özünüz və tanışlarınız üçün ədəbiyyat götürə bilərsiniz. Bu gözəl nəşrlər sizə işinizdə müvəffəqiyyətli olmağa və ailənizi möhkəmləndirməyə kömək edəcək». Bəs sonra nə baş verdi? «Həmin gün məktəbə gələndə gördüm ki, sinifdə çox az ədəbiyyat qalıb. Mən dərhal yeni kitab və jurnallar gətirdim». Seminar başa çatanda Mariya 380 jurnal, 173 kitab və 34 broşüra paylamışdı. Seminarda iştirak edənlər yaşadıqları və işlədikləri ucqar ərazilərə qayıdanda nəşrləri də özləri ilə apardılar. Mariya deyir: «Mən çox sevinirəm ki, həqiqət toxumları Tuvanın ən ucqar yerlərinə səpələnmişdir!» (Vaiz 11:6).

[32-ci səhifədəki xəritə]

(Xəritəyə nəşrin özündə baxın)

RUSİYA

TUVA RESPUBLİKASI

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş