Əşiya
12 O gün deyəcəksən:
«Ey Yehova, Sənə şükür edirəm!
Mənə qəzəblənmişdin,
Amma qəzəbin soyudu, məni ovutdun.+
2 Allah nicatımdır.+
Ona güvənərəm, heç bir qorxum olmaz.+
3 Siz nicat çeşmələrindən
Sevinə-sevinə su çəkəcəksiniz.+
4 O gün belə deyəcəksiniz:
«Yehovaya şükür edin!
Onun adını çağırın.
Xalqlar arasında işlərini bəyan edin.+
Söyləyin ki, Onun adı ucadır.+
6 Ey Sion sakini, sevin, haray sal,
Aranızda olan İsrailin Müqəddəs Allahı böyükdür!»