Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 149
  • «Göz əvəzinə göz» ifadəsinin mənası nədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Göz əvəzinə göz» ifadəsinin mənası nədir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabın cavabı
  • «Göz əvəzinə göz» qanununun məqsədi nə idi?
  • «Göz əvəzinə göz» qanunu məsihilərə tətbiq edilir?
  • «Göz əvəzinə göz» qanunu ilə bağlı yanlış fikirlər
  • Gözlərini sağlam saxla
    Müqəddəs ibadətimiz 2004
  • Gözlər vasitəsilə təmas quraraq şəxsi maraq göstər
    Müqəddəs ibadətimiz 2006
  • Xüsusi konqresin təkrarı
    Müqəddəs ibadətimiz 2005
  • Gözünü sağlam saxlayırsanmı?
    Müqəddəs ibadətimiz 2010
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 149
İnsanın gözləri

«Göz əvəzinə göz» ifadəsinin mənası nədir?

Müqəddəs Kitabın cavabı

«Göz əvəzinə göz» qanunu Allahın Musa peyğəmbər vasitəsilə qədim israillilərə verdiyi qanunlara daxil idi. İsa Məsih Dağüstü vəzində bu qanuna istinad etmişdi (Mətta 5:38; Çıxış 21:24, 25; Qanunun təkrarı 19:21). Bu qanunun mənası o idi ki, günahkar etdiyi cinayətə müvafiq cəzalandırılmalı idia.

Bu qanun bir insanın başqa insana qarşı qəsdən törətdiyi xatalı hərəkətlərə tətbiq edilirdi. Bilə-bilə cinayət törədən insanla bağlı Musanın qanununda deyilirdi: «Sınıq əvəzinə sınıq, göz əvəzinə göz, diş əvəzinə diş; başqasına hansı zədəni yetiribsə, ona da eyni zədə yetirilməlidir» (Lavililər 24:20).

  • «Göz əvəzinə göz» qanununun məqsədi nə idi?

  • «Göz əvəzinə göz» qanunu məsihilərə tətbiq edilir?

  • «Göz əvəzinə göz» qanunu ilə bağlı yanlış fikirlər

  • İsa Məsih yanlış bir fikrə düzəliş edir

«Göz əvəzinə göz» qanununun məqsədi nə idi?

«Göz əvəzinə göz» qanunu insana qisas almaq hüququ vermirdi. Əksinə, bu qanun hakimlərə törədilən cinayətə münasib cəza təyin etməyə kömək edirdi. Bu cəza nə həddən artıq sərt, nə də həddən artıq yumşaq olmalı idi.

Bu qanun həmçinin bilərəkdən başqalarına qarşı hər hansı bir zərər yetirməyin və ya fəsad törətməyin qarşısını alırdı. Qanunda deyilirdi: «Başqaları [Allahın ədaləti necə bərpa etdiyi müşahidə edənlər] bunu eşidib qorxacaq və bir də aranızda heç kim belə yamanlıq etməyəcək» (Qanunun təkrarı 19:20).

«Göz əvəzinə göz» qanunu məsihilərə tətbiq edilir?

Xeyr, bu qanun məsihilərə aid deyil. Bu qanun Musanın qanununa daxil idi. Musanın qanunu isə İsa Məsihin özünü qurban verməsi nəticəsində ləğv olundu (Romalılara 10:4).

Hər necə olsa da, bu qanun Allahın nöqteyi-nəzərini anlamağa kömək edir. Məsələn, bu qanun Allahın ədalətə önəm verdiyini göstərir (Zəbur 89:14). Həmçinin o, Allahın ədalət meyarını aşkar edir. Onun ədalət meyarı odur ki, günahkar «lazımi ölçüdə islah» edilməlidir (Ərəmya 30:11).

«Göz əvəzinə göz» qanunu ilə bağlı yanlış fikirlər

Yanlış: «Göz əvəzinə göz» qanunu həddən artıq sərt qanun idi.

Doğru: Bu qanun ədaləti bərpa etmək naminə həddindən artıq sərt və amansız cəza tətbiq etməyə yol vermirdi. Onun lazımi qaydada tətbiq olunması o demək idi ki, hakimlər yalnız vəziyyəti nəzərdən keçirəndən və qəsdən törədilən cinayətin ağırlığı barədə götür-qoy edəndən sonra hər hansı bir cəza təyin edə bilərdi (Çıxış 21:28—30; Saylar 35:22—25). Beləliklə, «göz əvəzinə göz» qanunu cəza tədbirində ifrata varmamaq üçün məhdudiyyət rolunu oynayırdı.

Yanlış: «Göz əvəzinə göz» qanunu şəxsi qisasın sonsuzadək davam etməsinə səbəb olurdu.

Doğru: Musanın qanununda deyilirdi: «Qisas almayın. Soydaşınıza kin saxlamayın» (Lavililər 19:18). Həmçinin qanun insanları təşviq edirdi ki, qisası Allahın öhdəsinə buraxsınlar və Onun ədaləti bərqərar etmək üçün təsis etdiyi hüquqi sistemə arxalansınlar (Qanunun təkrarı 32:35).

İsa Məsih yanlış bir fikrə düzəliş edir

İsa Məsih bəzilərinin «göz əvəzinə göz» qanununu təhrif etdiyini bilirdi. O, həmin insanlara düzəliş edərək demişdi: «“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. Mən isə deyirəm: pis adama müqavimət göstərmə, amma kim sənin sağ yanağına şillə vurarsa, o biri yanağını da ona çevir» (Mətta 5:38, 39).

İsa Məsihin «deyildiyini eşitmisiniz» ifadəsinə diqqət yetirin. Aydındır ki, o, bu sözləri əvəz çıxmağı öyrədən bəzi yəhudi din xadimlərinə ünvanlayırdı. Müqəddəs Kitab tədqiqatçısı Adam Klark qeyd etmişdi: «Görünür, yəhudilər bu qanunu [göz əvəzinə göz]... qisas ruhundan irəli gələrək törədilən hər hansı cinayətə və şəxsi kinə bəraət qazandırmaq üçün istifadə edirdilər». Bu din xadimləri intiqam hissini daha da alovlandırmaqla Allahın qanunun əsas mahiyyətini heçə endirirdilər (Mark 7:13).

Din xadimlərindən fərqli olaraq, İsa Məsih Allahın qanununun əsas mahiyyətinin məhəbbət olduğunu vurğulayırdı. O demişdi: «“Allahın Yehovanı... sev”. Bu, birinci və ən böyük əmrdir. İkincisi də buna bənzəyir: “Başqasını özünü sevdiyin kimi sev”. Bütün Tövrat və Peyğəmbərlərin kitabı bu iki əmrin üzərində durur» (Mətta 22:37—40). İsa Məsih qisas almağı yox, bu cür məhəbbət bəsləməyi öyrədirdi. Məhz bu məhəbbət onun əsl şagirdlərini ayırd edəcəkdi (Yəhya 13:34, 35).

a Bu hüquqi prinsip (bəzən latın termini olan «leks talionis» kimi ifadə olunur) bəzi digər qədim cəmiyyətlərin də hüquq sistemində öz əksini tapıb.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş