Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 noyabr s. 8—9
  • Avtomobil sürməyi dayandırım?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Avtomobil sürməyi dayandırım?
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • ÖZÜNÜZÜ YOXLAYIN
  • MÜQƏDDƏS KİTAB PRİNSİPLƏRİNİ NƏZƏRƏ ALIN
Gözətçi qülləsi 2025
w25 noyabr s. 8—9
Yaşlı bir qardaş pəncərənin yanında oturub maşınına baxır. O, əlində maşının açarlarını tutub fikirləşir.

Avtomobil sürməyi dayandırım?

ARTIQ uzun illərdir avtomobil sürürsünüz. Heç kimdən asılı olmadan istədiyiniz yerə gedə bilirsiniz. Amma ailə üzvləriniz və dostlarınız sizə görə narahatdır. Onların fikrincə, siz avtomobil sürməyi dayandırmalısınız. Siz isə onların narahatlığının səbəbini başa düşə bilmirsiniz.

Tanış vəziyyətdir? Bəs necə müəyyən edə bilərsiniz ki, avtomobil sürməyi dayandırmalısınız, ya yox?

Bəzi ölkələrdə sürücülər müəyyən yaşa çatandan sonra sürücülük vəsiqəsini yeniləmək üçün həkim müayinəsindən keçməlidirlər. Bu ölkələrdə yaşayan məsihilər dövlətin qanununa və verilən qərara tabe olurlar (Rom. 13:1). Ola bilsin, sizin ölkədə bu cür qanunlar yoxdur. Bununla belə, avtomobili təhlükəsiz sürüb-sürmədiyinizi müəyyən etmək üçün bir neçə yol var.

ÖZÜNÜZÜ YOXLAYIN

ABŞ-nin Yaşlanma üzrə Milli İnstitutunun rəsmi veb-saytında yaşlı insanların növbəti suallar üzərində düşünməsi tövsiyə olunur:

  • Yol işarələrini oxumaq və ya gecələr görmək mənə çətin olur?

  • Güzgülərə baxmaq, ya da avtomobilin kor nöqtəsini görmək üçün boynumu döndərməyə çətinlik çəkirəm?

  • Cəld reaksiya verməyə, məsələn, ayağımı qaz pedalından çəkib, əyləc pedalına qoymağa gecikirəm?

  • Nəqliyyat axınına mane olacaq dərəcədə asta sürürəm?

  • Son vaxtlar tez-tez qəza vəziyyəti yaratmışam, yaxud hərəkətsiz obyektlərə dəydiyim üçün avtomobilimdə cızıqlar və dəliklər var?

  • Yolda məni polis saxlayıb?

  • Sükan arxasında nə vaxtsa mürgüləmişəm?

  • Sürücülük qabiliyyətimə təsir edən dərman içirəm?

  • Ailə üzvlərim və dostlarım avtomobil sürməyimlə bağlı narahatlıqlarını bildirirlər?

Əgər bu suallardan birinə və ya ikisinə “hə” deyə cavab verdinizsə, bəlkə də, müəyyən dəyişikliklər etməyiniz yaxşı olar. Məsələn, avtomobil sürmək müddətinizə məhdudiyyət qoya bilərsiniz, əsas da gecə saatlarında. Necə sürdüyünüzü tez-tez nəzərdən keçirin. Bununla bağlı ailə üzvünüzün və ya dostunuzun fikrini soruşa bilərsiniz. Təhlükəsiz sürücülük bacarığına yiyələnmək üçün kurslara gedə bilərsiniz. Lakin bayaqkı sualların çoxuna “hə” deyə cavab verdinizsə, sükan arxasına ümumiyyətlə əyləşməməyiniz məsləhətdira.

MÜQƏDDƏS KİTAB PRİNSİPLƏRİNİ NƏZƏRƏ ALIN

Sürücülük bacarığınızın zəiflədiyini siz özünüz hiss etməyə bilərsiniz. Bəlkə də, daha avtomobil sürə bilməyəcəyiniz haqda heç düşünmək belə istəmirsiniz. Bəs vəziyyətinizə hərtərəfli baxmağa və hikmətli qərar verməyə Müqəddəs Kitab necə kömək edə bilər? Gəlin iki prinsipə nəzər salaq.

Təvazökar olun (Məs. 11:2). Yaşa dolduqca görmə və eşitmə qabiliyyətimiz, əzələlərimiz və reaksiyamız zəifləyir. Məsələn, çox adam müəyyən bir yaşdan sonra bəzi idman növləri ilə məşğul olmur, çünki başa düşür ki, yaşlandıqca zədələnmək riski artır. Eyni şeyi avtomobil sürməyə də aid etmək olar. Təvazökar insan başa düşür ki, artıq onun üçün sükan arxasına əyləşmək təhlükəlidir (Məs. 22:3). Həmçinin o başqalarının bununla bağlı narahatlığını nəzərə alır. (2 İşmuil 21:15—17 ayələri ilə əlaqələndirin.)

Heç kimin qanına bais olmayın (Qan. 22:8). Avtomobil təhlükəsiz idarə olunmazsa, silaha çevrilə bilər. Sürücülük bacarığının zəifləməsinə baxmayaraq, sükan arxasına əyləşən insan həm özünün, həm də başqalarının həyatını təhlükəyə atır. Onun ucbatından ölümlə nəticələnən qəza baş versə, kiminsə qanı onun boynunda qalacaq.

Düşünməyin ki, daha avtomobil sürməsəniz, ətrafınızdakı insanların gözündən düşərsiniz. Yehova sizi sevir. O, sizin təvazökarlığınızı, başqalarını düşündüyünüzü, eləcə də digər gözəl xüsusiyyətlərinizi görür və dəyərləndirir. Yehova sizə dayaq olacağına və təsəlli verəcəyinə söz verir (Əşy. 46:4). O, heç vaxt sizi atmayacaq. Buna görə də avtomobil sürüb-sürməməklə bağlı qərar verərkən Ondan xahiş edin ki, sizə hikmət versin və Müqəddəs Kitab prinsiplərini nəzərə almağınıza kömək etsin.

Yaxın insanların köməyi

Yaşlı insanla sürücülük məsələsi haqda adətən hamıdan yaxşı ailə üzvləri danışa bilər. Yaxud, ola bilsin, sizin dostunuz sürücüdür və eşitmisiniz ki, başqaları onun avtomobil idarə etməsi ilə bağlı narahatlığını dilə gətirir. Onların dediklərini ciddiyə alın. Hətta onun necə sürdüyünü bilmək üçün yanında əyləşməyi təklif edin. Görsəniz ki, deyilənlər düzdür, onunla danışın. Bu zaman özünüzü onun yerinə qoyun. Nəzakətli, eyni zamanda açıq söhbət edin. Unutmayın, müzakirə mövzusu onun yaşı yox, sürücülük bacarığı olmalıdır. Düzgün sözlər işlədin. Məsələn, «Sən artıq yaxşı sürücü deyilsən» demək əvəzinə, «Sən sürəndə fikrim yanında qalır, qorxuram sənə nəsə olar» deyə bilərsiniz. Bu məqalədəki Müqəddəs Kitab prinsiplərini onunla bölüşün və bunlara əməl edəcəyinə inandığınızı bildirin.

Yaşlı insan avtomobil sürməyi dayandırmalı olanda hamımız onun hisslərini başa düşməyə çalışmalıyıq. Ola bilsin, o özünü elə hiss edir ki, sanki azadlığı əlindən alınıb və artıq başqalarından asılıdır. Ona necə kömək edə bilərsiniz? Sözlərinizlə dayaq olun və yardım əlinizi uzadın (Məs. 17:17). Gözləməyin ki, yaşlı insan sizə «məni filan yerə apar» desin. Ola bilsin, o sizə yük olmaq istəmir. Özünüz kömək təklif edin. Məsələn, elə cədvəl qura bilərsiniz ki, onu həmişə yığıncağa, xidmətə, bazarlığa, həkimə və bu kimi vacib yerlərə aparan adam olsun. Yaşlı insanı əmin edin ki, bunu ürəkdən edirsiniz və onunla vaxt keçirmək sizə xoşdur (Rom. 1:11, 12).

a Əlavə məlumat üçün «Oyanın!» jurnalının 2002-ci il sentyabr sayında dərc olunan «Avtoqəzalar. Həyatınız təhlükəsizlikdədir?» adlı məqaləyə (türk.) baxın.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş