Əstər
7 Şahla Həman+ məlikə Əstərin ziyafətinə gəldilər. 2 Şah ikinci gün də şərab məclisində Əstərə dedi: «Məlikə Əstər, xahişin nədir? De, sənə veriləcək! Nədir diləyin? Hətta səltənətimin yarısını istəsən, sənə veriləcək!»+ 3 Məlikə Əstər cavab verdi: «Ey şah! Əgər mən şahın iltifatını qazanmışamsa və şaha xoşdursa, xahişim budur ki, şah mənə həyat bəxş etsin, diləyim budur ki, xalqıma+ qıymasın. 4 Çünki biz, mən və xalqım qırğına, ölümə, məhvə satılmışıq.+ Əgər köləliyə satılsaydıq, susardım. Bu fəlakətə yol verilsə, şah ziyan çəkəcək».
5 Onda şah Ahaşveroş məlikə Əstərə dedi: «Buna kim cürət edib?! Kimdir o adam? Hanı o?» 6 Əstər dedi: «Həmin adam, həmin yağı düşmən, bu zalım Həmandır!»
Şahla məlikənin vəhmi Həmanın canına düşdü. 7 Şah hirslə şərab süfrəsindən qalxıb saray bağçasına çıxdı. Həman isə şahın onu cəzasız qoymayacağını görəndə durub məlikə Əstərdən aman dilədi. 8 Şah saray bağçasından şərab süfrəsi açılmış otağa qayıdanda gördü ki, Həman Əstərin taxtına döşənib. Şah qışqırdı: «Bu, hələ bir məlikəni zorlayacaq, özü də mənim öz evimdə?!» Söz şahın ağzından çıxar-çıxmaz Həmanın üzünü örtdülər. 9 Şah məmuru Hərbun+ dedi: «Həman, həm də şahı xilas etmiş xəbəri gətirən Mərdəhay+ üçün əlli qulac hündürlüyündə dirək hazırlayıb.+ Dirək Həmanın evindədir». Şah buyurdu: «O dirəkdən onun özünü asın!» 10 Beləcə, Həmanı Mərdəhay üçün hazırladığı dirəkdən asdılar və şahın hirsi yatdı.