Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 fevral s. 25—27
  • Xudbin insanlara bənzəməyin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xudbin insanlara bənzəməyin
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • XUDBİN, EQOİST OLMAMAQ ÜÇÜN NƏ EDƏ BİLƏRİK?
  • Özünüz barədə lüzumundan artıq fikirləşməyin
    Gözətçi qülləsi 2020
  • Yehova təvazökar bəndələrini dəyərləndirir
    Gözətçi qülləsi 2019
  • Yehova Öz izzətini təvazökar insanlara açır
    Gözətçi qülləsi 2004
  • İsa Məsih təvazökarlıq nümunəsi qoydu
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2025
w25 fevral s. 25—27
Bir dilxor kişi hoteldə qeydiyyat masasında işləyən adamla hörmətsiz danışır. Onun arxasında çoxlu adam toplaşıb öz növbəsini gözləyir.

Xudbin insanlara bənzəməyin

YƏQİN, fikir vermisiniz ki, bu gün çox adam xüsusi imtiyazlara, hüquqlara, fərqli rəftara layiq olduğunu düşünür. İstədiklərini alsalar da, bu onlara azlıq edir. Bunun da kökündə axırzamanın əlaməti olan naşükürlük, xudbinlik dayanır (2 Tim. 3:2).

Əlbəttə, xudbinlik yeni bir şey deyil. Adəmlə Həvva nəyin xeyir, nəyin şər olduğunu özləri bilmək istədilər. Bunun da ağır nəticələrini indiyə kimi biçirik. Yəhuda padşahı Üziyyə də xudbin insan idi. O, məbəddə buxur təqdim etməyə haqqı çatdığını düşünürdü, amma çox yanılırdı (2 Saln. 26:18, 19). Fərisilər və saddukilər İbrahim peyğəmbərin nəslindən olduqlarına görə Allahın xüsusi lütfünə layiq olduqlarını fikirləşirdilər (Mət. 3:9).

Ətrafımız xudbin və eqoist insanlarla doludur. Ehtiyatlı olmasaq, onların düşüncə tərzinə biz də yoluxarıq (Qal. 5:26). Bizdə elə fikir yaranar ki, hansısa şərəfli məsuliyyəti almağa və ya xüsusi rəftara layiqik. Bəs bu cür insan olmamaq üçün nə edə bilərik? Əvvəla, Yehovanın bu məsələyə necə yanaşdığını öyrənmək lazımdır. Müqəddəs Kitabdakı iki prinsip bizə bu sahədə kömək edəcək.

Bizim nəyə layiq olduğumuza Yehova qərar verir. Bir neçə nümunəyə baxaq.

  • Ailədə ər arvadı tərəfindən hörmət görməlidir, arvad da ərinin onu sevdiyini hiss etməlidir (Efes. 5:33). Ər-arvadlar haqlı olaraq gözləyir ki, həyat yoldaşları yalnız onlara romantik münasibət göstərsin (1 Kor. 7:3). Valideynlərin övladlarından itaət tələb etməyə ixtiyarları var. Övladlar da valideynlərindən bol məhəbbət və qayğı görməlidirlər (2 Kor. 12:14; Efes. 6:2).

  • Yığıncaqda ağsaqqallar çox zəhmət çəkir və hörmətimizə layiqdir (1 Salon. 5:12). Amma onların bacı-qardaşlar üzərində ağalıq etməyə haqları çatmır (1 But. 5:2, 3).

  • Allahın izni ilə hökumətlərin əhalidən vergi tələb etməyə, hörmət gözləməyə ixtiyarı çatır (Rom. 13:1, 6, 7).

Yehova sevgidən irəli gələrək bizə layiq olduğumuzdan artığını verir. Günahı miras aldığımız üçün biz yalnız ölümə layiqik (Rom. 6:23). Amma Yehova məhəbbətindən irəli gələrək bizə çoxlu nemətlər bəxş edir (Zəb. 103:10, 11). Aldığımız hər nemət, hər məsuliyyət yalnız və yalnız Yehovanın lütfü sayəsindədir (Rom. 12:6—8; Efes. 2:8).

XUDBİN, EQOİST OLMAMAQ ÜÇÜN NƏ EDƏ BİLƏRİK?

Özünüzü bu dünyanın düşüncəsindən gözləyin. Fərqinə varmadan bizdə elə fikir yaranar ki, başqalarından daha artığına layiqik. İsa Məsih insanda bu cür fikirlərin asanlıqla yarana biləcəyini göstərmək üçün bir hekayə danışmışdı. Hekayə bir dinar məvacib alan işçilər haqda idi. İşçilərin bəziləri səhər tezdən işə başlayıb bütün günü günəşin istisində işləyirlər. Bəziləri isə cəmi bir saat işləyir. Səhərdən işləyənlər düşünürlər ki, gördükləri işə görə onlardan daha çox məvacib almalıdırlar (Mət. 20:1—16). İsanın davamçılarına çatdırmaq istədiyi fikir aydındır: biz Yehovanın verdikləri ilə qane olmalıyıq.

İsanın çəkdiyi məsəldə muzdla işləyən işçilər ağalarına şikayət edirlər.

Bütün günü işləyən işçilər daha yüksək məvacibə layiq olduqlarını düşünürdülər

Tələb etməyin, şükür edin (1 Salon. 5:18). Həvari Bulus Korinfdəki dindaşlarından maddi kömək istəmirdi, halbuki, buna haqqı çatırdı (1 Kor. 9:11—14). Biz bu sahədə ona bənzəməyə çalışmalıyıq. Bizə nə verirlərsə, buna görə minnətdar olmalıyıq və başqalarından nəsə tələb etməməliyik.

Həvari Bulus və iki kişi birlikdə çadır düzəldirlər.

Həvari Bulus dindaşlarından maddi kömək tələb etmirdi

Təvazökar olun. İnsan özü haqda həddindən çox düşünəndə fikirləşir ki, sahib olduğundan daha artığına layiqdir. Təvazökarlıq bu cür zəhərli düşüncəyə qarşı güclü dərmandır.

Şəkillər: 1) Dənyal peyğəmbər ahıl yaşlarında. 2) Qədim Babil şəhəri. 3) Gənc Dənyal və onun üç ibrani dostu.

Təvazökar olduğuna görə Dənyal peyğəmbər Yehovanın istəkli bəndəsi idi

Təvazökarlıq göstərməkdə Dənyal peyğəmbər gözəl nümunə qoyub. O, zadəgan nəslindən idi. Yaraşıqlı, ağıllı-kamallı, bacarıqlı idi. Dənyal düşünə bilərdi ki, gördüyü xüsusi münasibətə və aldığı şərəfli məsuliyyətlərə layiqdir (Dən. 1:3, 4, 19, 20). Amma o, təvazökarlığını qorudu. Elə bu xüsusiyyətinə görə Dənyal Yehovanın istəkli bəndəsi idi (Dən. 2:30; 10:11, 12).

Gəlin bu dünyanın xudbin, eqoist düşüncəsindən uzaq duraq. Yehovanın lütfü sayəsində aldığımız hər nemətə görə daima sevinək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş