Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w14 15/4 s. 32
  • Bilirsinizmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bilirsinizmi?
  • Gözətçi qülləsi 2014
  • Oxşar material
  • Kahinlərin geyimindən nə öyrənirik?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
Gözətçi qülləsi 2014
w14 15/4 s. 32
Yoşiya padşah paltarını cırır

Bilirsinizmi?

Müqəddəs Kitabın yazıldığı dövrlərdə insanın şüurlu şəkildə paltarlarını cırması hansı mənanı daşıyırdı?

MÜQƏDDƏS KİTABDA insanların paltarlarını cırdıqlarını göstərən bir neçə vəziyyət təsvir olunub. Müasir oxucular üçün bu cür hərəkət qəribə gələ bilər, lakin israillilər arasında bu cür hərəkət qəm, kədər, rüsvayçılıq, qəzəb və ya məyusluq hissinin ifadəsi idi.

Misal üçün, qardaşı Yusifi azad etmək planı boşa çıxanda Ruven «paltarını cırdı», çünki Yusif artıq köləliyə satılmışdı. Ataları Yaqub Yusifin vəhşi heyvan tərəfindən parçalandığını güman edəndə «öz paltarlarını cırdı» (Yar. 37:18—35). Övladlarının ölüm xəbərini eşidən Əyyub «cübbəsini yırtdı» (Əyyub 1:18—20). Xəbər gətirən «paltarları cırılmış» halda baş kahin Elinin yanına gəlib ona məlumat verdi ki, israillilər döyüşdə məğlub edildi, Elinin iki oğlu öldürüldü və əhd sandığı ələ keçirildi (1 Şam. 4:12—17). Yoşiya ona oxunan Qanunun sözlərini eşidəndə və xalqının səhvlərini dərk edəndə «paltarlarını cırdı» (2 Pad. 22:8—13).

İsanın məhkəməsində baş kahin Kayafa eşitdiklərini haqsız yerə küfr adlandıraraq «yaxasını [cırdı]» (Mat. 26:59—66). Ravvin adət-ənənələrində əmr edilir ki, kimsə Allahın adına küfr edildiyini eşidərsə, mütləq paltarlarını cırmalıdır. Lakin Yerusəlim məbədinin məhvindən sonra digər ravvinlər qeyd etmişdilər ki, «Allahın adına küfr eşidən kəs artıq paltarlarını cırmasın, əks halda, onun paltarları hissələrə bölünmüş əsgilərə çeviriləcək».

Əgər insan kədərlidirsə, sözsüz ki, onun paltarını cırması Allahın gözündə heç bir məna daşımır. Buna görə də Yehova xalqına demişdi: «Paltarlarınızı deyil, ürəyinizi yırtın, Allahınız Rəbbə tərəf qayıdın» (Yoel 2:13).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş