Mərsiyələr
5 Ey Yehova, başımıza gələnləri yada sal.
Bax, rüsvayçılığımızı gör.+
2 İrsimiz yadellilərin əlinə keçib, evlərimiz yadlara nəsib olub.+
3 Atasız qalmışıq, yetimik. Analarımız dul qalmış qadına bənzəyir.+
4 Öz suyumuzu, öz odunumuzu pulla alırıq.+
5 Təqibçilər az qalıb bizi yaxalasınlar,
Əldən düşmüşük, nəfəs dərməyə macalımız yoxdur.+
6 Bir qarın çörəkdən ötrü Misirə,+ Aşşura+ əl açmışıq.
7 Ata-babalarımız günah etdilər. Amma indi onlar yoxdurlar, günahlarının yükünü biz daşıyırıq.
8 Nökərlər bizə ağalıq edir. Bizi onların əlindən alan yoxdur.
9 Çöllükdə cövlan edən qılınc üzündən həyatımızı oda atıb evə çörək gətiririk.+
10 Aclıqdan əzab çəkirik,+ dərimiz soba kimi alışıb-yanır.
11 Siondakı qadınları, Yəhuda şəhərlərindəki qızları rüsvay etdilər*.+
12 Başçılar əlindən asıldı,+ ağsaqqallara hörmət qoyulmadı.+
13 Gənclər əldəyirmanı daşıyır, uşaqlar odun yükləri altında səndələyir.
14 Daha ağsaqqallar şəhər darvazasında oturmur,+ cavanlar mahnı çalmır.+
15 Ürəyimizdən sevinc yox olub, artıq rəqs etmirik, yas tuturuq.+
16 Tacımız başımızdan düşüb. Günah etmişik, vay halımıza!
17 Bu səbəbdən ürəyimiz xəstə düşüb.+
Bu şeylərə görə gözümüzün nuru gedib.+
18 Çünki Sion dağı viran qalıb,+ orada tülkülər gəzib-dolaşır.
19 Sən isə, ey Yehova, əbədiyyən taxtda oturacaqsan.
Taxtın nəsillər boyu duracaq.+
20 Axı niyə bizi həmişəlik unutmusan? Niyə bu qədər vaxtdır bizi tərk etmisən?+
21 Ey Yehova, yenə bizi Özünə çək, canla-başla gələrik.+
Əvvəlki günlərimizi qaytar.+
22 Amma Sən bizi tamamilə rədd etdin.
Bizə qarşı yaman qəzəblisən.+