Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 124
  • Ünsiyyət bacarığımı necə inkişaf etdirim?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ünsiyyət bacarığımı necə inkişaf etdirim?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Üz-üzə danışmaq nəyə görə faydalıdır?
  • Söhbətə necə başlamaq olar?
  • Söhbət etməyi öyrən
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Xidmətdə püxtələşək. Qeyri-rəsmi şahidlik üçün söhbətə başla
    Müqəddəs ibadətimiz 2014
  • Diqqətcil olmaq
    İnsanları sev. Şagird hazırla
  • Utancaqlığım ilə necə bacarım?
    Gənclərin sualları
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 124
Yeniyetmə oğlan nahar fasiləsində məktəb yoldaşları ilə söhbət edir.

GƏNCLƏRİN SUALLARI

Ünsiyyət bacarığımı necə inkişaf etdirim?

Bu məqalədə

  • Üz-üzə danışmaq nəyə görə faydalıdır?

  • Söhbətə necə başlamaq olar?

  • Həmyaşıdların nə deyir?

Üz-üzə danışmaq nəyə görə faydalıdır?

Bəzi insanlar deyir ki, yazışmaqla müqayisədə üz-üzə danışmaq çətindir və gərginlik yaradır.

«Danışanda daha çox stres keçirirsən, çünki dediklərinə düzəliş edə, ya da onları silə bilməzsən» (Anna).

«Yazışmaq əvvəlcədən yazıya alınmış proqrama bənzəyir, amma danışmaq canlı yayım kimidir. Söhbət zamanı düşündüyüm tək şey odur ki, bircə səhv buraxmayım» (Cen).

Əvvəl-axır insanlarla üz-üzə söhbət etməyi öyrənməlisən. Məsələn, iş tapıb onu itirməmək, yeni dostlar tapmaq, yaxud da vaxtı çatanda görüşməyə başlamaq üçün bu qabiliyyət çox köməyinə çatacaq.

Amma narahat olma, insanlarla üz-üzə söhbət qorxulu bir şey deyil. Utancaq olsan da, bunu bacara bilərsən.

Lampa.

Məsləhət: Səhv buraxmaqdan qorxma. Ünsiyyət bacarığını inkişaf etdirmək velosiped sürməyə bənzəyir. Sürməyi öyrənərkən, ola bilsin, bir neçə dəfə yıxılacaqsan, amma təslim olmasan, bu səndə alınacaq və velosiped sürmək sənə zövq verəcək!

«Hərdən hamımız yanlış nə isə deyirik, sonra da dediyimiz sözə görə utanırıq. Özündən mükəmməllik gözləmə» (Nil).

Söhbətə necə başlamaq olar?

  • Suallar ver. İnsanlara maraqlı olan mövzu barədə fikirləş və sonra söhbətə başlamaq üçün həmin mövzudan istifadə et. Məsələn:

    «Keçən yayı haradasa dincəldin?»

    «Nə vaxtsa bu sayta rast gəlmisən? Çox maraqlı saytdır».

    «Xəbərin var..?»

    Daha konkret danışmaq üçün, həmin insanla ortaq mövzuları seç. Məsələn, ola bilsin, eyni məktəbdə oxuyursunuz, ya da eyni yerdə işləyirsiniz. Belə halda, elə bir mövzu seçə bilərsən ki, hər ikiniz üçün maraqlı olsun.

    İki yeniyetmə oğlan nahar zamanı söhbət edir. Yuxarıdakı nitq balonunda futbol topu göstərilib.

    «Elə mövzulardan suallar ver ki, sənin özünə də maraqlı olsun» (Maritsa).

    Lampa.

    Məsləhət: Yuxarıda gətirilən suallar söhbətə başlamaq üçün fürsət yarada bilər. İmkan daxilində çalış açıq sual verəsən, yəni cavabı «hə», ya da «yox» olmasın. Misal üçün, «Kinoda ən çox nə xoşuna gəldi?» sualının cavabı «Kino xoşuna gəldi?» sualının cavabından daha açıq olacaq.

    Ehtiyatlı ol: İnsanı sual atəşinə tutma. Həmçinin ehtiyatlı ol ki, şəxsi məsələlərə aid suallar verməyəsən. «Ən çox nədən qorxursan?» və ya «Niyə həmişə mavi rəngdə geyinirsən?» kimi suallar insanı pis vəziyyətdə qoya bilər. İkinci sual isə mühakimə kimi səslənə bilər!

    Həmsöhbətin cavab verməzdən əvvəl, yaxud sonra sual barədə özün də fikrini bölüşsən, onda insanda elə təəssürat yaranmayacaq ki, onu sual atəşinə tutmusan. Uzun sözün qısası, elə et ki, söhbətin müsahibəyə oxşamasın.

    Polis forması geyinmiş yeniyetmə oğlan lövhədə qeydlər aparır, onunla üzbəüz duran və üzünə işıq tutulan oğlan isə qorxu içindədir.

    Müstəntiq kimi suallar verirsən?

    Müqəddəs Kitab prinsipi: «Ürəyin düşüncələri dərin sulara bənzər, bəsirətli adam onları çəkib çıxarar» (Məsəllər 20:5).

  • Dinlə. Əgər danışmaqdan çox dinləməyə üstünlük versən, onda söhbətin yaxşı alınacaq.

    «Məqsəd qoymuşam, söhbət etdiyim insan haqda yeni bir şey öyrənim. Sonra onun dediklərini yadımda saxlamağa çalışıram ki, növbəti söhbətimizdə ona bu haqda sual verim» (Tamara).

    Lampa.

    Məsləhət: Söhbət dayanarsa, təşvişə düşmə. Ətrafına göz gəzdir. Məktəbdə, işdə və ya hər hansı bir tədbirdəsiniz? Onda olduğunuz məkan söhbət üçün mövzuya çevrilə bilər. Məsələn, iş yoldaşına belə sual verə bilərsən: «İşə gəlmək üçün yola nə qədər vaxtın çıxır?»

    Ehtiyatlı ol: Diqqətini söhbəti necə davam edəcəyinə cəmləmə. Həmsöhbətini diqqətlə dinləsən, onun dediklərinə uyğun nəsə deyə bilərsən.

    Müqəddəs Kitab prinsipi: «İnsan eşitməyə hazır olmalı, danışmağa... tələsməməlidir» (Yaqub 1:19).

  • Səmimi maraq göstər. Söhbət etdiyin insana səmimi maraq göstərsən, ünsiyyətiniz maraqlı alınacaq.

    İki yeniyetmə qız çöldə skamyada oturub bir-birinə baxır. Biri danışır, digəri isə diqqətlə dinləyir.

    «Əgər insan görsə ki, ona səmimi maraq göstərirsən, söhbət zamanı bir-iki xırda səhvə yol versən də ümumilikdə ünsiyyətiniz xoş olacaq» (Mari).

    Lampa.

    Məsləhət: İnsanı səmimi-qəlbdən təriflə və təriflədiyin şey barədə sual ver. Məsələn, «Nə qəşəng palton var. Haradan almısan?»

    Ehtiyatlı ol: Sərhədi aşma! «Nə qəşəng palton var. Neçəyə almısan?» kimi suallar insanı pis vəziyyətdə qoya bilər.

    Müqəddəs Kitab prinsipi: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4).

Bəs söhbəti necə bitirə bilərsən? Cordon adlı bir gənc deyir: «Söhbəti xoş sözlərlə bitir. “Səninlə söhbət etmək xoş oldu” və ya “Günün xoş olsun” kimi ifadələrlə sağollaşmaq növbəti söhbətiniz üçün zəmin yaradır».

Həmyaşıdların nə deyir?

  • Betel.

    «Ünsiyyət etməyi öyrənmək yeni dil öyrənməyə bənzəyir. Əvvəl-əvvəl çətindir, amma daha çox çalışdıqca, daha səriştəli olursan» (Betel).

  • Ayzik.

    «Həmsöhbətini diqqətlə dinlə. Göz təması qur. Münasibdirsə, başını yellə. Gülümsə. İnsan görəndə ki, sənin qulağın ondadır, məmnun olur» (Ayzik).

  • Keyt.

    «Əvvəllər insanla söhbət edəndə çox narahat olurdum. Hərdən indi də oluram. Amma diqqəti öz narahatlığıma yox, insana yönəltmək mənə kömək edir» (Keyt).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş