Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Yaradılış 20
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Yaradılışın məzmunu

      • Əbuməlik Saranı ərinə qaytarır (1—18)

Yaradılış 20:1

Çarpaz istinadlar

  • +Yr 13:18
  • +Sy 13:26
  • +Yr 25:17, 18
  • +Yr 10:19; 26:6

Yaradılış 20:2

Haşiyələr

  • *

    Ehtimala görə, Filişt padşahlarına verilən rəsmi titul.

Çarpaz istinadlar

  • +Yr 12:11—13; 20:11, 12
  • +Yr 12:15

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/5/2015 s. 12

Yaradılış 20:3

Çarpaz istinadlar

  • +Yr 12:17; Zb 105:14
  • +Qn 22:22

Yaradılış 20:7

Çarpaz istinadlar

  • +Zb 105:14, 15
  • +Əy 42:8

Yaradılış 20:10

Çarpaz istinadlar

  • +Yr 12:18, 19; 26:9, 10

Yaradılış 20:11

Çarpaz istinadlar

  • +Yr 12:11, 12; 26:7

Yaradılış 20:12

Çarpaz istinadlar

  • +Yr 11:29

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (kütləvi),

    № 3, 2017 s. 12

Yaradılış 20:13

Çarpaz istinadlar

  • +Yr 12:1
  • +Yr 12:13

Yaradılış 20:16

Haşiyələr

  • *

    Hərfən: göz örtüyüdür. Qadının ismətinin ləkələnmədiyini rəsmən təsdiq etmək və onu başqalarının tənəsindən müdafiə etmək üçün işlənən ibrani idiomu.

Çarpaz istinadlar

  • +Yr 20:2, 12

Yaradılış 20:18

Çarpaz istinadlar

  • +Yr 12:17

Digər

Yar. 20:1Yr 13:18
Yar. 20:1Sy 13:26
Yar. 20:1Yr 25:17, 18
Yar. 20:1Yr 10:19; 26:6
Yar. 20:2Yr 12:11—13; 20:11, 12
Yar. 20:2Yr 12:15
Yar. 20:3Yr 12:17; Zb 105:14
Yar. 20:3Qn 22:22
Yar. 20:7Zb 105:14, 15
Yar. 20:7Əy 42:8
Yar. 20:10Yr 12:18, 19; 26:9, 10
Yar. 20:11Yr 12:11, 12; 26:7
Yar. 20:12Yr 11:29
Yar. 20:13Yr 12:1
Yar. 20:13Yr 12:13
Yar. 20:16Yr 20:2, 12
Yar. 20:18Yr 12:17
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
Müqəddəs Kitab
Yaradılış 20:1—18

Yaradılış

20 İbrahim Negevə köçdü+ və Qədislə+ Şur+ arasında məskən saldı. O həmçinin bir müddət Qərarda+ yaşadı. 2 Orada da İbrahim arvadı Saranı bacısı kimi təqdim etdi.+ Onda Qərar padşahı Əbuməlik* adam göndərib Saranı yanına gətizdirdi.+ 3 Ancaq gecə Allah yuxuda Əbuməlikə görünüb dedi: «Bu qadını apardığına görə səni ölüm gözləyir,+ çünki o, ərdədir, başqasına məxsusdur».+ 4 Əbuməliksə hələ ona toxunmamışdı. Buna görə də dedi: «Yehova, Sən günahsız xalqı məhv edəcəksən? 5 Məgər o özü deməmişdi ki, bu, mənim bacımdır? Qadın da demişdi ki, o, mənim qardaşımdır. Bunu etməkdə mənim heç bir pis niyyətim olmayıb». 6 Allah yuxuda ona cavab verib dedi: «Mən də bilirəm ki, sən bunu pis niyyətlə etməmisən. Buna görə də qoymadım ki, ona toxunub Mənə qarşı günah edəsən. 7 İndi isə kişinin arvadını özünə qaytar, çünki o, peyğəmbərdir.+ Sənin üçün dua edər,+ sən də sağ qalarsan. Ancaq qaytarmasan, özünü də, bütün nəslini də ölmüş bil».

8 Əbuməlik sübh tezdən qalxıb bütün xidmətçilərini yanına topladı və hər şeyi onlara danışdı. Hamının canına qorxu düşdü. 9 Sonra Əbuməlik İbrahimi çağırtdırıb dedi: «Bu nə oyundur başımıza açmısan? Sənə nə pisliyim dəyib? Az qala məni də, səltənətimi də böyük günaha batırmışdın. Heç yaxşı iş tutmamısan. 10 Axı bunu etməkdə məqsədin nə idi?»+ 11 İbrahim cavab verib dedi: «Öz-özümə fikirləşdim ki, yəqin bu yerlərdə Allahdan qorxmurlar, arvadıma görə məni öldürəcəklər.+ 12 Bir də ki, o, doğrudan da, mənim bacımdır. Atamız birdir, sadəcə anamız ayrıdır. Mən onu almışam.+ 13 Allah məni ata evimdən çıxarıb qürbətə aparanda+ ona demişdim: “Mənə bir yaxşılıq et: hara getsək, de ki, mən sənin qardaşınam”».+

14 Əbuməlik İbrahimə qoyun-quzu, mal-qara, həmçinin qul-qarabaş pay verdi. Arvadı Saranı da ona qaytardı. 15 Sonra Əbuməlik dedi: «Bu mənim torpağım, bu da sən. Ürəyin istəyən yerdə yaşa». 16 Saraya isə belə dedi: «Qardaşına+ min gümüş verirəm. Bu, yaxınların və başqaları üçün sənin təmiz olduğuna sübutdur*. Heç kəs sənin haqqında pis bir şey deyə bilməz». 17 İbrahim Allaha dua etdi, Allah da Əbuməlikə, onun arvadına və qarabaşlarına şəfa verdi. Belə ki, onların yenə uşaqları oldu. 18 Çünki Yehova İbrahimin arvadı Saraya görə Əbuməlikin evindəki bütün qadınları sonsuz etmişdi.+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş