Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Ərəmya 22
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Ərəmyanın məzmunu

      • Bədxah padşahlara hökm (1—30)

        • Səllum barədə (10—12)

        • Yəhyakim barədə (13—23)

        • Künyah barədə (24—30)

Ərəmya 22:3

Çarpaz istinadlar

  • +Lav 19:15; Əş 1:17; Hz 22:7; Mi 2:2
  • +2Pd 24:3, 4; Ər 7:6, 7

Ərəmya 22:4

Çarpaz istinadlar

  • +1Pd 2:12
  • +Ər 17:24, 25

Ərəmya 22:5

Çarpaz istinadlar

  • +Ər 39:8; Mi 3:12

Ərəmya 22:6

Çarpaz istinadlar

  • +Əş 6:11; Ər 7:34

Ərəmya 22:7

Çarpaz istinadlar

  • +Hz 9:1
  • +Ər 21:14

Ərəmya 22:8

Çarpaz istinadlar

  • +Qn 29:24—26; 1Pd 9:8, 9; Mrs 2:15

Ərəmya 22:9

Çarpaz istinadlar

  • +2Pd 22:16, 17

Ərəmya 22:11

Haşiyələr

  • *

    Digər adı Yəhəz.

Çarpaz istinadlar

  • +2Pd 23:29, 30
  • +1Sm 3:15; 2Sm 36:1

Ərəmya 22:12

Çarpaz istinadlar

  • +2Pd 23:34; 2Sm 36:4

Ərəmya 22:13

Çarpaz istinadlar

  • +Lav 19:13; Mi 3:9, 10

Ərəmya 22:15

Çarpaz istinadlar

  • +2Pd 22:1, 2; 23:23, 25

Ərəmya 22:18

Çarpaz istinadlar

  • +2Pd 23:34; 2Sm 36:4

Ərəmya 22:19

Çarpaz istinadlar

  • +2Sm 36:5, 6
  • +Ər 36:30

Ərəmya 22:20

Çarpaz istinadlar

  • +Qn 32:49
  • +2Pd 24:7

Ərəmya 22:21

Çarpaz istinadlar

  • +Ər 2:31; 6:16
  • +Qn 9:7; Hk 2:11

Ərəmya 22:22

Çarpaz istinadlar

  • +Ər 23:1; Hz 34:2

Ərəmya 22:23

Çarpaz istinadlar

  • +Ər 22:6
  • +Əş 2:12, 13
  • +Ər 4:31; 6:24

Ərəmya 22:24

Haşiyələr

  • *

    Digər adları Yəhyakin və Yəkunya.

Çarpaz istinadlar

  • +2Pd 23:34
  • +2Pd 24:6; Ər 22:28; 37:1; Mt 1:11

Ərəmya 22:25

Çarpaz istinadlar

  • +2Pd 24:12, 15; 2Sm 36:9, 10; Ər 24:1; 29:1, 2

Ərəmya 22:27

Çarpaz istinadlar

  • +Ər 52:31—34

Ərəmya 22:28

Çarpaz istinadlar

  • +1Sm 3:17, 18

Ərəmya 22:30

Çarpaz istinadlar

  • +2Sm 36:9, 10; Ər 36:30; Mt 1:12

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/4/2007 s. 10—11

Digər

Ərm. 22:3Lav 19:15; Əş 1:17; Hz 22:7; Mi 2:2
Ərm. 22:32Pd 24:3, 4; Ər 7:6, 7
Ərm. 22:41Pd 2:12
Ərm. 22:4Ər 17:24, 25
Ərm. 22:5Ər 39:8; Mi 3:12
Ərm. 22:6Əş 6:11; Ər 7:34
Ərm. 22:7Hz 9:1
Ərm. 22:7Ər 21:14
Ərm. 22:8Qn 29:24—26; 1Pd 9:8, 9; Mrs 2:15
Ərm. 22:92Pd 22:16, 17
Ərm. 22:112Pd 23:29, 30
Ərm. 22:111Sm 3:15; 2Sm 36:1
Ərm. 22:122Pd 23:34; 2Sm 36:4
Ərm. 22:13Lav 19:13; Mi 3:9, 10
Ərm. 22:152Pd 22:1, 2; 23:23, 25
Ərm. 22:182Pd 23:34; 2Sm 36:4
Ərm. 22:192Sm 36:5, 6
Ərm. 22:19Ər 36:30
Ərm. 22:20Qn 32:49
Ərm. 22:202Pd 24:7
Ərm. 22:21Ər 2:31; 6:16
Ərm. 22:21Qn 9:7; Hk 2:11
Ərm. 22:22Ər 23:1; Hz 34:2
Ərm. 22:23Ər 22:6
Ərm. 22:23Əş 2:12, 13
Ərm. 22:23Ər 4:31; 6:24
Ərm. 22:242Pd 23:34
Ərm. 22:242Pd 24:6; Ər 22:28; 37:1; Mt 1:11
Ərm. 22:252Pd 24:12, 15; 2Sm 36:9, 10; Ər 24:1; 29:1, 2
Ərm. 22:27Ər 52:31—34
Ərm. 22:281Sm 3:17, 18
Ərm. 22:302Sm 36:9, 10; Ər 36:30; Mt 1:12
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
Müqəddəs Kitab
Ərəmya 22:1—30

Ərəmya

22 Yehova belə deyir: «Yəhuda padşahının sarayına get və bu xəbəri ona çatdır. 2 Ona de: “Ey Davudun taxtında oturan Yəhuda padşahı! Sən də, bu darvazalardan girən əyanların da, xalqın da Yehovanın sözünü dinləyin. 3 Yehova belə deyir: “Haqq-ədalətlə, salehliklə davranın. Qəsb olunanı soyğunçunun əlindən qurtarın. Qəribə haqsızlıq etməyin, yetimə, dula xələl yetirməyin.+ Bu yerdə günahsız qan tökməyin.+ 4 Əgər bu əmrə cidd-cəhdlə əməl etsəniz, onda Davudun taxtında oturan+ padşahlar arabalarda, at belində bu evin darvazalarından içəri girəcək, padşahlar da, əyanlar da, xalq da”.+

5 Yehova bəyan edir: “Yox əgər siz bu sözlərə tabe olmasanız, varlığıma and olsun, bu ev xaraba qalacaq”.+

6 Yehova Yəhuda padşahının evi barədə belə deyir:

“Sən Mənim üçün Gilad kimisən,

Livandakı dağın zirvəsinə bənzəyirsən.

Amma səni səhralığa çevirəcəyəm,

Bütün şəhərlərin sakinsiz qalacaq.+

 7 Sənə qarşı basqınçılar qaldıracağam,

Hamısının əlində silah olacaq.+

Onlar sənin ən gözəl sidrlərini kəsəcək,

Onları oda atacaq.+

8 Çoxlu xalqlar bu şəhərin yanından keçəcək, bir-birindən soruşacaqlar: “Nə üçün Yehova bu böyük şəhərin başına bunları gətirdi?”+ 9 Sonra cavab verəcəklər: “Çünki Allahları Yehovanın əhdini pozdular, başqa allahlara səcdə qılıb qulluq etdilər”.+

10 Ölü üçün ağlamayın,

Onun üçün yas tutmayın.

Sürgünə gedən üçün acı-acı ağlayın,

Çünki o, bir də geri qayıtmayacaq, doğulduğu yeri görməyəcək.

11 Çünki atasının yerinə taxta oturan+ və bu yerdən gedən Yəhuda padşahı Yuşiyyə oğlu Səllum*+ barədə Yehova belə deyir: “O, bir daha geri qayıtmayacaq. 12 Əsir aparıldığı ölkədə öləcək, bir də bu diyarı görməyəcək”.+

13 Vay o adamın halına ki,

Evini haqsızlıqla, yuxarı otaqlarını ədalətsizliklə tikir,

Soydaşını müftə işlədir,

Ona haqqını vermir.+

14 “Özüm üçün imarət tikəcəyəm,

Yuxarı otaqları geniş olacaq,

Pəncərələr qoyacağam,

Evi sidrlə örtəcəyəm, üstünü qırmızı rənglə rəngləyəcəyəm”, — deyir.

15 Hamıdan çox sidr ağacları işlədirsən deyə, bundan sonra da səltənət sürəcəksən?

Atan da yeyirdi, içirdi,

Amma haqq-ədalətlə davranırdı,+

İşləri də yaxşı gedirdi.

16 O, məzlumun, kasıbın haqqını müdafiə edirdi,

Buna görə işləri uğurlu olurdu.

“Məgər Məni tanımaq bu deyil?” — bəyan edir Yehova.

17 “Amma sənin ürəyin, gözün haram qazancda,

Günahsız qan tökməkdə,

Soyğunçuluqda, qəsbkarlıqdadır”.

18 Yehova Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakim+ barədə belə deyir:

“Onu “vay qardaşım, vay bacım”,

Deyib ağlamayacaqlar.

“Vay hökmdar, vay əlahəzrət”,

Deyib yas tutmayacaqlar.

19 Onu sürüyüb

Yerusəlim darvazalarından kənara atacaqlar,+

Eşşək kimi basdıracaqlar”.+

20 Ey Yəhuda, Livana qalxıb ah-nalə et,

Başanda nalə çək,

Abarimdən fəryad qopar.+

Çünki aşiqlərin məhv oldu.+

21 Əmin-amanlıqda olanda səninlə danışdım.

Amma dedin: “İtaət etməyəcəyəm”.+

Sən gəncliyindən beləsən,

Mənə qulaq asmırsan.+

22 Yel çobanlarını qabağına qatıb aparacaq,+

Aşiqlərin əsir gedəcək.

Başına gələn fəlakətə görə xəcalət çəkəcəksən, rəzil olacaqsan.

23 Ey Livanda məskən salan,+

Sidr ağacları arasında yuva quran,+

Hamilə qadıntək səni sancı tutanda,

Doğuş ağrısı çəkəndə ah-zar edəcəksən.+

24 Yehova bəyan edir: “Ey Yəhuda padşahı Yəhyakim+ oğlu Künyah*+, varlığıma and olsun ki, sən Mənim sağ əlimdə möhür üzüyü olsaydın belə, səni çıxarıb atardım. 25 Səni canının qəsdinə duranlara, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və kəldanilərə təslim edəcəyəm.+ 26 Səni də, səni doğan qadını da doğulmadığınız ölkəyə atacağam, orada öləcəksiniz. 27 Həsrətini çəkdiyiniz ölkəni bir də görməyəcəksiniz.+

28 Məgər Künyah adlanan bu adam heç kimə lazım olmayan sınıq küpdür?

Heç kimin bəyənmədiyi qabdır?

Axı niyə onu, övladlarını götürüb

Tanımadıqları ölkəyə atırlar?”+

29 Ey dünya, Yehovanın sözünü eşit, ey dünya, ey dünya, eşit!

30 Yehova deyir:

“Bu adamı övladsız,

Ömrü boyu uğur qazanmayan adam kimi qeydə alın.

Çünki onun nəslindən heç kim Davudun taxtında oturmayacaq,

Bir də Yəhudada səltənət sürməyəcək”».+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş