Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 fevral s. 30—31
  • Sadə bir sual gözəl bəhrələr gətirə bilər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sadə bir sual gözəl bəhrələr gətirə bilər
  • Gözətçi qülləsi 2025
  • Oxşar material
  • «Mən Yehovanın quluyam!»
    İman örnəkləri
  • O, eşitdiklərinin mənası üzərində düşünürdü
    İman örnəkləri
  • «Mən Ağanı gördüm!»
    İman örnəkləri
  • Məryəm Allahın anasıdır?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Gözətçi qülləsi 2025
w25 fevral s. 30—31
Bacı həyat yoldaşı ilə birlikdə bir qadına videozəng vasitəsilə dərs keçir.

Sadə bir sual gözəl bəhrələr gətirə bilər

Meri və həyat yoldaşı Cona elə bir ərazidə yaşayırlar ki, ora Filippindən çoxlu insanlar işləməyə gəlir. Bu isə həmin insanlara təbliğ etmək üçün gözəl fürsət yaradır. COVID-19 pandemiyası zamanı Meri təkcə öz ölkəsindəki yox, başqa ölkələrdəki insanlara da Müqəddəs Kitab dərsi keçirdi. Bəs o bunu necə edirdi?

Meri şagirdlərindən soruşurdu: «Müqəddəs Kitabı öyrənmək istəyən başqa kimisə tanıyırsan?» Əgər onlar «hə» deyərdisə, Meri xahiş edirdi ki, onu həmin insanla tanış etsinlər. Bu sadə sual çox vaxt gözəl bəhrələr verirdi, çünki Allahın Kəlamına dəyər verən insanlar adətən öyrəndiklərini ailə üzvləri və dostları ilə bölüşürlər. Gəlin görək, Merinin bu sualı verməsi nə ilə nəticələndi.

Merinin Jasmin adlı şagirdi onu Müqəddəs Kitabı videozəng vasitəsilə öyrənmək istəyən dörd nəfərlə tanış edir. Onlardan birinin adı Kristin idi. Müqəddəs Kitab dərsləri Kristinin o qədər xoşuna gəlir ki, hətta həftədə iki dəfə dərs keçmək istəyir. Meri Kristindən Müqəddəs Kitabı öyrənmək istəyən başqa kimisə tanıyıb-tanımadığını soruşur. Kristin ona belə deyir: «Bəli, səni rəfiqələrimlə tanış edəcəyəm». Kristin bir neçə həftənin içində Merini dörd rəfiqəsi ilə, sonralar isə başqa rəfiqələri ilə tanış edir. Onlardan da bəziləri Merini başqaları ilə tanış edir.

Kristin istəyirdi ki, onun Filippində yaşayan ailəsi də Müqəddəs Kitabı öyrənsin. Buna görə də o, qızı Andreya ilə danışır. Əvvəl-əvvəl Andreya düşünürdü: «Yehovanın Şahidləri sektadır. Onlar İsanı qəbul etmirlər, yalnız Əhdi-Ətiqi oxuyurlar». Amma o elə ilk dərsdən fikrində yanıldığını başa düşür. Dərs vaxtı hər dəfə yeni bir şey öyrənəndə Andreya deyirdi: «Əgər Müqəddəs Kitabda belə yazılıbsa, deməli, bu, doğrudur!»

Sonralar Andreya iki rəfiqəsini və bir iş yoldaşını Meri ilə tanış edir. Onlar da dərs keçməyə başlayır. Hələ bu harasıdır, sən demə, Andreyanın gözdən əlil xalası Ancela Andreyagil dərs keçərkən qulaq asırmış. O, bir gün Andreyadan xahiş edir ki, Meri ona da dərs keçsin. Öyrəndikləri Ancelanın çox xoşuna gəlir. Bir ay ərzində o, çoxlu ayələr əzbərləyir, hətta istəyir ki, onunla həftədə dörd dəfə dərs keçsinlər. Andreyanın köməyi ilə xalası müntəzəm olaraq videokonfrans vasitəsilə yığıncaqlara qoşulmağa başlayır.

Meri öyrənir ki, Kristinin yoldaşı Coşua da onlar dərs keçən vaxt otaqda oturub qulaq asırmış. Meri Coşuaya da dərslərə qoşulmağı təklif edir, Coşua isə belə deyir: «Mən sadəcə qulaq asacağam, mənə suallar verməyin. Əgər versəniz, durub gedəcəyəm». Amma dərsin ilk beş dəqiqəsində o, Kristindən daha çox suallar verməyə başlayır və Müqəddəs Kitab haqda müzakirələri davam etdirmək istədiyini deyir.

Merinin verdiyi sadə bir sual çoxlu sayda insanın Müqəddəs Kitabı öyrənməsinə yol açdı. O, həmin şagirdlərdən bəzilərini başqa bacı-qardaşlara ötürdü. Ümumilikdə, Meri dörd ölkədən iyirmi səkkiz nəfərlə Müqəddəs Kitab dərsinə başladı.

Məqalədə adı çəkilən ilk şagird Jasmin 2021-ci ilin aprel ayında vəftiz olundu. Kristin isə 2022-ci ilin may ayında vəftiz olundu və Filippinə, ailəsinin yanına qayıtdı. Kristinin Meri ilə tanış etdiyi başqa iki rəfiqəsi də vəftiz olundu. Bundan bir neçə ay sonra Ancela da vəftiz olundu və indi öncül kimi xidmət edir. Kristin yoldaşı Coşua, onların qızı Andreya, həmçinin digər şagirdlər də ruhani cəhətdən yaxşı inkişaf edirlər.

Bayaqkı şəkildə olan bacı Müqəddəs Kitab şagirdi və onun dörd dostu ilə videozəng vasitəsilə görüşüb.

Birinci əsrdə xoş xəbər ailə üzvləri və dostlar arasında tez yayılırdı (Yəh. 1:41, 42a; Həv. 10:24, 27, 48; 16:25—33). Siz də Müqəddəs Kitab şagirdlərinizdən və həqiqətə maraq göstərən insanlardan soruşun: «Müqəddəs Kitabı öyrənmək istəyən başqa kimisə tanıyırsan?» Kim bilir, bəlkə, bu sadə sualın sayəsində Müqəddəs Kitabı öyrənmək istəyən çoxlu insan tapacaqsınız?

a Adlar şərtidir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş