Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • 2 Salnamələr 25
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

2 Salnamələrin məzmunu

      • Yəhuda padşahı Amisay (1—4)

      • Ədumla müharibə (5—13)

      • Amisay bütpərəstlik yoluna düşür (14—16)

      • İsrail padşahı Yuəslə müharibə (17—24)

      • Amisayın ölümü (25—28)

2 Salnamələr 25:1

Çarpaz istinadlar

  • +2Pd 14:1—6

2 Salnamələr 25:3

Çarpaz istinadlar

  • +2Sm 24:26

2 Salnamələr 25:4

Haşiyələr

  • *

    Lüğətə bax.

Çarpaz istinadlar

  • +Qn 24:16

2 Salnamələr 25:5

Çarpaz istinadlar

  • +1İş 8:11, 12
  • +Sy 1:2, 3

2 Salnamələr 25:6

Haşiyələr

  • *

    Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.

2 Salnamələr 25:7

Çarpaz istinadlar

  • +2Sm 19:2

2 Salnamələr 25:8

Çarpaz istinadlar

  • +2Sm 14:11; 20:6

2 Salnamələr 25:9

Çarpaz istinadlar

  • +1İş 2:7; Ms 10:22; Hq 2:8

2 Salnamələr 25:11

Çarpaz istinadlar

  • +2İş 8:13; Zb 60:müqəddimə
  • +2Pd 14:7; 2Sm 20:10, 11

2 Salnamələr 25:13

Çarpaz istinadlar

  • +2Sm 25:9
  • +1Pd 16:29
  • +2Sm 8:3, 5

2 Salnamələr 25:14

Çarpaz istinadlar

  • +Çx 20:3, 5; Qn 7:25; 2Sm 28:22, 23

2 Salnamələr 25:15

Çarpaz istinadlar

  • +2Sm 24:20; Zb 115:8; Ər 2:5; 10:5

2 Salnamələr 25:16

Çarpaz istinadlar

  • +2Sm 16:10; 18:25, 26
  • +Əş 30:10
  • +1İş 2:25; Ms 29:1

2 Salnamələr 25:17

Çarpaz istinadlar

  • +2Pd 14:8—10

2 Salnamələr 25:19

Çarpaz istinadlar

  • +2Sm 25:11

2 Salnamələr 25:20

Çarpaz istinadlar

  • +2Pd 14:11—14
  • +2Sm 22:7
  • +2Sm 25:14

2 Salnamələr 25:21

Çarpaz istinadlar

  • +Yş 21:8, 16; 1İş 6:19

2 Salnamələr 25:23

Haşiyələr

  • *

    Digər adı Əhəzya.

  • *

    Təx. 178 m. B14 əlavəsinə bax.

Çarpaz istinadlar

  • +Nə 8:16; 12:38, 39
  • +2Sm 26:9; Ər 31:38; Zk 14:10

2 Salnamələr 25:24

Çarpaz istinadlar

  • +1Pd 7:51; 15:18; 2Pd 24:12, 13; 25:13—15; 2Sm 12:9

2 Salnamələr 25:25

Çarpaz istinadlar

  • +2Pd 13:10
  • +2Pd 14:1
  • +2Pd 14:17—20

2 Salnamələr 25:27

Çarpaz istinadlar

  • +2Pd 12:20; 15:8, 10; 21:23

Digər

2 Saln. 25:12Pd 14:1—6
2 Saln. 25:32Sm 24:26
2 Saln. 25:4Qn 24:16
2 Saln. 25:51İş 8:11, 12
2 Saln. 25:5Sy 1:2, 3
2 Saln. 25:72Sm 19:2
2 Saln. 25:82Sm 14:11; 20:6
2 Saln. 25:91İş 2:7; Ms 10:22; Hq 2:8
2 Saln. 25:112İş 8:13; Zb 60:müqəddimə
2 Saln. 25:112Pd 14:7; 2Sm 20:10, 11
2 Saln. 25:132Sm 25:9
2 Saln. 25:131Pd 16:29
2 Saln. 25:132Sm 8:3, 5
2 Saln. 25:14Çx 20:3, 5; Qn 7:25; 2Sm 28:22, 23
2 Saln. 25:152Sm 24:20; Zb 115:8; Ər 2:5; 10:5
2 Saln. 25:162Sm 16:10; 18:25, 26
2 Saln. 25:16Əş 30:10
2 Saln. 25:161İş 2:25; Ms 29:1
2 Saln. 25:172Pd 14:8—10
2 Saln. 25:192Sm 25:11
2 Saln. 25:202Pd 14:11—14
2 Saln. 25:202Sm 22:7
2 Saln. 25:202Sm 25:14
2 Saln. 25:21Yş 21:8, 16; 1İş 6:19
2 Saln. 25:23Nə 8:16; 12:38, 39
2 Saln. 25:232Sm 26:9; Ər 31:38; Zk 14:10
2 Saln. 25:241Pd 7:51; 15:18; 2Pd 24:12, 13; 25:13—15; 2Sm 12:9
2 Saln. 25:252Pd 13:10
2 Saln. 25:252Pd 14:1
2 Saln. 25:252Pd 14:17—20
2 Saln. 25:272Pd 12:20; 15:8, 10; 21:23
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
Müqəddəs Kitab
2 Salnamələr 25:1—28

İkinci Salnamələr

25 Amisay iyirmi beş yaşında taxta çıxdı və iyirmi doqquz il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası yerusəlimli Yəhuəddən idi.+ 2 Amisay Yehovanın bəyəndiyi işləri görürdü, amma bunu sidqi-ürəkdən etmirdi. 3 Hakimiyyət əlində möhkəmlənən kimi Amisay atası padşahı qətlə yetirən əyanları öldürdü.+ 4 Amma qatillərin oğullarını öldürmədi. Tövratda*, Musanın kitabında yazılanlara uyğun davrandı. Orada Yehova buyurmuşdu: «Ata övladına görə, övlad da atasına görə ölməməlidir. Hər kəs öz günahına görə ölməlidir».+

5 Amisay yəhudalıları bir yerə topladı. O, yəhudalıları, binyaminliləri minbaşıların və yüzbaşıların başçılığı altında nəsillərinə görə düzdü.+ İyirmi və bundan yuxarı yaşda olanları siyahıya aldı.+ Döyüşə qabil, nizə və qalxan daşıyan, təlim almış döyüşçülərin sayı 300 000 nəfər oldu. 6 Sonra o, 100 talant* gümüş verib İsraildən 100 000 nəfər igid döyüşçü tutdu. 7 Bir Allah adamı onun yanına gəlib dedi: «Ey padşah, qoy İsrail ordusu səninlə getməsin.+ Yehova İsraili, əfraimliləri tərk edib. 8 Özün tək get. Cəsur ol, döyüşə atıl. Yoxsa Allah səni düşmənlərinə təslim edər. Allah sənə kömək də edə bilər,+ düşmənə təslim də edə bilər». 9 Onda Amisay Allah adamına dedi: «Bəs İsrail döyüşçülərinə verdiyim 100 talant necə olsun?» Allah adamı dedi: «Yehova sənə ondan da artığını verə bilər».+ 10 Amisay Əfraimdən onun yanına gəlmiş qoşunu geriyə, öz məmləkətinə göndərdi. Onlar Yəhudaya bərk hirsləndilər, qızğın qəzəblə öz məmləkətlərinə qayıtdılar.

11 Amisay cəsarətini toplayıb qoşunlarını Duz vadisinə+ apardı. O, 10 000 sairlini+ qırdı. 12 Yəhudalılar 10 000 nəfəri diri-diri ələ keçirdilər. Onları uçurumun kənarına gətirib aşağı atdılar. Hamısı tikə-parça oldu. 13 Bu arada Amisayın döyüşə aparmayıb geri göndərdiyi qoşun+ Səməriyyədən+ Beyt-Huruna+ qədər bütün Yəhuda şəhərlərinə basqın etdi. Onlar 3000 nəfəri öldürdülər və çoxlu qənimət ələ keçirdilər.

14 Amisay ədumiləri qırıb qayıdanda sairlilərin allahlarını gətirib öz allahı etdi.+ Qarşılarında baş əyib onlara qurban tüstüsü təqdim etdi. 15 Yehova Amisaya bərk qəzəbləndi. Onun yanına peyğəmbər göndərdi. Peyğəmbər ona dedi: «Öz xalqını sənin əlindən qurtara bilməyən allahlara niyə baş əydin?»+ 16 Padşah onun sözünü ağzında qoyub dedi: «Məgər səni padşahın məsləhətçisi qoyublar?+ Ölmək istəmirsənsə, kəs səsini!»+ Peyğəmbər cavabında: «Bircə bunu bilirəm ki, bu əməlinə görə, mənə qulaq asmadığına görə Allah səni məhv etməyi qət edib»+, — dedi və susdu.

17 Yəhuda padşahı Amisay məsləhətçiləri ilə məşvərət edəndən sonra İsrail padşahı Yəhu oğlu Yəhəzin oğlu Yuəsə ismarıc göndərdi: «Çıx meydana, döyüşək!»+ 18 İsrail padşahı Yuəs Yəhuda padşahı Amisaya cavab verdi: «Livanda qanqal sidr ağacına xəbər göndərdi: “Qızını oğluma ver”. Amma bir çöl heyvanı qanqalı tapdalayıb keçdi. 19 Sən deyirsən: “Mən Ədumu darmadağın etmişəm”.+ Ona görə də ürəyin qürurlanıb. Get otur evində. Sənə lazımdır ki, başına bəla açıb Yəhudanı da özünlə bərabər uçuruma sürükləyəsən?»

20 Amma Amisay qulaq asmadı.+ Bu iş Allahdan idi ki, onları düşmən əlinə təslim etsin,+ çünki onlar Ədum allahlarına səcdə edirdilər.+ 21 Beləliklə, İsrail padşahı Yuəs gəldi və Yəhuda padşahı Amisayla Yəhudanın Beyt-Şəms+ şəhərində qarşılaşdı. 22 Yəhudalılar İsrailə məğlub oldular. Hər kəs öz evinə qaçdı. 23 İsrail padşahı Yuəs Beyt-Şəmsdə Yəhuda padşahı Yəhəz* oğlu Yuəsin oğlu Amisayı əsir götürüb Yerusəlimə gəldi. Yuəs Əfraim darvazasından+ Künc darvazaya+ qədər Yerusəlim divarının 400 qulacını* uçurtdu. 24 O, Allahın məbədində Abid-Ədumun ixtiyarında olan və sarayın xəzinəsində olan bütün qızıl-gümüşü və əşyaları götürüb+ əsirlərlə birlikdə Səməriyyəyə apardı.

25 Yəhuda padşahı Yuəs+ oğlu Amisay+ İsrail padşahı Yəhəz oğlu Yuəsin ölümündən sonra on beş il yaşadı.+ 26 Amisayın qalan işləri, ilk işlərindən son işlərinə qədər hamısı Yəhuda və İsrail padşahlarının kitabında yazılıb. 27 Amisay Yehovanın yolundan dönəndən sonra Yerusəlimdə ona qarşı sui-qəsd qurdular.+ O, Lahişə qaçdı. Amma dalınca adamlar göndərib onu orada öldürdülər. 28 Cəsədini atların üstündə gətirib Yəhuda şəhərində ata-babalarının yanında dəfn etdilər.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş