MÜQƏDDƏS KİTABDAN İFADƏ
İsa «itaətli olmağı öyrəndi»
İsa Məsih Yehovaya həmişə itaətkar olub (Yəh. 8:29). Bəs onda nəyə görə Müqəddəs Kitabda deyilir ki, o, «çəkdiyi əzablar sayəsində itaətli olmağı öyrəndi»? (İbr. 5:8).
Yer üzündə yaşadığı vaxt İsa göydə rastlaşmadığı vəziyyətlərlə rastlaşdı. Onun valideynləri Yehovanı sevən insanlar olsa da, günahlı idilər (Luka 2:51). O, bədəməl din xadimlərinin və ədalətsiz hökumət nümayəndələrinin əlindən çoxlu zülüm çəkmişdi (Mət. 26:59; Mark 15:15). Həmçinin İsa «özünü aşağı tutdu və ölümədək» — əzablı şəkildə «ölənədək itaətkar qaldı» (Filip. 2:8).
Yaşadığı bu hadisələr nəticəsində İsa yer üzündə itaətkarlığı fərqli tərəflərdən öyrəndi. Bunun sayəsində o, halımıza acıyan mükəmməl Padşah və Baş Kahin ola bildi (İbr. 4:15; 5:9). Çəkdiyi əzablardan sonra öyrəndiyi itaətkarlıq İsanı Yehovanın gözündə daha da dəyərli etdi. Biz də çətin problemlər qarşısında itaətkarlığımızı qoruyanda Yehova üçün daha dəyərli oluruq və Onun əlində istənilən təyinat üçün yararlı oluruq (Yaq. 1:4).