Zəbur
Dirijora. «Məhv etmə». Davudun məzmuru. Mixtam*. Talutdan qaçıb mağarada gizlənəndə.+
57 Lütf et mənə, İlahi, lütf et!
2 Allahı çağırıram, Haqq-Taalanı,
Məni dərd-bəladan qurtaran o tək Allahı.
3 Göydən kömək göndərib məni xilas edəcək,+
Mənə həmlə edəni çaşbaş qoyacaq. (Selah)
Allah məhəbbətini, sədaqətini göstərəcək.+
4 Canım şirlərin arasındadır,+
Çarəsizəm, məni udmaq istəyənlərin arasında yatıram.
Dişləri nizədir, oxdur,
Dilləri iti qılıncdır.+
5 Xudaya, göylər üzərində ucal,
Qoy calalın bütün cahanı bürüsün.+
Yolumda quyu qazdılar,
Fəqət özləri düşdü.+ (Selah)
7 Ürəyim mətindir, ey Allah,+
Ürəyim mətindir.
Çalıb oxuyacağam.
8 Oyan, ey varlığım,
Dillənin, ey telli alətlər, ey çənglər!
Mən sübh şəfəqini oyadaram.+
10 Çünki məhəbbətin böyükdür, göylərə çatır,+
Vəfadarlığın asimana ucalır.
11 Xudaya, göylər üzərində ucal,
Qoy calalın bütün cahanı bürüsün.+