Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w13 1/10 s. 14—15
  • Rənglərin sizə təsiri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Rənglərin sizə təsiri
  • Gözətçi qülləsi 2013
  • Başlıqlar
  • Oxşar material
  • RƏNGLƏRİN TƏSİRİ
  • RƏNGLƏR YADDAŞA KÖMƏKÇİDİR
  • Allahın gözəgörünməz keyfiyyətlərini dərk edirsiniz?
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
Gözətçi qülləsi 2013
w13 1/10 s. 14—15

Rənglərin sizə təsiri

Ətrafınıza baxdıqda gözlərinizlə beyniniz informasiyanı almaq üçün birgə işləyir. Siz qarşınızda gördüyünüz meyvə dilimini yeyib-yeməmək qərarına gəlirsiniz. Səmaya baxıb bu gün yağışın olmayacağını fikirləşirsiniz. Gördüyünüz sözləri oxuyub mənasını anlayırsınız. Siz rənglərin təsirini duyursunuz, elə deyilmi?

Gördüyünüz meyvənin rəngi sizə onun yetişib-yetişmədiyini müəyyən etməyə kömək edir. Səmanın və buludların rənginə baxdıqda havanın necə olacağını müəyyən edə bilərsiniz. Bu məqaləni oxuyarkən arxa fonun rəngilə mətn arasındakı kontrastı rahatlıqla ayırd edirsiniz. Fikir verməsəniz də, amma rənglər sizə ətrafınızdakı aləm haqqında məlumatı götür-qoy etmək üçün kömək edir. Üstəlik, rənglər sizin hisslərinizə də təsir edir.

RƏNGLƏRİN TƏSİRİ

Mağazaları gəzən insanların diqqətini cəlb etmək məqsədilə, adətən, çantalara, qutulara və digər əşyalara dizayn verilir. Reklamçılar rəngləri elə seçirlər ki, yaşından və cinsindən asılı olmayaraq, hər kəsdə onları əldə etmək istəyi yaransın. Ev dekoratorları, dizaynerlər və rəssamlar rənglərin insanda hisslərin oyatdığını bilirlər.

Mədəniyyət və adət-ənənələrdən asılı olaraq, insanlar rəngləri müxtəlif cür başa düşə bilərlər. Məsələn, Asiyada bəziləri qırmızı rəngi uğur və toy-bayramla əlaqələndirir, ancaq Afrikada həmin rəng matəm, kədər kimi başa düşülə bilər. Lakin aldıqları tərbiyədən asılı olmayaraq, müəyyən rənglər insanlarda eyni hisslər oyadır. Gəlin indi üç rəngə və onların sizə necə təsir etdiyinə nəzər salaq.

QIRMIZI rəng gözəçarpan bir rəngdir. Onu çox vaxt qüvvə, müharibə və təhlükə ilə əlaqələndirirlər. Bu rəng insanın hisslərini cuşa gətirir, maddələr mübadiləsini və tənəffüs tezliyini artırır, eləcə də qan təzyiqini yüksəldir.

Müqəddəs Kitabda «qırmızı» kimi istifadə olunan ibrani sözü «qan» mənasını verən sözdən əmələ gəlib. Allahın Kəlamında al-qırmızı rəngdən küfrlü adlarla dolu olan vəhşi heyvanın belində oturan ölümsaçan fahişəni təsvir etmək üçün istifadə olunmuşdu (Vəhy 17:1—6).

YAŞIL rəng qırmızıdan tamamilə fərqlənir. O, maddələr mübadiləsini ləngidir və əsəbləri sakitləşdirir. Bu rəng insana dinclik verir; onu çox vaxt rahatçılığa aid edirlər. Yaşıl bağ-bağçalar və dağ yamacları görəndə biz özümüzü rahat hiss edirik. «Yaradılış» kitabında deyilir ki, Allah yaşıl otları və bəşəriyyət üçün bitkiləri yaratdı (Yaradılış 1:11, 12, 30).

AĞ rəng isə adətən işıq, təhlükəsizlik və təmizliklə əlaqələndirilir. Həmçinin xeyirxahlıq, nöqsansızlıq və saflıq kimi xüsusiyyətlər də bu rənglə təsvir olunur. Allahın Kəlamında ən çox istifadə olunan rəng məhz ağ rəngdir. Görüntülərdə salehliyi və ruhani təmizliyi göstərmək üçün insanlar və mələklər ağ libaslarda olurlar (Yəhya 20:12; Vəhy 3:4; 7:9, 13, 14). Ağ at və ağ rəngdə təmiz kətan geyinmiş çapar ədalət uğrunda gedən müharibəni təmsil edir (Vəhy 19:14). Uca Yaradan günahları bağışlamaq istədiyini göstərmək üçün ağ rəngi nümunə gətirmişdi. O demişdi: «Günahlarınız qıpqırmızı parça kimi görünsə də, onlar qar kimi ağ olacaq» (Yeşaya 1:18).

RƏNGLƏR YADDAŞA KÖMƏKÇİDİR

Müqəddəs Kitabda rənglərin istifadə olunması göstərir ki, Allah insanların rənglərə qarşı münasibətini başa düşür. Məsələn, Allahın Kəlamına daxil olan «Vəhy» kitabında hansı şəraitdə yaşadığımızı, müharibələrin, xəstəliyin və aclığın gətirdiyi vaxtsız ölümün baş verməsi barədə qabaqcadan deyilmişdi. Bunları yadda saxlamaq üçün Yehova atlılardan ibarət görüntü vermişdi. Onların atlarının rəngi xüsusi məna kəsb edirdi.

Birinci at ağappaqdır və o, İsa Məsihin ədalət uğrunda apardığı müharibəni təmsil edir. Ondan sonrakı və millətlər arasında müharibəni təmsil edən atın rəngi kürəndir. Bu atın arxasınca gələn qap-qara at aclığı təmsil edir. Dördüncü atın rəngi isə solğun idi və onun belində oturanın adı Ölüm idi (Vəhy 6:1—8). Bu atların hər birinin rəngi həmin atların nəyi təmsil etdiyi barədə müəyyən fikirlər yaradır. Bu atların rəngini və bizim günlərə hansı aidiyyatı olduğunu asanlıqla yadımızda saxlaya bilərik.

Müqəddəs Kitabda bir çox nümunələr var ki, aydın bədii ifadələri təsvir etmək üçün rənglərdən istifadə olunub. İşığın, rəngin və insan gözünün Yaradanı təsvir olunan obrazlar oxucular üçün başadüşülən və yaddaqalan olsun deyə rənglərdən təlim vəsaiti kimi məharətlə istifadə edir. Rənglərin sayəsində biz məlumatı qəbul edir və analiz edirik. Rənglər bizim hisslərimizə təsir göstərir və onların sayəsində biz vacib amilləri yadda saxlaya bilirik. Həyatdan zövq almaq üçün rənglər Yaradanımızın bizə verdiyi hədiyyədir.

Nuh peyğəmbər ailəsi ilə birlikdə gəmidən çıxandan sonra Allah onlara rəngli göy qurşağı göstərdi. Bu, Onun insanları bir daha daşqınla məhv etməyəcəyinin rəmzi idi. Yəqin ki, bu rəngarəng və yaddaqalan simvol gözəl bir şey kimi onların yaddaşlarında həkk olunmuşdu (Yaradılış 9:12—17).

Təkamül nəzəriyyəsinin tərəfdarları baş aça bilmirlər ki, insanın bu qədər rəngləri görməsi nəyə gərəkdir, axı bu, həyatı vacib deyil? Ancaq Allahın bizi rənglərdən zövq almaq qabiliyyəti ilə yaratdığını qəbul etsək, onda biz həyatdan həzz almaq məqsədilə verilən bu hədiyyəyə Yaradanın məhəbbətinin təzahürü kimi yanaşacağıq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş