Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • 2 İşmuil 18
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

2 İşmuilin məzmunu

      • Absalam məğlub olur və ölür (1—18)

      • Davud Absalamın öldüyünü eşidir (19—33)

2 İşmuil 18:1

Çarpaz istinadlar

  • +Ms 20:18

2 İşmuil 18:2

Çarpaz istinadlar

  • +2İş 8:16; 10:7
  • +1Sm 2:15, 16
  • +2İş 23:18, 19
  • +2İş 15:19, 21

2 İşmuil 18:3

Çarpaz istinadlar

  • +2İş 21:17
  • +2İş 17:1—3; Mrs 4:20

2 İşmuil 18:5

Çarpaz istinadlar

  • +2İş 18:12

2 İşmuil 18:6

Çarpaz istinadlar

  • +2İş 17:26

2 İşmuil 18:7

Çarpaz istinadlar

  • +2İş 16:15
  • +Zb 3:7; Ms 24:21, 22

2 İşmuil 18:10

Çarpaz istinadlar

  • +2İş 8:16; 18:2

2 İşmuil 18:12

Çarpaz istinadlar

  • +2İş 18:5

2 İşmuil 18:14

Haşiyələr

  • *

    Digər variant: ox, nizə. Hərfən: çubuq.

2 İşmuil 18:15

Çarpaz istinadlar

  • +2İş 12:10; Ms 2:22; 20:20; 30:17

2 İşmuil 18:17

Çarpaz istinadlar

  • +Yş 7:24, 26; 8:29; 10:23, 27

2 İşmuil 18:18

Çarpaz istinadlar

  • +Yr 14:17
  • +2İş 14:27

2 İşmuil 18:19

Çarpaz istinadlar

  • +2İş 15:35, 36; 17:17
  • +Zb 9:4

2 İşmuil 18:20

Çarpaz istinadlar

  • +2İş 18:5

2 İşmuil 18:21

Çarpaz istinadlar

  • +Yr 10:6

2 İşmuil 18:24

Çarpaz istinadlar

  • +2İş 18:4
  • +2Pd 9:17

2 İşmuil 18:27

Çarpaz istinadlar

  • +2İş 18:19

2 İşmuil 18:28

Çarpaz istinadlar

  • +2İş 22:47; Zb 144:1

2 İşmuil 18:29

Çarpaz istinadlar

  • +2İş 18:22

2 İşmuil 18:31

Çarpaz istinadlar

  • +2İş 18:21
  • +2İş 22:49; Zb 55:18; 94:1; 124:2, 3

2 İşmuil 18:32

Çarpaz istinadlar

  • +Zb 27:2

2 İşmuil 18:33

Çarpaz istinadlar

  • +2İş 12:10; 17:14; 19:1; Ms 19:13

Digər

2 İşm. 18:1Ms 20:18
2 İşm. 18:22İş 8:16; 10:7
2 İşm. 18:21Sm 2:15, 16
2 İşm. 18:22İş 23:18, 19
2 İşm. 18:22İş 15:19, 21
2 İşm. 18:32İş 21:17
2 İşm. 18:32İş 17:1—3; Mrs 4:20
2 İşm. 18:52İş 18:12
2 İşm. 18:62İş 17:26
2 İşm. 18:72İş 16:15
2 İşm. 18:7Zb 3:7; Ms 24:21, 22
2 İşm. 18:102İş 8:16; 18:2
2 İşm. 18:122İş 18:5
2 İşm. 18:152İş 12:10; Ms 2:22; 20:20; 30:17
2 İşm. 18:17Yş 7:24, 26; 8:29; 10:23, 27
2 İşm. 18:18Yr 14:17
2 İşm. 18:182İş 14:27
2 İşm. 18:192İş 15:35, 36; 17:17
2 İşm. 18:19Zb 9:4
2 İşm. 18:202İş 18:5
2 İşm. 18:21Yr 10:6
2 İşm. 18:242İş 18:4
2 İşm. 18:242Pd 9:17
2 İşm. 18:272İş 18:19
2 İşm. 18:282İş 22:47; Zb 144:1
2 İşm. 18:292İş 18:22
2 İşm. 18:312İş 18:21
2 İşm. 18:312İş 22:49; Zb 55:18; 94:1; 124:2, 3
2 İşm. 18:32Zb 27:2
2 İşm. 18:332İş 12:10; 17:14; 19:1; Ms 19:13
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
Müqəddəs Kitab
2 İşmuil 18:1—33

İkinci işmuil

18 Davud yanındakı adamları saydı və onların üzərinə yüzbaşılar, minbaşılar qoydu.+ 2 Onların üçdə birini Yuaba+, üçdə birini Yuabın qardaşı Sərya+ oğlu Abşaya+, o biri üçdə birini isə catlı İttaya+ tapşırdı. Padşah dedi: «Mən də sizinlə döyüşə gedəcəyəm». 3 Camaat isə dedi: «Yox, sən getmə.+ Döyüşçülər qaçsa, hətta qoşunun yarısı ölsə belə, onların vecinə olmayacaq. Çünki sən bizim on minimizə bərabərsən.+ Ona görə də yaxşı olar ki, sən şəhərdən bizə kömək göndərəsən». 4 Padşah onlara dedi: «Necə məsləhət bilirsiniz, elə də edərəm». Padşah şəhər darvazasının yanında durdu. Qoşun yüz-yüz, min-min şəhərdən çıxdı. 5 Padşah Yuaba, Abşaya və İttaya tapşırdı: «Mənim xətrimə o cavanla, Absalamla kobud davranmayın».+ Padşahın Absalamla əlaqədar başçılara verdiyi göstərişi hamı eşitdi.

6 Qoşun israillilərlə döyüşmək üçün irəlilədi. Döyüş Əfraim meşəsində baş tutdu.+ 7 İsraillilər+ Davudun adamları qarşısında basıldılar.+ Həmin gün çoxlu adam — 20 000 nəfər qırıldı. 8 Döyüş bütün bölgəni bürüdü. Üstəlik, həmin gün meşədə ölənlərin sayı qılıncdan ölənlərin sayından çox oldu.

9 Nəhayət, Absalam Davudun döyüşçüləri ilə üz-üzə gəldi. Absalam qatırın üstündə gedirdi. Qatır böyük bir ağacın altından keçəndə onun saçı ağacın sıx budaqlarına dolaşdı. Qatır getdi, o isə havada asılı qaldı. 10 Bir nəfər onu görüb Yuaba+ xəbər verdi: «Absalamı gördüm, ağacdan asılıb qalmışdı». 11 Yuab ona dedi: «Görmüsən, bəs niyə elə oradaca vurub yerə sərməmisən? Belə etsəydin, sənə on gümüş, üstündə də bir qurşaq peşkəş edərdim». 12 O adam isə Yuaba dedi: «Mənə min gümüş də versəydilər, yenə hökmdarın oğluna əl qaldırmazdım. Padşahın sənə, Abşaya və İttaya: “Hamınıza deyirəm, o cavandan, Absalamdan muğayat olun”, — tapşırdığını öz qulağımızla eşitdik.+ 13 Əgər padşahın əmrindən çıxıb onu öldürsəydim, bu, padşahdan gizli qalmazdı, heç sən də mənə qahmar çıxmazdın». 14 Onda Yuab ona dedi: «Səninlə söz güləşdirməyə vaxtım yoxdur!» O, üç mizraq* götürdü və ağacın budaqları arasında asılı qalan və hələ sağ olan Absalamın köksünə sapladı. 15 Yuabın on silahdarı gəldi və Absalamı vurub öldürdü.+ 16 Yuab şeypur çalıb təqibi dayandırdı. Döyüşçülər İsraili təqib etməkdən əl çəkib geri qayıtdılar. 17 Onlar Absalamın cəsədini meşədə böyük bir çuxura atdılar və üstünə böyük bir daş qalağı yığdılar.+ Bütün israillilər dağılışıb evlərinə qaçdılar.

18 Absalam sağlığında Padşah dərəsində+ özü üçün sütun ucaltmışdı. O, öz-özünə deyirdi: «Oğlum yoxdur ki, adımı yaşatsın».+ Ona görə də sütuna öz adını qoymuşdu. Sütun bu günədək Absalam abidəsi adlanır.

19 Sadığın oğlu Əximas+ dedi: «Xahiş edirəm, icazə ver, gedim padşaha xəbər çatdırım. Yehova onu düşmənlərindən qurtarıb, onun üçün haqq-ədaləti bərqərar edib».+ 20 Lakin Yuab ona dedi: «Sən bu gün xəbər aparma. Başqa gün apararsan, bu gün yox. Bu gün padşahın oğlu ölüb».+ 21 Yuab kuşlu+ bir adama dedi: «Get, nə görmüsən padşaha danış». Kuşlu Yuaba təzim edib qaçdı. 22 Sadığın oğlu Əximas bir də Yuabdan xahiş etdi: «Nə olur-olsun, qoy mən də kuşlunun dalınca qaçım». Yuab ona dedi: «Qaçıb nə deyəcəksən, oğlum? Axı sənin üçün aparmağa xəbər yoxdur». 23 O israr etdi: «Nə olur-olsun, qoy qaçım». Onda Yuab dedi: «Qaç!» Əximas İordan bölgəsi yolu ilə qaçıb kuşlunu ötdü.

24 Davud şəhərin iki darvazası arasında oturmuşdu.+ Gözətçi+ divardakı darvazanın damına çıxıb baxdı, bir nəfərin qaçdığını gördü. 25 Gözətçi qışqırıb bunu padşaha bildirdi. Padşah dedi: «Əgər o, təkdirsə, deməli, xəbər gətirir». O adam getdikcə yaxınlaşırdı. 26 Gözətçi başqa bir adamın da qaça-qaça gəldiyini gördü. Gözətçi darvaza keşikçisini haylayıb dedi: «Bir nəfər də qaça-qaça gəlir!» Padşah dedi: «O da xəbər gətirir». 27 Gözətçi dedi: «Birinci adam qaçmağından Sadıq oğlu Əximasa bənzəyir».+ Padşah dedi: «O, yaxşı adamdır, yaxşı xəbərlə gəlir». 28 Əximas padşahı səsləyib dedi: «Hər şey yaxşıdır!» Bunu deyib yerədək padşaha təzim etdi. Sonra əlavə etdi: «Ey hökmdarım, qiyamçıları sənə təslim edən Allahın Yehovaya alqış olsun!»+

29 Padşah soruşdu: «Absalam sağ-salamatdır?» Əximas dedi: «Ey hökmdar, Yuab sənin qulunu və məni göndərəndə gördüm ki, orada nəsə qarışıqlıq var, amma bilmədim nə olub».+ 30 Padşah dedi: «Keç, burada dur». Əximas keçib o tərəfdə durdu.

31 Kuşlu gəlib çatdı+ və dedi: «Ey hökmdarım padşah, sənə xəbərim var. Bu gün Yehova səni qiyamçıların əlindən qurtararaq haqq-ədaləti bərqərar etdi».+ 32 Padşah kuşludan soruşdu: «Absalam sağ-salamatdır?» Kuşlu dedi: «Qoy hökmdarımın bütün düşmənləri, ona qiyam qaldırıb xətər yetirmək istəyənlərin hamısı o cavanın gününə düşsün!»+

33 Bu xəbər padşahı sarsıtdı. O, ağlaya-ağlaya darvazanın üstündəki otağa qalxdı. Gedə-gedə deyirdi: «Oğlum, oğlum Absalam, oğlum Absalam! Kaş sənin yerinə mən öləydim, Absalam, oğlum, oğlum!»+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş