Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Əyyub 13
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Əyyubun məzmunu

      • Əyyubun cavabının davamı (1—28)

        • «Mən Qüdrət Sahibi ilə danışmaq istərdim» (3)

        • Yararsız təbiblər (4)

        • «Bilirəm ki, haqlıyam» (18)

        • «Niyə məni düşmən sanırsan?» (24)

Əyyub 13:3

Çarpaz istinadlar

  • +Əy 23:3, 4; 31:35

Əyyub 13:4

Çarpaz istinadlar

  • +Əy 16:2

Əyyub 13:5

Çarpaz istinadlar

  • +Ms 17:28; Yq 1:19

Əyyub 13:9

Çarpaz istinadlar

  • +Zb 139:23; Ər 17:10

Əyyub 13:10

Çarpaz istinadlar

  • +Zb 50:20, 21; Yq 2:9

Əyyub 13:15

Çarpaz istinadlar

  • +Əy 19:25; Zb 23:4

Əyyub 13:16

Çarpaz istinadlar

  • +Çx 15:2; Zb 27:1; Əş 12:2
  • +Əy 27:8; 36:13; Əş 33:14

Əyyub 13:19

Haşiyələr

  • *

    Digər variant: beləsi varsa, ağzımı açmadan ölərəm.

Əyyub 13:21

Çarpaz istinadlar

  • +Əy 9:34, 35; 33:6, 7

Əyyub 13:24

Çarpaz istinadlar

  • +Zb 10:1; 13:1; 44:24
  • +Əy 16:9; 19:11; 33:8—11

Əyyub 13:28

Haşiyələr

  • *

    Hərfən: o. Ehtimal ki, Əyyub.

Digər

Əyy. 13:3Əy 23:3, 4; 31:35
Əyy. 13:4Əy 16:2
Əyy. 13:5Ms 17:28; Yq 1:19
Əyy. 13:9Zb 139:23; Ər 17:10
Əyy. 13:10Zb 50:20, 21; Yq 2:9
Əyy. 13:15Əy 19:25; Zb 23:4
Əyy. 13:16Çx 15:2; Zb 27:1; Əş 12:2
Əyy. 13:16Əy 27:8; 36:13; Əş 33:14
Əyy. 13:21Əy 9:34, 35; 33:6, 7
Əyy. 13:24Zb 10:1; 13:1; 44:24
Əyy. 13:24Əy 16:9; 19:11; 33:8—11
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
Müqəddəs Kitab
Əyyub 13:1—28

Əyyub

13 Bəli, bütün bunları gözüm görüb,

Qulağım eşidib, dərk edib.

 2 Sizin bildiyinizi mən də bilirəm,

Heç də sizdən geri qalmıram.

 3 Amma mən Qüdrət Sahibi ilə danışmaq istərdim,

Allahın önündə haqqımı müdafiə edərdim.+

 4 Siz isə mənə qara yaxırsınız,

Hamınız yararsız təbiblərsiniz.+

 5 Kaş susaydınız,

Onda ağıllı iş görmüş olardınız.+

 6 Bircə mənim etirazlarıma qulaq asın,

Dilimdən qopan yalvarışları dinləyin.

 7 Allahı müdafiə etməkdən ötrü haqsız danışacaqsınız?

Ondan ötrü yalan söyləyəcəksiniz?

 8 Ona tərəfkeşlik edəcəksiniz?

Allahın müdafiəsinə qalxacaqsınız?

 9 Əgər O, sizi yoxlasa, ortalığa nə çıxar?+

Yoxsa fani insantək Onu da aldadarsınız?

10 Əgər altdan-altdan tərəfgirlik etsəniz,

O, sizi mütləq tənbeh edər.+

11 Məgər Onun əzəməti sizi qorxutmaz?

Yaxud vəhmi sizi bürüməz?

12 Sizin dahi deyimləriniz küldür,

Müdafiəniz gil sipər kimi kövrəkdir.

13 Susun, qoyun danışım,

Qoy başıma nə gəlirsə, gəlsin!

14 Nədən ötrü həyatımı təhlükəyə atıram?

Nə üçün özümü oda, alova atıram?

15 Lap məni öldürsə də, Onu gözləyəcəyəm,+

Onun önündə haqqımı müdafiə edəcəyəm.

16 Onda O, mənim qurtuluşum olacaq,+

Axı allahsız adam Onun hüzuruna çıxa bilməz.+

17 Sözümü yaxşı-yaxşı dinləyin,

Dediklərimə diqqət edin.

18 Budur, məhkəməyə hazıram.

Bilirəm ki, haqlıyam.

19 Kim mənimlə çəkişəcək?

İndi sussam, ölərəm*.

20 Ey Allah, mənim üçün iki şeyi et,

Onda Səndən gizlənmərəm.

21 Ağır əlini üzərimdən götür,

Bir də ki, qoy vəhmin məni basmasın.+

22 Ya Sən çağır, mən cavab verim,

Ya da izin ver mən danışım, Sən cavab ver.

23 Nədir təqsirim, nədir günahım?

Asiliyimi, günahımı göstər mənə.

24 Niyə üzünü gizlədirsən?+

Niyə məni düşmən sanırsan?+

25 Küləyin sovurduğu yarpağı qorxudacaqsan?

Quru saman çöpünü qovacaqsan?

26 Əleyhimə ağır ittihamlar yazırsan,

Cavanlıq səhvlərimin cəzasını çəkdirirsən.

27 Üstəlik, ayaqlarıma buxov vurursan,

Bütün yollarımı araşdırırsan,

Ayaq qoyduğum yeri işarələyirsən.

28 Bəli, adam* çürüyüb-gedir,

Sanki, güvə yemiş paltardır.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş